Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
110
Neolinqvistika cərəyanının prinsip və metodları
C.Ber toni və M.Bartolinin 1925-ci ildə nəşr etdirdikləri
“Ne olinqvistikanın müxtəsər oçerki” adlı əsərdə şərh olun-
muş dur. Bu əsər neolinqvistika cərəyanının bünövrəsi-
ni qoymuşdur. Neolinqvistika cərəyanının ümumnəzəri
və ziyyəti M.Bartolinin
“Neolinqvistikaya giriş” (1925) və
C.Bon fentinin
“Neolinqvistikanın mövqeyi” (1947) adlı əsər-
lərində əks olunmuşdur. Ümumiyyətlə, bu sonuncu əsər-
də neolinqvistlərin görüşləri qısa və aydın şəkildə ümu-
miləşdirilmişdir. Həmin məqalədə müəllif neolinqvistlərlə
“gənc qrammatiklər” arasındakı başlıca nəzəri fərqləri 51
maddədə şərh edir
1
.
Neolinqvistikanın prinsipləri V.Humboldtun, H.Şu-
xardt ın, B.Kroçenin, K.Fosslerin ideyalarına əsaslanırdı.
Buna görə də neolinqvistika da idealist cərəyan idi
2
. Bəzi
alimlər, doğru olaraq, bunların özlərinin xüsusi prinsipləri
olmadığını göstərirdilər.
Neolinqvistlər “gənc qrammatiklər”in əleyhinə çıxış
edirdilər. Onlar “gənc qrammatiklər”in həm tədqiqat me-
tod larını qüsurlu hesab edir, həm də ümumnəzəri mə sə lə-
lə ri ilə razılaşmırdılar.
Neolinqvistlərin yaradıcılığında areal haqqında tə-
limə, linqvistik coğrafiya məsələlərinə geniş yer verilmiş-
dir. Onların dilçilik coğrafiyasına dair apardıqları elmi-
təd qiqat işləri diqqəti xüsusilə cəlb edir. Neolinqvistlər
bu sahəyə aid faktları müqayisəli-tarixi metod əsasında
aydınlaşdırmışlar.
Hind-Avropa dillərinin öyrənilməsində linqvistik coğ-
rafiyanın prinsiplərinin yayılmasında görkəmli dilçi
V.Piza-
ninin böyük xidməti olmuşdur.
1
Bax: В.А.Звегинцев. История языкознания XIX и XX веков в очерках и извлечениях.
Dostları ilə paylaş: