1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə71/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   67   68   69   70   71   72   73   74   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Lionard Blumfild (Leonard Bloomfield, 1887-1949). 
L.Blumfild XX əsr Amerika dilçiliyi tarixində böyük dilçi 
alim kimi məşhurdur. Alimlər Amerika dilçiliyində onun 
mövqeyini, təxminən, Avropa dilçiliyində Ferdinand de 
Sössürün tutduğu mövqe kimi təsəvvür edirlər.
Frans Boasın davamçısı olan L.Blumfild Çikaqo Uni-
versitetində german filologiyası üzrə professor vəzifəsində 
fəaliyyət göstərmişdir. Leonard Blumfild pedaqoji fəaliy-
yəti ilə yanaşı, dil haqqında elmin nəzəri məsələləri ilə də 
məşğul olmuşdur. O, geniş və zəngin elmi yaradıcılığa ma-
likdir.
Blumfildin ən böyük elmi-tədqiqat işi 1933-cü ildə çap 
edilmiş “Language”, yəni “Dil” adlı əsəridir. Bu əsər Ame-
rika dilçiliyi tarixində çox böyük hadisə kimi qiymətlən-
dirilmişdir. Blumfild bu məşhur əsərində dilçiliyin vəzifə, 
prinsip və metodlarını elmi əsasda şərh etmişdir. Buna 
görə də həmin kitab Amerikanın bütün universitetlərində 
öyrənilmiş, dilçi alimlərin stolüstü əsərinə çevrilmişdir. 
Leonard Blumfildi linqvistik təsvirin başlıca prinsipləri 
daha çox maraqlandırırdı. O öz elmi konsepsiyasında dili 
formal cəhətdən təsvir etməyi hərtərəfli əsaslandırmışdır.
Blumfildin “Dil” monoqrafiyasında diqqəti cəlb edən 
qiymətli cəhətlərdən biri qrammatika nəzəriyyəsidir. 
Onun qrammatika nəzəriyyəsində qrammatik forma əsas 
yer tutur. Bu məsələ geniş şərh edilmişdir. Bununla ya-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
126
naşı, Blumfild qrammatik anlayışlara dair əsas terminləri 
müəyyənləşdirməyə də ciddi səy göstərmişdir. O, sintak-
sis sahəsində də çox böyük nailiyyətlər əldə etmişdir.
1936-cı ildə Blumfildin “Dil, yaxud ideya” adlı məqaləsi 
çap olunmuşdur. Burada o, fəlsəfi məsələlərdən bəhs edir.
Ümumiyyətlə, Blumfildin dilçiliyə dair mülahizə və 
görüşləri Amerikada strukturalizmin inkişafında xüsu-
si rol oynamışdır. Bu görkəmli alimin ənənələri sonralar 
onun şagirdləri və ardıcılları Blok, Treycer, Xokkit, Herris, 
Qlison və başqaları tərəfindən inkişaf etdirilmişdir.
1951-ci ildə Zellinq Herrisin “Struktural dilçilikdə me­
todlar” adlı əsəri nəşr olunmuşdur. Bu ümumiləşdirici 
əsər deskriptivizmin manifesti hesab olunur. 1959-cu ildə 
Q.Qli sonun “Deskriptiv dilçiliyə giriş” adlı kitabı çapdan çıx-
mışdır. Bu əsərdə deskriptivizmin bəzi ümumi prinsiplə ri 
aydınlaşdırılır.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin