Matris 15.1
Qiymətlərin keyfiyyətdən asılı olaraq formalaşması strategiyasının matrisi.
|
Qiymətlər
|
Yüksək
|
Orta
|
Aşağı
|
Keyfiy-
yət
|
Yüksək
|
Əlavə mükafat
|
Dərin səmimiyyətli bazar
|
Yüksək dəyərli əhəmiyyət
|
Orta
|
Şişirdilmiş qiymət
|
Orta səviyyə
|
Xeyirxah keyfiyyətlər
|
Aşağı
|
Soyğunçuluq
|
Süni parıltı
|
Aşağı qiymət əhəmiyyət
|
5. Həssas reaksiya cüzi dəyişikliklər bazarın konyukturasından, tələb və təklif yəni dəyişən (çevik) qiymətlər strategiyasını tələb edir.
6. Strategiya uzunmüddətli qiymətlər strategiyasına əsaslanır və bazarda qiymətin dəyişmələrinə məruz qalmır .
7. Psixoloji cəhətdən cəlbedici qiymət, yəni qurulmuş strategiya belədir ki, hər hansı bir "sərtə" uyğun olan məbləğdən bir qədər aşağı olur.
8. Həyata keçiriləcək strategiya üzrə malların "qiymət pilləkənləri" uyğun olan çeşiddə mal buraxır və ayrı - ayrı markalara əsasən və keyfiyyətindən asılı olaraq qiymətləri müəyyən edir. Bu zaman malların satışı üçün bazarın seqmentləri istehlakçıların gəlirdən asılı olaraq hər bir seqmentin istiqaməti ilə baş verir:
- Malın keyfiyyəti və qiyməti nə qədər yüksək olarsa, deməli, istehlakçıların gəliri yüksəkdir;
- Biz tam strategiya və qiymətin müəyyən edilməsi metodu haqqında biliklərə yiyələnmək üçün təcrübə və təşkil edilmiş kurslarından öyrənə bilərik.
Rəqabət mühiti əhatəsində olaraq, şirkətin apardığı rəqabət mübarizəsinin müxtəlif forma və üsullarından istifadə etməsi, bəzən isə ənənəvi hüdudlarını aşan rəqabətin istənilən üsuluna əl atması mümkündür. Lakin rəqabətin əhəmiyyəti və rolu şirkətin məhsulunun ümumi rəqabət mübarizəsi, bu əsasda heç də azalmır. Bundan əlavə, məhz rəqabətin son nəticəsi şirkətin məhsulunun uzunmüddətli qalması üçün həlledici məsələ sayılır. Əgər onun məhsulları başqa şirkətlərin məhsulları ilə rəqabətdə uduzursa, onu iflasdan heç nə qoruya bilməz. “General Мotors" şirkətində (General Motors) yaranmış vəziyyət buna parlaq nümunə ola bilər. Uzun müddət hesab edilirdi ki, bu superkorparasiya yalnız dövlətin qüdrətindən başqa heç bir qüvvə yıxa bilməz. Hesab edilirdi ki, Birləşmiş Ştatların “General Мotors" o qədər güclüdür ki, ona heç bir rəqabət mühiti qorxulu deyil. 1967-ci ildə C. Qelbreyt "Yeni sənaye cəmiyyəti" kitabında. yazırdı ki, Birləşmiş Ştatların “General Мotors" iqtisadi qüdrəti ona minik avtomobilləri, yük maşınları, soyuducular və digər məhsullar üçün qiymətləri təyin etmək imkanı verir və əmin olur ki, heç bir alıcı onun təklif etdiyi mallardan imtina etmir. Lakin, buna baxmayaraq, 80-ci illərdə Birləşmiş Ştatların “General Мotors" şirkəti fəlakət həddində idi. Amerika dövləti böyük səylər göstərərdi və şirkəti xilas edə bildi. Səbəb isə Birləşmiş Ştatların “General Мotors", şirkətinin istehsal etdiyi məhsullar artıq dünya bazarında yapon şirkətlərinin məhsullarına rəqabət mübarizəsində məğlub olurdular. Bu isə çox önəmli məsələ idi.
Dostları ilə paylaş: |