A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


XI FƏSİL. Biznesin inkişaf strategiyasının xəritəsi



Yüklə 3,11 Mb.
səhifə151/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   147   148   149   150   151   152   153   154   ...   212
XI FƏSİL.

Biznesin inkişaf strategiyasının xəritəsi
11.1. Biznesin inkişafında strateji

xəritənin rolu
Biznesin inkişafında strateji xəritə (strategy maps) - bu şirkətlərin idarə olunmasını ifadə edən və onu əks etdirən sənəddir və belə alətlərdən səmərəli istifadə etməklə, nəticədə əlaqələrin zəncirvari vasitəsinin köməyi ilə strateji hədəfləri uyğunlaşdırmaqla, dəyərləri yaratmaqla mənfəəti təşkil etmək üçün lazımlıdır.

Misal üçün hansısa X strateji xəritənin hazırlamasına başlanırsa, mütləq xəyalın və müəssisənin strategiyasının qısa təsvirinə malik olan bir sənəd tərtib edilməsi nəzərdə tutulur. Biznesin inkişafı üçün strategiyanın xəritəsinin qurulması göstəricilərinə əsasən, dörd təşkil edənin tarazlaşdırılmış sistemində şirkətin hədəflərinin inteqrasiyasına yaxınlaşan və növbəti hərəkətlərin icra edilməsini nəzərdə tutan:

1) maliyyə göstəricilərində strateji hədəfin təyini − uzunmüddətli səhmdar dəyərin yaradılmasıdır;

2) istehlak dəyərinin təklifi müştərilərə maliyyə hədəflərinə uyğun təmin olunacaq nailiyyətdir;

3) daxili biznes proseslərin üzə çıxardılması, çatdırılması və onların maliyyə, müştəri hədəflərinin həyata keçrilməsinin təminatı üçün mükəmməlliyə qədər çatdırılması;

4) imkanların nümayişi, daha tam və daha bütöv, xülasə edilmişləri birinci üç təşkil edənə uyğun nailiyyət üçün hansı şirkətdən istifadə edilməsidir.

Bu metodun xüsusiyyətləri:

Biznesin inkişaf xəritələri (SX) təyin edilmiş strateji hədəflərin, məsələ­lərin və göstəricilərin aşkar təsviri üçün nəzərdə tutulmuş formasıdır, həmçinin, onların nailiyyəti və gələcəkdə qərarların həlli yolları göstərilir. SX, əsasən, strategiyaların həyata keçrilməsini və onların rolunu ayrı-ayrı bölmələrə və şirkətin əməkdaşlarına qədər çatdırmağa imkan verir. SX idarə etmənin istənilən səviyyəsində yaradıla bilir və istənilən səviyyə ümumi SX-da öz yerini və fəaliyyətini görmək imkanına malik olur.

SX göstərilən modelə uyğun olaraq və onu təşkil edən strategiya əsasında necə qeyri-maddi aktivləri və dəyərin yaradılması proseslərini özündə birləş­di­rən ümumi bir mənzərəni təsəvvür etmək üçün yararlı sənəddir. Qeyri-maddi aktivlərin təkmilləşdirilməsi səbəb nəticəsində əlaqələrin zəncirvarı proses vasi­təsilə maliyyə nəticələrinə təsir etmək olar. SX strategiyanın məntiqini təsvir edərək, nəticəni aydın göstərir:

- biznes proseslərin köməyi ilə təşkil edilən daxili yeni dəyəri yaratmaq, təhsil və inkişaf;

- dəyərin yaradılmasına əsaslanan, strateji istiqamətlərin hazırlanması;

- prosesləri müəyyən etmək üçün maddi dəyərlərə qeyri-maddi aktivlərin transformasiya edilməsi;

- hədəflərin məqsədini təşkil edən proseslərin təlimlər əsasında artırıl­ması, insan kapitalı, informasiya kapitalı və s. məsələləri təşkil edənin qeyri-maddi aktivlərinin üç növünün strateji uyğunluğunun təsviri, qiymətləndirilmək və təsəvvür etmək üçün yeni sxemin qurulması.

Biznesin inkişaf xəritəsinin əsas prinsipləri:

1). Strategiya bir-birinə zidd olan amillərin arasında tarazlığı qurmalıdır;

2). Qəbul edilən istehlak dəyəri ayrılmış təklifə uyğun həyata keçirilən strategiyanı təcəssüm etməsinin həlledici amilidir;

3). Dəyəri daxili biznes-prosesləri vasitəsilə yaradırlar;

4). Strategiya bir-biri ilə bağlı olan və onlara, eyni zamanda, axan və əlavə edilən istiqamətlərdən ibarət olmalıdır;

5). dəyərin yaradılmasında iştirak etmək üçün, qeyri-maddi aktivlər strateji uyğunluqda olmalıdır.

Bu əsasda bizə aşağıdakı əlavə məlumatları bilmək lazımdır:

a) göstəriciləri dörd əsasda təşkil edən sistemin qiymətləndirilməsinin bütün meyarları öz aralarında səbəb və nəticə münasibətlərilə bağlanmış (sxem 11.1-də bu əlaqələr oxlarla göstərilmişdir) olmalıdır;

b) maksimal dəyər yalnız onda yaranır ki, zaman və bütün qeyri-maddi aktivlər bir-biri ilə ciddi uyğunluqda olur, maddi aktivlərlə və şirkətin strategiyası ilə əsaslanır.

Məhz bu metodun üstünlükləri ondan ibarətdir ki, burada əyanilik təmin edilir və bütün informasiya bir səhifədə ifadə olunur və göstərilir ki, nisbətən sadə strateji kommunikasiyanı nə mümkün edir.

Bəs, bu metodun çatışmazlıqları nədən ibarətdir?

- İntellektual kapitalın göstəricilərinin təyininin metodoloji çətinliyinin olması. Gözlənilən nəticələr isə, təmin edilmiş səhmdarlar, razı müştərilər, əsaslandırılmış və hazırlanmış heyətin səmərəli proseslər idarə etmək qabiliyyəti.

Biznesin inkişaf xəritələrinin hazırlanması itkilər vermədən göstəriciləri tarazlaşdırmaq imkanı yaradır və şirkətin gələcək fəaliyyətinin idarə olunmasına yenidən baxmaq imkanı verir (sxem 11.1).




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin