Leksik- fonetik arxaizmlər. Mənaca dəyişməyən, fonetik tərkibcə fərqli sözlərə leksik- fonetik arxaizmlər deyilir. Məsələn, kim- ki, birlə- ilə, yüz-üz, həna-xına və s.
Tarixizmlər və arxaizmlər köhnəlmiş sözlər olsalar da bir- birindən fərqlənir:
1. Tarixizmlərin əmələgəlməsi dildə yox, dildən kənar xalqın həyat tərzinin, ictimai quruluşunun dəyişməsi ilə bağlıdır. Ona görə də tarixizmlər müxtəlif dillərdə bir sıra ümumi cəhətlərə malikdir. Arxaizmlər isə dil amilidir, dilin quruluşundan irəli gəlir. Buna görə də onlar ayrı- ayrı dillərdə müxtəlif cür təzahür edir.
2. Tarixizmlərin adlandırdığı əşya və hadisələr artıq bizim dövrümüzdə yoxdur, onları müasir sözlərlə əvəz etmək olmur. Arxaizmlərin isə ifadə etdiyi əşya və hadisələr indi də qalır, onları başqa sözlərlə adlandırmaq mümkündür.
3.Tarixizmlər köhnəlmiş əşya və hadisələrin, arxaizmlər müasir əşya və hadisələrin köhnəlmiş adıdır.
4.Tarixizmlər nominativ funksiya daşıyır, sinonimi yoxdur. Ona görə də onlara ancaq məişətdən çıxmış əşya və hadisələrin adını çəkmək lazım gələndə müraciət olunur. Arxaizmlər isə həm nominativ funksiyalıdır, həm də üslubi çalarlığa malikdir, sinonimi vardır.
5. Tarixizmlər ancaq adlarla, arxaizmlər bütün sözlərlə bağlıdır.
Dostları ilə paylaş: |