1. ÜMumi DİLÇİLİk I indd


 Dilin işarəvilik xarakteri



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə63/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   59   60   61   62   63   64   65   66   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

1. Dilin işarəvilik xarakteri. F. de Sössürün mülahizələ-
ri içərisində dilin işarəviliyi probleminə xüsusi əhəmiyyət 
verilmişdir. O, dilin işarələrdən ibarət olması haqqında bəhs 
edərkən deyirdi: “Dil işarələr sistemindən ibarətdir”. Sös-
sürə görə, dil işarəsi anlayış və akustik obrazın kombinasi-
yasıdır. Sössürün yaradıcılığında dil işarələrini xarakterizə 
edən əsas əlamətlər aydın şəkildə şərh edilmişdir.
2. Dil sistem kimi. Sössürə görə, dil sistemlə xarakte-
rizə edilən hadisədir. O, dilin mürəkkəb sistemə malik ol-
duğunu göstərmiş və onun sistem kimi öyrənilməsini zəruri 
hesab etmişdir. Sössürün dilin sistem xarakteristikasını ver-
mək ideyasını irəli sürməsi onun XX əsr dilçiliyi qarşısında 
ən böyük xidmətlərindən biri kimi qiymətləndirilir.
3. Dil ilə nitqin münasibəti. Ferdinand de Sössürün 
dilçilik konsepsiyasında dil və nitqin münasibəti problemi 
irəli sürülmüşdür. Burada nitq və dil anlayışları, bunların 
sərhədi elmi surətdə şərh edilmiş, dillə nitqin fərqli cəhət-
ləri aydınlaşdırılmışdır.
a) Nitqdə dilin fərqləndirilməsi. Ferdinand de Sössür 
dillə nitq arasında mühüm fərqlər olduğunu incəliyi ilə 
müşahidə etmişdir. O göstərirdi ki, nitq fərdidir, dil isə 
kollektivə məxsusdur. Buna görə də dil bütünlükdə bu və 
ya başqa bir adamda mövcud deyil. Dil bütünlükdə həmin 
dildə danışanların nitqlərinin məcmusundan ibarətdir.
b) Nitqlə dilin əlaqəsi. Sössürün təlimində dillə nitqin 
fərqi nəzəri cəhətdən əsaslandırıldığı kimi, bunların ara-
sında möhkəm əlaqənin mövcud olduğu da şərtləndi-
rilmişdir. Onun fikrincə, nitq və dil nitq fəaliyyətinin iki 
komponentidir. Bunlar bir-biri ilə möhkəm vəhdət yaradır; 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
114
biri digəri üçün vacibdir. Dil üçün nitq, nitq üçün isə dil 
zəruridir. Sössür dilə nisbətən, nitqin tarixini daha qədim 
hesab edir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin