1. ÜMumi DİLÇİLİk I indd


Amerika strukturalizm məktəbi



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə69/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   65   66   67   68   69   70   71   72   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Amerika strukturalizm məktəbi
(Deskriptiv dilçilik)
Amerika dilçiliyi XX əsrin I yarısında müxtəlif elmi 
məktəblərin, dərnək və konsepsiyaların cəmi kimi təsəv-
vür edilirdi. Bunların arasında deskriptivizm qabaqcıl yer 
tuturdu.
Deskriptiv dilçilik strukturalizmin bir qoludur. Bu dil-
çilik məktəbi öz işini strukturalizmin prinsipləri üzərində 
qurmuşdur. Amerika deskriptivizminin mahiyyəti ondan 
ibarətdir ki, onun nümayəndələri dilin formal cəhətlərini 
nəzərə almışlar. Onların fikrincə, dilçiliyin vəzifəsi dilin 
faktlarını qeydə almaq, onu təsvir etməkdir. Dil faktlarına 
belə münasibət həmin dilçilik məktəbinin adlandırılmasın-
da əsas olmuşdur. “Deskriptiv” ingiliscə to describe – “təs-
vir etmək” deməkdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
123
Deskriptivizm dövrün ictimai-siyasi şəraiti ilə əlaqə-
dar olaraq Amerikada yaşayan yerli sakinlərin (hindilərin) 
dillərinin praktik öyrənilməsi zəruriliyi nəticəsində yaran-
mış və inkişaf etmişdir. Tipoloji cəhətdən çox müxtəlif olan 
Amerika hindilərinin dillərinin geniş təsviri prosesində 
Amerika strukturalizm məktəbi formalaşmışdır. Bu mək-
təb 1933-cü ildən 1957-ci ilə kimi çox sürətli inkişaf yolu 
keçmişdir.
Amerika deskriptivizm məktəbini yaradanlardan biri 
F.Boasdır.
Frans Boas (Franz Boas, 1858-1942). Amerika dilçisi 
və antropoloqu Frans Boas Almaniyada doğulmuş və ora-
da da təhsil almışdır. F.Boas elm aləminə fizioloq olmaq 
arzusu ilə gəlmişdir. Lakin o, bu fikirlərdən tez əl çəkmiş, 
dilçilik elminə güclü meyil göstərmişdir.
F.Boasın diqqətini Amerikada yaşayan yazısız çoxdil-
li yerli hindilərin dili daha çox cəlb etmişdir. O, Amerika 
hindilərindən dakot, eskimos, oneyda, simşey və başqala-
rının dillərini sorğu üsulu və fərdi müşahidələrlə öyrən-
mişdir. Bu xalqların dilləri üzərində elmi müşahidələr apa-
rarkən eyni zamanda onların həyatı, adət və ənənələri ilə 
də yaxından tanış olmuşdur.
F.Boas dilçilikdə hind-Avropa dillərinin tədqiqi üçün 
müəyyənləşdirilmiş metodları Amerika hindilərinin dil-
lərinin öyrənilməsində tətbiq etməyin yararsız olduğunu 
göstərirdi. O, hindilərin dillərinin tədqiqi və təsvirində 
yeni fərqli metodlardan – dilin formal cəhətlərini təsvir 
edən metodlardan istifadə olunmasını tələb edirdi.
F.Boasın nəzəri ümumdilçilik görüşləri onun bö-
yükhəcmli “Amerika hindilərinin dillərinə dair rəhbərlik” 
(1911-1922) adlı əsərində ifadə edilmişdir. Eyni zaman-
da, deskriptiv dilçiliyin əsas prinsipləri də bu əsərdə şərh 
olunmuşdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
124
F.Boasın elmi ənənələri, tədqiqat üsulları Amerika dil-
çiləri E.Sepir və L.Blumfild tərəfindən iki istiqamətdə da-
vam və inkişaf etdirilmişdir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin