ÜDM-in hesablanması metodları: Istehsal metodu – Ölkədə olan firmalar tərəfindən yaradılan əlavə dəyərlərin toplanması ilə hesablanan metoddur: ÜDM= İMD – OM + V – S
Gəlir metodu – istehsal amillərinin istehsala qatılması nəticəsində əldə etdikləri gəlirlərin toplanması ilə hesablanan metoddur:
ÜDM=Əmək haqqı + faiz + renta + mənfəət + dolayı vergilər + amortizasiyalar Xərc metodu – Bir ildə bütün son məhsula çəkilən xərclərin toplanması ilə hesablanan metoddur:
Ümumi milli məhsul— ölkə vətəndaşlarının ölkə daxilində istehsal etdikləri bütün son əmtəə və xidmətlər ilə, ölkədən kənarda yaşayan vətəndaşların ölkəyə transfer etdikləri iqtisadi amillərin gəlirlərinin məcmu bazar dəyəridir. ÜMM-da, ÜDM-dən fərqli olaraq, vətəndaşların həm ölkə daxilində, həm də xaricində əldə etdikləri bütün gəlirlər nəzərə alınır.
Nominal ÜDM – Müəyyən bir ildəki istehsalın həmin ilin qiymətləri ilə hesablanmasına deyilir. Nominal ÜDM - hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür.
Məsələn, ölkədə cəmi 2 məhsul istehsal edilir, A və B məhsulları. 2007-ci ildə A məhsulundan 100 ədəd, B məhsulundan isə 200 ədəd istehsal edilib. A məhsulunun 2007-ci ildə bazar qiyməti 30, B məhsulununku isə 20 pul vahididir. Bu halda 2007-ci ildə ÜDM = 100 * 30 + 200 * 20 = 7000. 2008-ci ildə 10% inflasiya olduğu halda və istehsalın artmadığı halda nominal ÜDM 100 * 33 + 200 * 22 = 7700 olur. Gördüyümüz kimi hətta istehsalın artmadığı halda nominal ÜDM 700 pul vahidi artdı.
Real ÜDM – müəyyən bir ildəki istehsalın baza kimi götürülən bir ilin qiymətləri(yəni sabit qiymətlər) ilə hesablanmasına deyilir. Məhsulun qiymətindən asılılığı aradan qaldırmaq və səhv yanaşmadan yayınmaq üçün real ÜDM hesablanır.
ÜDM deflyatoru –Nominal ÜDM-in real ÜDM-ə olan nisbəti kimi hesablanan və qiymət səviyyəsini ifadə edən göstəricidir: