1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


Əmək bölgüsü və onun növləri



Yüklə 106,97 Kb.
səhifə4/30
tarix05.11.2022
ölçüsü106,97 Kb.
#119020
1   2   3   4   5   6   7   8   9   ...   30
iqtisadiyyat son

7. Əmək bölgüsü və onun növləri
Əmək bölgüsü ümumi əməyin müxtəlif fəaliyyət növləri üzrə bölünməsi, ixtisaslaşması və fəaliyyət mübadiləsinin yaranması prosesidir. Əmək bölgüsü əməyin, istehsalın ayrı-ayrı sahələrində, sahələrin daxilində və müəssisə daxilində müəyyən bir məhsulun və məhsulun hissəsinin istehsalı üzrə bölünməsidir. Belə bir bölgünün nəticəsində böyük sahələr, yarımsahələr, yarımsahələr isə birliklər və müəssisələr formasında təşkil olunur. Istehsalın bu təşkili forması birliklər və müəssisələr biləvasitə məhsulun istehsalçılarıdır
Əmək bölgüsünün növləri
1.Fərdi Əmək Bölgüsü.
2.Müəssisədaxili Əmək Bölgüsü.
4.Sahələrarası Əmək Bölgüsü
5.Ərazi Əmək Bölgüsü.


Fərdi əmək bölgüsü: Bu hər hansı bir fərdin bu və digər məhsul istehsalı üzrə ixtisaslaşması deməkdir. Yəni fərd məhsulu tələbatından artıq istehsal edir, iqtisadi cəhətdən reallaşdırır.
Müəssisədaxili əmək bölgüsü:Bu müəssisə daxilində ayrı-ayrı şöbələr, bölmələr üzrə məhsul istehsalın yaradılmasını və ixtisaslaşmasını əhatə edir. Bu daha çox böyük firmalarda, TMŞ-lərdə daha çox baş verir.


Sahələrarası əmək bölgüsü: Bu iqtisadiyyatın ayrı-ayrı sahələri arasında məhsul istehsalı üzrə ixtisaslaşmasının baş verməsidir. Yəni istehsalın başqa-başqa sahələri arasında istehsal bölünür. Məsələn: Tikinti, kənd təsərrüfatı, rabitə, nəqliyyat və. s
Ərazi əmək bölgüsü: Bu ayrı-ayrı regionlarda məhsuldar qüvvələrin inkişaf səviyyəsindən və bəzi istehsal məhsullarinın istehsalı üçün xammalın yayılma arealından aslı olaraq ərazinin ixtisaslaşmasıdır. Buna misal olaraq dağ-mədən kimyasını, toxuculuq, kənd təsərrüfatının bəzi sahələrini göstərə bilərik.
Miqyasina və inkişaf səviyyəsinə görə əmək bölgüsü 2 yerə bölünür:

  1. Ictimai əmək bölgüsü.

  2. Beynəlxalq əmək bölgüsü.

İctimai əmək bölgüsü cəmiyyətin iqtisadi münasibətlərində, bu münasibətlərin inkisafında xüsusi rola malikdir. İctimai əmək bölgüsü cəmiyyət üzvlərinin müəyyən məhsul üzrə ixtisaslaşmasıdır. Cəmiyyət üzlərinin müəyyən hissəsi əkinçi, maldar, balıqçı, bənna, dərzi və s.
Dünya üzrə baş verən təkrar istehsal prossesi ilk öncə beynəlxalq iqtisadi münasibətlərin təkrar istehsal prossesi olaraq istehsalın beynəlxalq xarekterini daha da dərinləşdirməkdədir. Bu isə beynəlxalq əmək bölgüsü adlanır.

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin