1.Çoxmənalılıq haqqında məlumat. Çoxmənalılığın əmlə gəlməsi


Kurs: I Fənn: Ana dili



Yüklə 299 Kb.
səhifə33/45
tarix01.01.2022
ölçüsü299 Kb.
#103351
1   ...   29   30   31   32   33   34   35   36   ...   45
Kurs: I

Fənn: Ana dili

Müəllim: Fəxriyyə Cəfərova

ceferova.fexriyye@mail.ru

Mövzu: Azərbaycan dilinin frazeologiyası

Plan

1. Frazeologiya haqqında ümumi məlumat.

2. Sərbəst birləşmələrlə sabit birləşmələrin fərqli xüsusiyyətləri.

3. Frazeologizmlərin növləri.



    1. İdiomlar.

    2. İdarələr.

    3. Atalar sözləri və hikmətli sözlər.

Ədəbiyyat

1. A. Qurbanov. Müasir Azərbaycan dili. B. 2003

2. Müasir Azərbaycan dili I hissə B. 2007

3. N. Abdulzadə. Azərbaycan dili (milli kurrikulum)

4. H. Həsənov. Müasir Azərbaycan dilinin leksikası B. 1988

5. M. Adilov. Sabit söz birləşmələri B. 1985

1. Frazeologiya ( yunan sözü olub frasis- ifadə, və loqos-məlum sözlərindən ibarətdir) dildə mövcud olan bütün sabit söz birləşmələrinin məcmusu deməkdir. Dildə olan bütün sabit söz birləşmələrinin, bölünməz ifadə və idarələrin məcmusu frazeologiya deyilir.( A. Qurbanov )

Frozeologizmlərin öyrənilməsi ilə məşğul olan sahə dilçilikdə frazeologiya adlanır. (H. Həsənov). Frazeologiya frazeologizmlərin qanunauyğun inkişafını, mənşəyini və yaranmasını, xüsusiyyətlərini, forma və məzmun zənginliyini, işlədilmə imkanını, semantik və qrammatik strukturunu, söz və sərbəst birləşmələrlə əlaqəsini vəs tədqiq edir. Onun tədqiqat obyekti məna, quruluş və funksiyaca rəngarəngdir.

Dilçilik ədəbiyyatlarında frazeologizmlər “frazeoloji birləşmələr”, “ idiomlar”, “frazeoloji qruplar”, “frazeoloji tərkiblər”, “frazeoloji vahidlər”, “frazeoloji ifadələr”, “frazeologizmlər”, “frazemlər” vəs. Terminlərlə izah olunur. Belə müxtəliflik “frazeologiya” məfhumunu dəqiq anlamaq üçün çətinlik törədir. Prof. H.Həsənov dildəki sabit leksik səciyyəvi birləşmələrin “frazeologizm” termini ilə verilməsini, A.Qurbanov isə frazeoloji vahidlər kimi verilməsini məqsədəuyğun göstərmişdir.

A. Qurbanov frazeoloji vahidlərə belə tərif vermişdir: “Dildə bu və ya başqa məna, yaxud məzmunu ifadə edən, hər bir sabit birləşməyə, bölünməz ifadə və idarələrə frazeoloji vahid deyilir”

Frazeoloji vahidləri təşkil edən sözlər onun tərəfləri, yaxud komponentləri hesab olunur qulaq asmaq, ürəyi qopmaq, gözü götürməmək vəs.

Frazeoloji vahidlər həm ümumi, həm də xüsusi olur. Ümumxalq tərəfindən işlədilən frazeoloji vahidlər ümumi frazeoloji vahidlər adlanır: məsələn, gözü götürməmək, gözün aydın.

Bədii əsərlərlə yaratdıqları frazeoloji vahidlər isə xüsusi frazeoloji vahid adlanır.

Qoymayın, tez olun, tutun Eldarı!

Ona da göstərək daş zindanları.


Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin