1. Universitetin adı: Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Aqrar iqtisadiyyat İxtisas: İqtisadiyyat

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.17 Mb.
səhifə9/14
tarix14.01.2017
ölçüsü1.17 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Qonşu qovşaq- bu qovşaqlar heç bir digər qovşaqlara aid olmayan heç olmasa bir yolla birləşən qovşaqlardır.

Kompüterləır şəbəkələrdə müxtəlif üsullarla birləşdirilə bilərlər. Kompüterlərin şəbəkədə birləşdirilməsi üsulları həmin şəbəkənin topologiyası adlandırılır. Şəbəkə topologiyalarının ən geniş yayılmış tipləri aşağıdakılardır:

  • Xətti və ya şin topologiyası. Yalnız iki axırıncı qovşağa, istənilən sayda aralıq qovşağa və istənilən iki qovşaq arasında yalnız bir yola malik olur;

  • Halqavari şəbəkə. Bu topologiyalı qovşaqlarda hər bir qovşağa iki və yalnız iki qovşaq birləşir;

  • Ağacvari şəbəkə. Bu şəbəkələr ikidən çox axırıncı qovşağa, heç olmasa iki aralıq qovşağa və iki qovşaq arasında bir yola malik olan şəbəkələrdir;

  • Ulduzvari topologiya. Bu cür şəbəkələrdə yalnız bir aralıq qovşaq olur;

  • Göz-Göz şəbəkə (və ya xanavari şəbəkə). bu şəbəkələr iki və daha çıx aralıq yollara malik heç olmasa iki qovşağa malik olur;

  • Tam əlaqələndirilmiş şəbəkə. Bu cür şəbəkələrdə istənilən iki qovşaq arasında əlaqə yolu vardır.

Kompüter şəbəkələrinin vacib xarakteristikası onun arxitekturasıdır. Şəbəkənin arxitekturası- onun topologiyasını, tərkibindəki qurğuları və həmin qurğuların şəbəkədə qarşılıqlı əlaqələri qaydalarını müəyyənləşdirən verilənlərin ötürülməsinin reallaşdırılmış strukturudur. Şəbəkənin arxitekturası çərçivəsində informasiyanın kodlaşdırılması, onun ünvanlaşdırılması və ötürülməsi, verilənlər axınının idarə edilməsi, səhvlərə nəzarət və xarakteristikaların pisləşməsi və qəza hallarında şəbəkə işinin təhlilinə baxılır.

Ən geniş yayılmış arxitekturalar aşağıdakılardır:

  • Ethernet (ingiliscə ether- efir)- genişyayımlı şəbəkəsi. Bu cür arxitekturalı şəbəkələrdə şəbəkənin bütün işçi stansiyaları bütün məlumatları ala bilir. Şəbəkə xətti (şin) və ulduzvari topologiyaya malik ola bilər. Verilənlərin ötürülmə sürəti 10 və ya 100 Mbit/saniyədir (məsələn Ethernet 10Base-2- sürət 10 Mbit/san., Ethernet 100Base-T- 100 Mbit/san. sürətlidir).

  • Arcnet (Attached Resource Computer Network — birləşmiş resursların computer şəbəkəsi)- genişyayımlı şəbəkəsi. Fiziki topologiyası ağacvaridir. Verilənlərin ötürülmə sürəti 2,5 Mbit/saniyədir.

  • Token Ring (estafetli halqavari şəbəkə, şəbəkə markerlərin ötürülməsi ilə işləyir)- halqavari şəbəkədir. Bu cür şəbəkələrdə verilənlərin ötürülməsi prinsipi ona əsaslanır ki, hər bir halqaya daxil olan qovşaq qonşu özündən əvvəldə yerləşən qovşaqdan bitlərin unikal ardıcıllığından ibarət markerin gəlməsini gözləyir. Markerin daxil olmasından sonra verilənlər axın istiqamətində növbəti qovşağa göndərilə bilər. Verilənlərin ötürmə sürəti 4 və ya 16 Mbit/saniyədir.

  • FDDİ (Fiber Distributed Data Interface- verilənlərin optic lifli yayımlanma interfeysi)- optik lifli xətlərlə verilənlərin ötürülməsinin yüksəksürətli şəbəkə arxitekturası. Verilənlərin ötürmə sürəti 100 Mbit/saniyədir. Bu şəbəkələr ikiqat halqavari və ya qarışıq (ulduzvari və ağacvari topologiyaların qarışığı) topologiyaya malik olurlar. Şəbəkə istifadə edilən avadanlıqların qiymətinin bahalığı ilə digərlərindən fərqlənirlər.

  • ATM (Asynchronous Transfer Mode- asinxron ötürmə tərzi)- perspektivli, hələlik çox baha olan arxitekturadır. Bu arxitekturalı şəbəkələr rəqəmsal verilənlərin, videoinformasiyanın, səsin və s. eyni xətlə verilməsini, ötürülməsini təmin edir. Ötürmə sürəti 2,5 Qbit/saniyədir. Əlaqə xətləri optik lifli kabellərdir.


Şəbəkədə qurğular bir-biri ilə əlaqələndirən avadanlıqlar:

- Şəbəkə kabelləri: Koaksial kabellər. Əsasən iki tip koaksial kabel istifadə olunur.

-İncə koaksial kabel;

-Qalın koaksial kabel.

İncə koaksial kabellər RG-58 olaraq markalanır və 50 om müqavimətə malik olurlar. Bu kabel 10BASE 2- Ethernet lokal şəbəkələrində istifadə olunur. İnformasiyanın ötürülmə sürəti 10 Mbit/san - dir. Heç bir əlavə qurğudan istifadə etmədən informasiya 185-200 m-ə qədər ötürülə bilir.

Qalın koaksial kabellər RG-8 və ya RG-11 olaraq markalanır və 50 om müqavimətə malik olurlar. Bu kabellər sarı rəngdə olub və üzərində aralarındakı məsafə 2.5 m olan qara nöqtələr qoyulur. Kompüterlər yalnız bu nöqtələrdən kabelə bağlana bilərlər. Bu kabel 10BASE 5- Ethernet lokal şəbəkələrində istifadə olunur. İnformasiyanın ötürülmə sürəti 500 Mbit/san-dir. Heç bir əlavə qurğu istifadə etmədən informasiya 500 m-ə qədər ötürülə bilir.

Burulmuş cütlü kabellər. Bu kabellər kompüter şəbəkələrində istifadə olunan ən ucuz kabellərdir. UTP (ekranlaşdırılmamış) və STP (ekranlaşdırılmış) olaraq markalanır. İnformasiyanın ötürülmə sürəti 10-100 Mbit/san-dir. Əsas üstünlüyü ucuz olması və asanlıqla quraşdırıla bilməsidir. Məlumatları kənar dalğaların təsirindən qorumaq üçün ekranlaşdırılmış (STP) burulmuş cütlükdən istifadə olunur. Bu tip kabeller Ethernet 10/100 BASE-T şəbəkələrində istifadə olunur.

Optik kabellər.Optik kabellər vasitəsilə informasiyanın ötürülməsi üçün nazik şüşə tellərdən istifadə olunur. İnformasiya işıq dalğaları şəklində ötürülür. Optik kabellər səs və verilənlərin ötürülməsi üçün ideal kabellərdir, ancaq kifayət qədər bahalıdır, quraşdırılması çətindir. İşıq dalğalarını elektriki dalğalara və əksinə çevirmək üçün mürəkkəb qurğudan istifadə olunur. Əsasən informasiyanın uzaq məsafəyə və geniş diapazonda ötürülməsi lazım olan yerlərdə istifadə olunur. Kənar əngəllərin təsiri praktiki olaraq yoxdur. Məlumatın yayılması sürəti saniyədə bir neçə qeqabitlə (Qbit) ölçülür. Məlumat 50 km məsafəyə gücləndirilmədən ötürülə bilir. Bu tip kabelller Ethernet 100 BASE-F şəbəkələrlində istifadə olunur.


  • Konnektorlar (birləşdiricilər)- kabel hissələrini və kabeli kompüterə birləşdirən qurğu;

  • Verilənlərin ötürülməsi və qəbulu üçün şəbəkə interfeys adapterləri. Verilənlərin ötürülməsi mühitinə daxil olmanı müəyyən protokola uyğun olaraq idarə edir. Şəbəkəyə qoşulmuş kompüterlərin sistem bloklarında yerləşdirilir. Adapterlərin razemlarına şəbəkə kabeli birləşdirilir;

  • Transiverlər- kabellə ötürülən verilənlərin ötürülmə keyfiyyətini yüksəldir. Şəbəkədən siqnalların qəbuluna cavab veriri və konflikləri müəyyənləşdirir.

  • Hablar (konsentratorlar) və kommutasiya habları (kommutatorlar)- kompüter şəbəkələrinin topologiyalarını, funksional və sürət imkanlarını genişləndirir. Müxtəlif tipli portlardan ibarət hab müxtəlif kabel sistemlərinə malik şəbəkə seqmentlərini birləşdirməyə imkan veriri Habın portuna ayrıca şəbəkə qovşağşnş qoşmaqla bərabər, digər habı və ya kabel seqmentini də qoşmaq olar;

  • Təkrarlayıcılar (repiterlər)- kabellərin uzunluğu çox böyük olduqda ötürülən siqnalları gücləndirir.

Kompüter şəbəkələrinin coğrafi əhatəsinə və ya yerləşməsinə görə təsnifatı:

Coğrafi yerləşmə və ya əhatəsinə görə şəbəkələr lokal, şəhər, ərazi, korporativ və qlobal şəbəkələrə bölünürlər.



  • Lokal şəbəkələr (LHŞ, LAN- Local Area NetWork)- otaq, mərtəbə, bina, müəssisə hüdudu ilə məhdudlaşmış kompüterləri əlaqələndirən şəbəkədir.

  • Qlobal şəbəkə (QHŞ, WAN — World Area NetWork)- bir-birindən coğrafi olaraq uzaqda yerləşən kompüterləri birləşdirən şəbəkədir. Lokal şəbəkələrdən kommunikasiya(peyklə, kabellərlə və s. əlaqələndirilmiş) məsafəsinin böyük olması ilə fərqlənir. Qlobal şəbəkələr lokal şəbəkələri bir-biri ilə birləşdirir. Qlobal şəbəkələrdə həm xidmətlər, həm də istifadə olunan qurğu və avadanlıqlara nəzarət pulludur. Buna görə də qlobal şəbəkələri kommersiya şəbəkələri də adlandırırlar.

Şəhər şəbəkəsi (ŞHŞ, MAN — Metropolitan Area NetWork)- böyük şəhərlərin informasiya tələblərinin ödənilməsinə xidmət edən şəbəkələrdir.


Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə