Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
121
Danimarka dilçilərindən
Viqo Bröndal (1887–1942),
X.Uldal (1907–1957),
Lui Yelmslev (1899–1965) “Kopenha-
gen dilçilik dərnəyi”nin baniləri hesab olunurlar.
Kopenhagen dilçiləri fonologiya
və dilin quruluşu
məsələləri ilə məşğul olurdular. Onlar Praqa linqvistləri-
nin fonoloji nəzəriyyəsinin tənqidi ilə çıxış etmişlər.
Kopenhagenlilər öz konsepsiyalarına 1936-cı ildən
yeni ad seçmişlər. Bu, “Qlossematika” adlanırdı. Qlossa
(glossa) yunanca “dil” deməkdir. Deməli, Kopenhagen
struk turalistləri söz əmələ gətirən bütün səslərin mənalı
oldu ğunu iddia edirdilər. Onlar
söz tərkibində bir səsin
dəyişməsi ilə əmələ gələn məna dəyişmələrini əsas götür-
məklə səslərin mənalı olduğunu sübut etməyə çalışırdılar.
Deməli, qlossematika, əslində, ənənəvi dilçiliyə qarşı qo-
yulmuşdur.
Kopenhagen dərnəyinin nümayəndələri öz tədqiqat-
larını nəşr etmək üçün xüsusi jurnal təsis etmişdilər. Onlar
1934-cü ildən “Bülleten du cercle linguistique de Copen-
hague”, 1939-cu ildə isə “Acta Linguistica” adlı jurnal bu-
raxmışlar. Bu sonuncu jurnalın müxtəlif illərdə çap edilmiş
nüsxələrində qlossematikanın ən mühüm məsələləri öz ək-
sini tapmışdır. 1939-cu ildə çap edilmiş birinci buraxılışda
Viqo Bröndalın
“Struktural linqvistika” məqaləsi nəşr olun-
muşdur. Həmin məqalə strukturalizmin manifestidir. Bu-
rada strukturalizmin ümumnəzəri məsələləri aydın şəkil-
də əsaslandırılmışdır. Jurnalda X.Uldalın
“Qlossematikanın
əsasları” (1957), L.Yelmslevin
“Dil və nitq” (1942),
“Linqvis
tikada struktur təhlilin metodu” (1950–1951) məqalələri çap
olunmuşdur.
Lui Yelmslev Kopenhagen strukturalizminin məşhur
nümayəndəsiydi. O, hələ 1928-ci ildə nəşr etdirdiyi
“Ümu
mi qrammatikanın prinsipləri” adlı əsərində strukturaliz-
min nəzəri əsaslarını vermişdir.
Böyük nəzəriyyəçi alim
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
122
Lui Yelmslevin
“Linqvistik nəzəriyyənin əsasları” (1943) adlı
yekunlaşdırıcı elmi işində isə qlossematikanın prinsipləri
şərh edilmişdir.
L.Yelmslev Kopenhagen Universitetinin Fəlsəfə fa-
kültəsinin nəzdindəki Linqvistika və Fonetika İnstitutu-
nun direktoru işlədiyindən məntiqlə, xüsusən riyazi mən-
tiqlə də çox məşğul olmuşdur. Onu riyaziyyat məsələləri
də maraqlandırmışdır. L.Yelmslev ilk dəfə olaraq riyaziy-
yatla məşğul olan dilçidir. O, riyazi metodları dilçiliyə tət-
biq etməyə çalışmışdır.
Kopenhagen dilçilik məktəbi universal linqvistik nə zə-
riyyənin yaradılmasına cidd-cəhd göstərmişdir. Buna gö rə
də Ferdinand de Sössürün nəzəriyyəsinə əsasən bu problem
qlossematikada müəyyən dərəcədə inkişaf etdiril mişdir.
Kopenhagen məktəbi
strukturalizmdə xüsusi möv-
qe yə malikdir. Qüsurlarına baxmayaraq, dilçiliyin inkişafı
tarixində bu məktəbin də müəyyən rolu vardır.
Dostları ilə paylaş: