1. Ъяряйанларын гаршылыглы тясири


Sönən elektromaqnit rəqsləri



Yüklə 1,35 Mb.
səhifə76/91
tarix13.02.2022
ölçüsü1,35 Mb.
#114359
1   ...   72   73   74   75   76   77   78   79   ...   91
fizika imtahan sual və cavabı

80.Sönən elektromaqnit rəqsləri

- Sönən elektrik rəqsləri 

Hər bir rəqs konturundakı birləşdirici naqillərin və sarğacın müəyyən müqaviməti var. Konturdakı elektromaqnit enerjisi tədricən naqillərin qızmasına sərf olunur. Ona görə də rəqslər sönür və sonda tamamilə dayanır. Bu halda gərginlik, cərəyan şiddəti və elektrik yükü rəqslərinin amplitudu azalır.

              



81.Eninə və uzununa dalğalar.

- Dalğanın 2 növü vardır:

  1. Uzununa dalğa – rəqs istiqamətində yayılan dalğaya deylir.

  2. Eninə dalğa – rəqslərə perpendikulyar istiqamətində yayılan dalğaya deyilir.

Eninə dalğa zərrəciklərin rəqs istiqamətinə perpendikulyar istiqamətdə yayılan dalğaya deyilir. Eninə dalğa dalğa qabarıqlarının və çökəkliklərinin növbə ilə təkrarlanmasıdır. Eninə dalğalar elə mühitdə yayıla bilər ki, orada mühitün formasının dəyişməsi nəticəsində elastiklik qüvvələri yaransın. Ona görə də eninə elastik dalğalar ancaq bərk cisimlərdə yayılır. Qaytanın bir ucunu divara bərkidib digər ucunu yuxarı-aşağı rəqs etdirməklə eninə dalğaların qaytan boyunca necə yayıdığını görə bilərik. Mayenin səthində də eninə dalğalar yarana bilər. Lakin həmin dalğalar elastiklik qüvvəsinin hesabına deyil, ağırlıq qüvvəsinin təsiri və mayenin səthi gərilməsi nəticəsidə yaranır. Bu səbəbdən onları qravitasya dalğalari adlandırırlar.

Uzununa dalğa zərrəciklərin rəqsi istiqamətində yayılan dalğaya deyilir. Uzununa dalğada hər bir zərrəciyin rəqsi hərəkətinin istiqaməti dalğanın yayılma istiqaməti boyunca yönəlir. Elastik yayın bir ucunu stolun o biri başına bərkitməklə digər ucunu irəli-geri hərəkət etdirib sıxılma və seyrəkləşmənin necə təkrarlanmasını görmək olar. Səs dalğaları mühitdə yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. Uzununa dalğalar bütün mühitlərdə - bərk cisimlərdə, maye və qazlarda yayılır. Səs dalğaları uzununa dalğalardır və havanın sıxılma və seyrəkləşməsinin mühitdə təkrarlanaraq yayılmasıdır. Əgər telefonu vakuum balonun altına qoyub balonun havasın sorsaq səsin kəsildiyin görərik. Havasız mühitdə yayılmır. İnsan qulağının səs şəklində qəbul etdiyi dalğaların tezliyi 16 Hs-20.000 Hs intervalında yerləşir. Səs vibratoru Səs tezliyi ilə rəqs edən istənilən cisimdir.




Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin