1. ÜMumi DİLÇİLİk I indd


) Dillərin qohumluğunun öyrənilməsi



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə34/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   30   31   32   33   34   35   36   37   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

5) Dillərin qohumluğunun öyrənilməsi. İntibah döv-
rünün dilçilik elmində dillərin qohumluğunu müəyyən-
ləşdirmək problemi mühüm yerlərdən birini təşkil edirdi. 
Dillər arasındakı qohumluq, qohumluğa görə dillərin təs-
nifi dövrün alimlərinin diqqətini özünə cəlb edən ən aktual 
məsələlər idi.
Görkəmli holland filoloqu İosif Yustus Skliger (1540-
1609) latın, yunan, german və slavyan dillərinin qohum ol-
duğu fikrini irəli sürmüşdür. O, 1599-cu ildə yazdığı ‘’Av­
ropalıların dilləri haqqında mühakimə” (“Diatriba de europae-
orum linguis”) adlı əsərində Avropada 11 dil qrupu müəy-
yənləşdirmişdir.
6) Dilin inkişaf etməsi anlayışının meydana çıxması. 
XVIII əsrədək dil dəyişməyən, inkişaf edib zənginləşməyən 
bir hadisə kimi təsəvvür olunurdu. Lakin dünya dillərinin 
müxtəlifliyinin açılması, dillərdəki oxşar və fərqli cəhətlə-
rin müəyyən edilməsi, ayrı-ayrı dil hadisələrinin dərindən 
müşahidə olunması dilçilər qarşısında dilin inkişaf etməsi 
ilə məşğul olmaq kimi mühüm vəzifə qoymuşdur. XVIII 
əsrin alimləri toplanılmış materialları təhlil edərək dildə-
ki dəyişikliklərin səbəbini aydınlaşdırmış və onu inkişaf 
edən ictimai hadisə kimi müəyyənləşdirmişlər. Bu, həmin 
əsrin ən böyük elmi-nəzəri dilçilik nailiyyətlərindən idi.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
64
Dilin inkişaf prosesi haqqında ilk dəfə görkəmli İtaliya 
filosofu Cambatist Viko fikir söyləmişdir. O özünün “Mil­
lətin ümumi təbiəti haqqında yeni elmin bünövrəsi” (1725) adlı 
əsərində dilin inkişafında 3 əsas mərhələ müəyyən etmişdir. 
C.Viko dilin tarixini cəmiyyətin tarixi ilə əlaqələndirmişdir
1
.
Dilin tarixi inkişaf prosesi haqqında Viko tərəfindən 
irəli sürülmüş ideya XVIII əsrin məşhur alimlərindən Jan 
Jak Russo, Adam Smit və başqalarının əsərlərində daha da 
inkişaf etdirilmişdir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin