Bu zaman şirkətin güclü və zəif tərəflərlərinə xüsusi diqqət yetirilməlidir. Daxili mühitin öyrənilməsi firmanın hansı güclü və zəif tərəflərinin olduğunu aydınlaşdırmağa yönəlməlidir. Güclü tərəflər təşkilatın rəqabət mübarizəsinə güvənən, genişlənməyə və möhkəmlənməyə çalışdığı bazasına xidmət etməlidir. Zəif tərəflər – onlardan xilas olmağa əlindən gələn hər şeyi etmək üçün rəhbərliyin xüsusi diqqət yetirdiyi faktorlardır.
Bu problemlərlə məşğul olan tanınmış alimlər, təşkilatın həm güclü, həm də zəif tərəflərinin mənbəyi ola bilən əsas daxili amillərin dəstini ayırıblar. Bu şirkətin daxili mühit amillərinin təhlili, onun güclü və zəif tərəfləri haqqında hərtərəfli təsəvvür yaratmağa imkan verir. Bu amillərin və onların təhlili üçün əsas sualların siyahısı aşağıdakı cədvəldə göstərilir (cədvəl 1.1).