Sxem 7.1
Təşkilati strukturun seçiminə təsir edən amillər
Təşkilati struktur şirkətin ölçüsü ilə eyni olmalıdır və çox da mürəkkəb olmamalıdır. Adətən, şirkətin təşkilati strukturunun ölçüsü, şirkətin idarəetmə ierarxiyası səviyyələrinin sayının artırılması şəklində özünü göstərir. Əgər şirkət kiçikdirsə və rəhbər özü işçiləri idarə edə bilərsə, onda elementar təşkilati struktur tətbiq edilə bilər. Əgər həmin əməkdaşların sayı bir o qədər artsa, onları idarə etmək bir rəhbər üçün çətindirsə və yaxud da ixtisaslaşmış ayrı-ayrı fəaliyyət növləri yaranırsa, onda aralıq səviyyənin təşkili səmərəli idarə olunmadan çıxır və funksional struktur tətbiq edilməsi daha məqsədəuyğun hesab edilə bilər.
Gələcək artımı şirkətin yeni səviyyəli idarəetmə iyerarxiyasının yaranması doğura bilər. Nəticədə belə təşkilati strukturda bölmə və ya şirkətin yaradılmasını əks etdirən strateji biznes vahidi tətbiq edilə bilər. Şirkətdə kompleks layihələrin yaranması, matris strukturun tətbiq edilməyə başlamasına gətirib çıxarır.
Şirkətin coğrafi yerləşdirilməsi halında əgər regional bölmələr kifayət qədər təcrid olunmuşsa, bu zaman regional bölmələr üzrə qərarların qəbul edilməsinə və müvafiq olaraq təşkilati strukturda regional bölmələrin yaranmasına gətirib çıxarır. Əgər verilmiş hüquqlar çox böyük deyilsə, o zaman bu funksional strukturun sayını artıracaqdır. Bu zaman əgər mümkün olsa, ərazi bölgüsü nisbi müstəqillik statusunu verirsə, bax, onda səmərəli bölmə strukturuna keçid baş verə bilər.
Təşkilati strukturun texnologiyaya təsiri aşağıdakı kimi göstərilir. Birincisi, təşkilati strukturun təşkilində istifadə olunan eyni texnologiyadan, struktur vahidlərinin sayı və onların qarşılıqlı yerləşməsi şirkətdə hansı texnologiyadan istifadə olunmasından çox asılıdır. İkincisi, təşkilati struktur elə qurulmalıdır ki, o, texnoloji yeniləşmə aparmağa imkan versin. Xüsusilə, təşkilati strukturun ideyalarının yayılması texnoloji inkişaf və texnoloji yeniləşmə proseslərinin keçirilməsinə kömək etməlidir.
Təşkilati struktur əhəmiyyətli dərəcədə onun seçiminə menecerlər necə yanaşmasından asılıdır, hansı tip qurumlara daha çox üstünlük verirlər və onlar nə qədər qeyri-ənənəvi formaların tətbiqi üçün şirkətin qurulmasına hazırdırlar. Tez - tez menecerlər təşkilati strukturun ənənəvi və funksional forma seçiminə meyillidirlər, çünki bu onlara daha aydındır və adidir. Həmçinin, təşkilati strukturun hansı şirkətdə formalaşması, yerləşməsi və işə münasibəti təsirini göstərir ki, bu da şirkətin işçiləri üçün xarakterikdir. Yüksək peşəkarlığa malik ixtisaslı işçilər, həmçinin, fəaliyyəti yaradıcılıq istiqamətində olanlar daha çox azadlıq və müstəqillik verən qurumlara üstünlük verirlər. Mühafizəkar əməliyyatları həyata keçirən işçilər isə daha çox sadə və ənənəvi təşkilati strukturlara istiqamətlənirlər.
Xarici mühitin dinamikliyi təşkilati strukturun seçilməsini müəyyən edən çox güclü amildir. Əgər xarici mühit sabitdirsə, orada cüzi dəyişikliklər müşahidə olunursa, onda şirkət böyük səylə kiçik çevikliyi və onların dəyişdirilməsi üçün çoxlu güc tələb edən mexaniki təşkilati strukturu tətbiq edə bilər. Yox, əgər xarici mühit çox dinamikdirsə, bu zaman struktur çevik və bacarıqlı olmalı, xarici dəyişikliklərə tez reaksiya verməlidir. Xüsusən, belə strukturda qərarların qəbul edilməsində struktur bölmələrinin böyük hüquqları var.
Biznesin inkişaf strategiyasının həyata keçirilməsi zamanı, təşkilati strukturun seçilməsinə nəzərəçarpacaq dərəcədə təsir göstərir. Hər dəfə şirkət yeni strategiya həyata keçirdikdə strukturu dəyişmək heç də mütləq deyil. Lakin tamamilə mütləqdir ki, mövcud təşkilati struktur strategiyaya uyğun olsun, daha sonra isə lazım gələrsə, müvafiq dəyişikliklər aparılmalıdır.
Biznesin dünya təcrübəsinə nəzər salsaq görərik ki, 1991-ci ildə yaradılmış kompyuter məhsullarının satışını həyata keçirən şirkət, iki il ərzində "Stipler" kimi mühüm uğurlar qazana bilmişdir. Onun illik dövriyyəsi 1993-cü ildə təxminən 40 mln dol təşkil etmişdir, 1992-ci ildə isə illik dövriyyəsi üç dəfə artmışdı. Şirkətin artımı təkcə kompyuter periferiklərinin satış həcminin artırılması hesabına deyil, həm də müştərilərə göstərilən əlavə xidmətlərin geniş çeşiddə yüksək texnoloji məhsulların satılması hesabına, həm də şirkət kompyuter texnikası istehsalında dünya liderlərinin distribüteri statusunu almışdır, necə ki, İBM, Epson və Xyulet-Pak-kard (Hewlett-Packard) kimi. Bundan başqa, "Stipler" şirkəti digər biznes fəaliyyətləri artırmaları həyata keçirilməsi sayəsində aparıcı mövqelərə çıxmışdır. Şirkət, həmçinin, proqram təminatının hazırlanması, bankların və sənaye müəssisələrinin fəaliyyətinin avtomatlaşdırılması sahəsində kompleks xidmət göstərilməsi ilə məşğul olmaqla məhşurlaşmışdır.
Ticarət şəbəkəsində müştərilərə təklif olunan mal və xidmətlərin çeşidinin genişləndirilməsi şirkətin fəaliyyətində bir sıra problemlər yarada bilər. Çünki qanuna görə şirkət bir hesablaşma hesabına malik olmalıdır, onda ixtilaf şirkətin birgə qazandığı vəsaitin bölmələr arasında bölüşdürülməsi ilə bağlı fikirləri ortaya qoya bilər. Şirkətin vahid büdcəsi uyğun pay almaq istəyini doğurur, lakin bu onların əmanətlərinə mütənasib ola bilməz. Şirkətin fəaliyyət istiqamətləri ilə onun bölmələrinin sayının artması müvafiq olaraq şirkətin operativ idarə edilməsində çətinliklər yarada bilər.
Dilerlər tərəfindən bu fikir də fakt olaraq irəli sürülürdü ki, bir tərəfdən "Stipler" şirkəti və şirkətin topdansatış dileri olan Xyulet-Pakkard kompyuterləri onlara topdansatış qiyməti ilə satır, digər tərəfdən isə, kompyuterləri pərakəndə satış qiymətilə satmaqla onlara rəqabət yaradırdılar. Bu və bir sıra digər səbəblər nəticəsində yeni maliyyə mənbələrinin axtarılması zərurəti yaratdığından, "Stipler" şirkətinin təsisçiləri struktur dəyişikliklərin məntiqi aparılması ideyasına gəlmişdilər.
Bazarda struktur dəyişiklikləri məsələlərinin işlənib hazırlanması 1993-cü ilin yayında başladı və 1994-cü ilin əvvəlində bu şirkət pərakəndə satış şəbəkəsi texnika və proqram təminatının satışı və pərakəndə satış şəbəkəsi olan "Dandy" satış üzrə artırmaları fərqlənməyə başladı.
Sonralar bazarda pərakəndə satış şəbəkəsi «Lamport» texnika və proqram təminatının satışı üzrə müstəqil şirkətə çevrilmişdir. Onun tərkibinə avadanlıqların satışı üzrə diler olan "Hewlett-Packard", kompyuterlərin satış şöbəsi olan Tayvan firmaları "Acer", surətçıxaran maşınların satış şöbəsi "Kseroks", şəkilləri və şəkillərin surətini çıxaran satış şöbəsi "Kodak" , proqram təminatını hazırlayan "Stipler Graph Group" və "Stipler Soft" satış şöbəsi daxil olmuşdur. "Lamport" şirkəti öz üzərinə bütün öhdəlikləri, xüsusilə də, zəmanət üzrə öhdəlikləri götürmüşdür, hansı ki bundan əvvəl "Stipler" şirkəti götürməli idi. Öz növbəsində, "Stipler" şirkətinin işgüzar tərəfdaşları "Lamport" şirkətini tanıyıb və onlar distirbyuter sazişi bağlamağa razılaşıblar.
Bazarda oyun cihazları hansı ki, Rusiya bazarında "Stipler" şirkətinə məxsus "Dendi" adlı ticarət markası tez bir müddətdə onun mühüm işlərindən birinə çevrilib. Şirkətin aqressiv reklam siyasəti ona gətirib çıxarmışdır ki, istehsal olunan cihazlar Tayvanda 1993-cü ilin sonunda şirkətin icra potensialını ötüb, nəticədə şirkət reklam kampaniyasını müvəqqəti dayandırmağa məcbur oldu. Lakin şirkətin yeni strategiyaya uyğun bazara çıxışının əvvəlində problemlərlə üzləşməli oldu, hansı ki ondan xüsusi marketinq proqramının keçirilməsi tələb olunurdu. Əvvəlcə reklam nəticəsində səmərəliliyin yaranmasını, əlbəttə, adi gözlə görmək çətin bir məsələdir. Çünki müəyyən bir mərhələdə bazarında bu məhsul yox idi, odur ki, alıcıların şüurunda kommersiya oyunu "Dendi" adı konkret ticarət markası kimi deyil, eyni zamanda, şüurlarda, ümumiyyətlə, oyun kimi getmişdir.
Bu zamanlar Çindən bizədə çoxlu oyun artırmaları gəldi və “Stipler” şirkətində aparılan reklam bazarında oyunlar üçün əlavələrin tez satılmasına səbəb oldu. Bunun nəticəsində o illərdə satış həcmi hissolunan dərəcədə artmışdır. Bu gün bu şirkətin diler şəbəkələrin 350-dən çoxu bütün MDB ölkələrində yerləşir və bazar iqtisadiyyatının inkişafına təkan verir.
Dostları ilə paylaş: |