1. ÜMumi DİLÇİLİk I indd


 Sinxroniya və diaxroniya məsələsi



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə64/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   60   61   62   63   64   65   66   67   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

4. Sinxroniya və diaxroniya məsələsi. Sössürə görə, dili 
iki aspektdə – birincisi, hazırkı anda olduğu vəziyyətinə və 
ikincisi isə, tarixi inkişafına görə tədqiq etmək olar. Bunlar-
dan birincisi sinxronik, ikincisi diaxronik aspekt adlanır. Bu 
aspektlərə uyğun olaraq dilçiliyi Sössür iki sahəyə bölür və 
bunlardan sinxronik dilçiliyə üstünlük verir. O, bu iki sahə-
ni bir-birindən tam təcrid olunmuş şəkildə təsəvvür etmir; 
hər iki sahə arasında əlaqə olduğunu göstərir.
5. Daxili və xarici linqvistika. Sössür dilçiliyi daxi-
li və xarici olmaqla iki formada təsəvvür edir, bunla-
rın arasında ciddi sərhəd qoyur, onların mövzu və və-
zifələrini göstərir. Sössürün fikrincə, daxili dilçilik dilin 
strukturuna aid məsələləri öyrənməlidir. Xarici dilçilik 
isə dilin xalqla çoxcəhətli əlaqəsinin tədqiqi ilə məşğul 
olmalıdır.
XX əsr dilçiliyində bir sıra cərəyan və məktəblərin ya-
ranmasına böyük təsir göstərmiş Ferdinand de Sössürün 
geniş dilçilik görüşləri müəyyən qüsur və ziddiyyətlərdən 
də azad deyildir.
Dilçilikdə sosiologizm cərəyanı
XX əsrin mühüm dilçilik cərəyanlarından biri sosi-
ologizmdir. Ferdinand de Sössürün adı ilə bağlı olan bu 
cərəyan dilin sosioloji konsepsiyasına isnad edir. Bu cərə-
yan belə bir vəziyyətdən çıxış edir ki, insan dili sosioloji 
fakt və hadisələrlə bağlı öyrənilməlidir
1
.
Elmi ədəbiyyatda sosiologizm cərəyanının “sosioloji 
dilçilik” adlandırılmasına da təsadüf edilir. Sosiologizm 
1
V.A.Zveginsev. Göstərilən əsər, səh. 360.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
115
cərəyanının ən məşhur nümayəndələri A.Meye, J.Vandri-
yes, A.Seşe, Ş.Balli hesab olunur.
Sosiologizm cərəyanının bir-birinə çox yaxın olan iki 
məktəbi vardır. Bunlardan biri Cenevrə, digəri isə Paris 
dilçilik məktəbidir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin