Aban aban iş olmaz, bəsləməsən qız olmaz


anasın görüb qızın almaq güc deyil, bacarırsan yarasına bax acısın al



Yüklə 4,96 Mb.
səhifə3/48
tarix22.10.2017
ölçüsü4,96 Mb.
#10467
1   2   3   4   5   6   7   8   9   ...   48
anasın görüb qızın almaq güc deyil, bacarırsan yarasına bax acısın al.

anasına bax, qızın al, qırağına bax, bezin al.

anasız pətək bal bağlamaz.

anasız, arılar pətəkdəcə ölür.

anavı tanı sılağla, anadilin unutma. (sılağla: hörmət qoy).

anbar sıçanı, ac qalmaz.

and içmə almağa, kimsənin güvəncini sən. -kəndivə güvən. götürdüyün yükü apara bilsən, ellər uyar sənə, yolun sürəli duralı olur, bilgiləsən.

andağan olub günün itirmə, unutğan olub dünün. (unutğan: yaddan çıxaran. (andağan: yadda saxlayan).

andağan olub günün itirmə, unutğan olub dünün. (unutğan: yaddan çıxaran. (andağan: yadda saxlayan).

andıq olmadan son, sandıq nədir, sağlıq nə. (andıq: anlaq. baş. bigi).

andlı yağu, dönən yardan dosd olmaz. (andlı yağu: əsgi yağu). (dönən: sözün, bəfasın qıran).

anıda yaşıyan indidə ölür, anıyla yaşıyan yarını görür.

anıq qılınsa, yoxa sanılmaz. əldə olan işlənirsə, yox deyilməz, etgilər.

anılar bassa altına, dağ belə olsan ərdər səni. (ərdər: əridər).

anılar batlağına batmağı gör çıxmağı yox. (anıya batdınisə çıxmağıvı güdmə gülüm, ki dönən yoxdu geri) (keçmişin quysu dərin olur. çətinki bir batan, birdə çıxa).

anılar ölümdən olur, əsgi bir yol yolçunu yorur.

anılar yası, gün itrər.

anılara batan, günə yad qalır. (günün, yaşamın itirir). ('keçmiş' su üzrə düşüb duran görüntülərdir. anılara, şəkillərə qapılmaq ayna (güzgüdə), su üzündə duman içində yaşamsamaqdır, yuxudur, etgi bəklənməz).

anılara batan, günün itirib, oyanan çağı gec olar.

anılmağa umut olamaz, sevilməyə güman qalamaz. için yaşa, kimi alamaz. (bu evrəndə unutulmamağa umut yoxadur, sevilməyədə inam yoxadur. yalnız kəndi içivə, kəndiliyivə yiyə durub yaşa. bu bəyliyivi almağa, heç nəyin, heç kimin gücü çatmaz).

anıya batan, sinində yatan.

anıya batan, sinində yatan.

anıya batmış, dalıya qalmış.

anıya yaxın qızdan qorx, meşəyə yaxın qurddan qorx.

anıya yaxın, qızdan qorx, meşiyə yaxın, qurddan.

anıya yatan batmış, anıya batan qatmış. (anıya: keçmişlərə).

anqıran eşək az yemlər.

anqıran eşşək, öz tayın tapar.

anqıran tayın tapar.

anqırmaqla eşşək tutar tapmamış. (tutar: qiymət).

anladım onamadım, ondum anlamadım.

anlağın gücü: - gözdə, qulağda, başdadır. (anlağ: ağıl).

anlaqlıya sivri sinək saz gəlir, anlaqsıza, zurna - döğül az gəlir.

anlaqsızdan doluq alnaq gözlənməz. (alnaq: xiyal). (içi boşdan doluq alnaq gözlənməz).

anlamadı bitməz olur sev yolu. (anlamadı bitməyi yox sev yolu). (sev: aşq. eşq). (sevgi sınır tanımaz, keçmişlərin anımaz).

anlamamaqla, qorxmaq, əkizdilər (bir doğulubdurlar).

anlamasa sevilməsini sevməsin, bıraq gedə anma artıq öyləsin.

anlamayan istəməz, qananmıyan dirənməz, yeriməyən girənməz.

anlamaz baş kişi üçün ölümü yaşadır.

anlamaz üçün dilin yorma, gedilər üçün ürəgin. (gedi: gedici. vəfasız).

anlamaza dil tökmə, dəyərsizə can yorma.

anlamaza söyləmə, dəğirməzə sözləmə. (dəğirməzə: dərk edməyənə. dəğərsizə).

anlamazla yeyib - içiplər, danışmayıblar.

anlamsız söz, dənəsiz çöp.

anlar anıtılır, günlər unutulur.

anlat için susmadan, anlayanın tapınca, danla doğub tünlə yat, yarın dursa yanınca.

anlatan köçdü, söz qaldı. (anlatan köçər, söz qalar). (anlatan: ravi).

anlatan köçər, söz qalar. (anlatan: ravi). (söz: söylənti).

anlayan olsa gülüm bəsdir ona bircə çəkə. (çəkə: qətrə).

anlayana bir sözüm, anlamaza min dözüm.

anlayana sivri sinək saz, anlamaza davul zırna az.

anlayana sıvri sinək, saz gəlir, anlamaza döhül zırna az gəlir. (iş uzmanı, əlindəkindən yararlana bilir, iş bilməz, işin harda olduğun nə bilir).

anlayanın qulu ol, anlamayanın ağası.

anlayanlar uçdular, anlatanlar susdular.

anlıq başa, ayaq ol, qanlı başda, papağ yox. (anlıq: bulqa. arif).

anmır dodaq adıvı, əsgimişmi nə bilim. o keçən anılar, ən gözəl umutlar, ən gözəl uykular, ən gözəl oykular əsgidilər gözümdə, silindilər könlümdə.

ansızın tutar ölüm, verməz yaraq (yaraq: fürsət).

aparan bıraxmaz, bıraxan aparmaz.

ar gördüyün, kor tutduğun bıraxmaz.

ar olmuşdu ana dilin duymayan, kor qalırmış gözəlliyi seçməyən, ürək deyil taxda kürək doğma dilin sevməyən.

ara ayrı olsa, aradakı alınır. (ara pozuq olursa, aradaki əldən gedər).

ara olsa, içdə çıxar, üzə çıxar. (ara olsa: imkan yaransa. şərayit uyğun olsa).

ara yolda malın qalmasın, orta yolda atın ölməsin.

araba devrilincə, yol göstərən çox olur. (pis, ağır durumlarda hammı ağıl qoyar).

arac amac bəllətməz, amac arac gizlətməz.

arac ələ baxar. (arac işlədəndən asılıdır).

arac sənin qulun, işlədən yolun.

araça dayaq dəgir. (araça: davər).

araça dayaq dəğər. (araça: aralayıcıya).

araçıdan (vasitədən) yara əsgik olmaz.

arada yeyir, qırağda gəzir.

aradığın bulunmaz, bulanmışsa durulmaz, kəndivi bul güvәnqil, ağız deyən qulaq duyan tüpənqil. (tüpənqil: geri tüp. geri təp. rədd ed).

arağ başa çıxsa, ağıl başdan çıxar.

arağın birinci bardağın kişi içir, ikincisin arağ içir, üçüncüsü, kişini içir.

arağın necə olduğun içən bilər, nə olduğun çəkən.

aralaşan baş daşlı, ardalaşan dağ aşdı. (aralaşan: birbirindən ayrılan). (ardalaşan: arxalaşan).

arama yoxdu gözü oymağa heç bir gecənin, koru bir quşdu qanatsız düşəcək odda yana.

aranın dağı var olsun, qarlıda olar, qarsızda. iyidin başı sağ olsun, varlıda olar, varsızda.

arayan bulmuş, inləyən ölmüş.

arayan çatar, ölülər yatar!. (çalışmaq, dirilik bəlgəsidir, yatmaq, ölülük imgəsidir).

arayan ellər, əsəyən yellər çoxlu görər görməzin yerlər. (görməzin: görünməmiş. çatınılmaz. əcayib).

arayan tapdı. tikilən qaldı (yatdı).

arayıb yoxlayan, toxun bulmuş. (toxun: gerçəyin. həqiqətin). {hər amaca çatmaq üçün, nə dərək kiçikdə olsa, çalış dalış gərəkki. (dərək: qədər). (çalış dalış: sə’y kuşiş. (dalış: > təlaş)}.

arçağı çox toprağ ilə toprağın, daşla daş var biri ağdur ol biri qarə durur. (arçağı: fərqi).

arçalı, barçalı. (nəqədər fərqli, çeşitli olursa, onca barlı, zəngin olur).

ardağ kişi, gördü işi. (ardağ kişi, görər işi). (ardağ: ciddi).

ardağı yox işində, kəsər qalmaz dişində. (ardağı: qayratı. ciddiliyi).

ardağsıza iş vermə, qarınpaya üz. (ardağsız: ciddi olmayan. ehtiyatsız).

ardına keç bir söz eşid, aldına keç ikisin. {heç çağun könətilməz kimsə. (könətilməz: razı salınamaz. razı ediləməz)}.

ardınca qaçanda deyiləm, qayıt son kərəmdi deyirəm.

ardınca qoşun qoşun uşağlar, əhvalına kim gülər kim ağlar.

ardında bədov at var, düşman qarşına bat bar.

ardından yüz it hürməyən qurt sayılmaz.

arğaç kimi uzanan, əriş kimi dirənən.

arğın arğın olduran işi, günəşdi yetişdirən yemişi.

arx axan yerinə, baxt baxan yerinə gedər. (güdülmüş nərsiyə çatmaq qolay ola bilir).

arxa önün bilməyən çatanmamış barınqa. . (barınqa: mənzilə).

arxadan gələn düşman, üzə gəlincə dost olar.

arxadan kəsər, ətəyə yamar.

arxadan kəsir, ətəyə yamır.

Arxadaş başa, yağı ayağa baxar. (Araz Gunduz).

arxadaşı içində daşı (arxandan vurmasın deyə).

arxadır yurdumuza, eşq olsun ordumuza.

arxalaşan dağ aşar. (arxalaşan: köməkli olan).

arxalaşan dağ aşdı, yalınlaşan düz çaşdı.

arxalaşan yağu qaytar. (arxası olan yağu basar).

arxalaşan, yov qaytar. (arxalaşan, yov qaytarar). (yov: yoğ. yağu. düşman). (arxalaşmaq: müttəfiq olmaq. (birağız olan düşman dəf edər).

arxalı el gur çapar, arxalı it qurd basar.

arxalı it qurt basar.

arxalı it, qurd alar. (alar: çalar. basar. qələbə qazanar. şikəs verər).

arxalı kişi, yüksüz qalmaz. (arxalı: çullu).

arxalıya arxa durma deyərlərki yamaqdır, arxasıza arxa dur desinlərki dayaqdır.

arxamda duran var deyibən, arxayın olma!, dağlarda dayağ olsa! güvənmə, ayın olma. (ayın: aydın. arxayın. dinc).

arxasız kişi, savaş gəzməz. (arxasız: köməksiz).

arxaya baxma qoca, öngürə bax ay qoca.

arxdan su kəsildi saçaqdan çörək. (saçaqdan: süfrədən).

arxdan su kəsilməsə saçaq çörəksiz qalmaz. (saçaq: sü'frə).

arxı salan bir kişi, suyun içən min kişi.

arxıl diləklə yok, dirəklə yazılır. (arxıl: tarix).

arxız sulu, əkiniz dənli, saçağız nənli (nənğli: ne'mətli), biçinçiyə, yolağçıya quraqlıq, əkinçiyə sulaqlıq, yaxcılara uvatlıq, yamanlara yavatlıq.

arxlar axar, çay olar.

arxlar axar, çaylar olar.

arı bal qoyub pətəkdən uçur, bal yeyən yox, qab yalıyan tutulur.

arı bal verən çiçiəyi tanıyar. (arı bal alacağı çiçəyi bilir).

arı baldan olmaz, türk dilindən. (olmaz: ayrılmaz).

arı çaqqan bal dadını itirməz.

arı görməmiş bal olmaz, nazdan əksik yar olmaz.

arı iğnəsin çəkməmiş varlı, bal dəyərin nə bilsin.

arı oldun gülə qon, milçək oldun təzəyə.

arı soxnaq varlıdan, bal dəğəri sorulmaz. (soxnaq: sancmamış).

Arı yuvasına çöp uzatma. (Ara Gündüz).

arıdan arı, gündən duru.

arıdan arı, gündən duru.

arif olan işarədən söz qanar (ərgin olan qaşdan anlar (bilər) işini).

arığ atın barınqa, çatmaz olur gec yolun. (barınqa: mənzilə).

arıx qoyunu qıçından püləllər, şişər.

arıq ata, qamçı ağır gəlir.

arıq ata, qamçı düşman, yırtıq dama, damcı.

arıq diləklə olursa hər iş xoşdur. (arığ diləklə: xilusi niyyətlə).

arıq ölsə yağı bolmas, yadıq ölsə ağı. (yadıq: yad. qərib).

arıq ölsə yağı bolmaz, yadıq ölsə sağı bulmaz. (yadıq: qərib). (sağı: oxşayan).

arıq saxla, yağu olmasun. (arıq: ac). (ac saxla qudurmasın).

arılara inam yox, pətəkçiyə güman yox.

arın könül duru sevgi varlığım.

arın su axar, kirlisi qoxar.

arının ağın dartan, balna dəğər biçsin.

arının ağına (zəhərinə, ağrısına) dözüb, balını süz.

arının ağına dözüb, balını süz. (zəhərinə, ağrısına).

arının balı gedər, iğnəsi qalar.

arının qonduğu gül, güllərin seçini. (yaxşısı olar).

arınlıqla iş görən, iş görəni kor qoyar. (arınlıqla: ərginliklə. ərgənəgün).

arınlıqla iş yapan, günü qalarmış çora, işi çatarmış gora. (arınlıqla: ərginliklə. ərgənəgün).

arınlıqla iş yapan, heç bir işi bitirməz. (arınlıqla: ərginliklə. ərgənəgün).

arınlıqla iş yapma, bitirməmişdə yatma. (arınlıqla: ərginliklə. ərgənəgün).

arınmamış bulanlı su başdansa.

arışıq qızıl, dənəyi (məhəki) sevməz.

arışlarda yürüşlü, savaşlarda ürəkli, el dərdinə gərəkli.

arıya düşən yırtılar. (araçılıq işi incədən incədi. hər yanda, hər işdə, hər kəslərə araçılıq edəməzsin).

arman qalan sevgilim, eniştəyə oxşarsan, yanımda yoxsan bırak, könlüm içrə yaşarsan. (arman qalan: nisgil qalan). (eniştəyə: firişdəyə. məleykəyə). (bırak: ama).

armanlara çatmaqda qılmadığın işi gör. (armanlara: arzulara) (çatmaqda: çatmaq üçün).

armanları talan oldu, sevmişimiş yalan oldu. (armanları: arzıları).

armanlı ölməkdənsə, doyumlu yaşa. (nisgilli, həsrətli ölməkdənsə, doya doya yaşa). (ac olub ölüncə, doyub öl).

armazlıqla iş görən, çatmaz istək görməmiş. (armazlıqla: yorulmadan. bıqqınmadan).

armıd ağacı alma verməz, yaramazdan uğur gəlməz.

armıd dibinə düşər. (soydan gələn, soy özəlliklərin daşır).

armıd piş, ağzıma düş.

armıdın sapı var, üzümün çöpü.

arpa əkən buğda biçməz.

arpa əkən buğda güdməz.

arpa əkən, buğda biçməmiş.

arpa əkib, buğda gözləmə.

arpa pişər işin düşər, oraq deyib gəzərsən.

arpa pişər, işiniz düşər.

arpa yeyən, ipək geyən.

arpadan kökə, qırnadan bikə olmaz. (qırnadan: kənizdən). (bikə: bəycək. gəlincik).

arpala ya buğdala, adam olsa bəlgürür, samanla ya yoncala, eşşək olsa bəlgürür.

arpalığa gedən yollar. (uçuruma, kağıllığa götürən yollar).

arpası var tapar nökər, atına tökər. (çox işlər pulla, başla aşrılır).

arpasız at, aşumaz, arxasız alp, çərik sıyumaz. qoşun qırmaz.

arpasız, at aşmaz daşumaz, arxasız alp, çərik sıyumaz (qoşun qırmaz).

arsıza üz verdik, ocağına köz verdik.

arslan ağzından ov alınmaz. (güclülərlə alışverişdə hər nə gözlənə bilir).

arslan arslan olduğun, tülkü tülkü oldğun bilməyə çox yol var.

arslan kükrəsə, at ayağı tüşənər. (arslan böğürür, atın ayağı büdürür, çalınır).

arslan kükrəsə, at ayağı tüşənər. (arslan böqürür, atın ayağı çalınır).

arslan ovun verməz.

arslan tapar, iğlən batar. (iğlən: iğlənmiş. ğlinmiş. hasta. xəstələnmiş. armış). (arslan irdəli, qovi istəkli tapar, ular, kəsəl, aciz avara yolda batar).

arslana quyruğ olunca, itə baş ol.

arslanı ac gəzdirən, tülkünü tox.

arslanı ac gəzdirir, tülkünü tox.

arslanı yatağında avla. (kişini yaşadığı yerdən avla).

arslanıda alçov bilə yeydilər (yendilər: məğlub etdilər). (alçov: aldağ. kələk).

arslanlıq iki qıç arasında yok, ürəkdə yerləşir.

arşınla bez ölçülər, çuvalla qoz.

artı olsa alıymaz, kəm olsa qoşar. (artı: artıq. izafə. ziyadə). (qoşar. artar. artırar). (alıymaz: əl vurmaz. götürməz).

artığın arağ axdırar başı.

artıq aş, qabında dursun, artıq söz, içində dursun.

artıq aş, qabında, artıq söz, içində dursun.

artıq buda adamdı sən deyirsən. -gözlü olub korlar kimi yaşandan, dilli olub öz dilini danandan, yurtlu olub öz yurdunu atandan, daşla uzaq, çəkin durqıl adamdan. (daşla uzaq: tulla uzağa). (çəkin durqıl: qıraq gəzdur).

artıq danışmaq suçdursa, əksik danışmaq böyügündəndir.

artıq dəmir almaq günü gəlmişsə çağundan, boşlunqa gedən bir gəmi qalxar bu barından. (dəmir almaq: ləngər almaq. köçmək). (barından: limandan).

artıq düşün, az güvən, qoyun olsan qurd yiyən.

artıq inanc istəyi kor edərmiş gözləri.

artıq inanc istəyi, usandırır us başı. (usandırar us başı: ağıl başı çaşdırır). (artıq inanc istəyi kor edərmiş gözləri).

artıq qıvanc baş ağrıdır, artıq güvənc göt. (qıvanc: sevinc).

artıq mal, göz çıxarmaz.

artıq sevgi vurqunluq. (aşırı sevgi dəlirir).

artıq tamah daş yarar, daş qayıdıb baş yarar.

artıq yanğı baş yarar. (yanğı: tamah). {yanğarıq baş yarıq (yanğarıq: tamahkarlıq edən)}.

artqı güvənc, doğru yoldan sapdırar. (artqı: çədən aşa. həddən artıq).

artqı sözə gərək yok, bu gün varsın, yarın bir olasın. (artqı: artıq. ziyadə) (olasın: ihtimal).

arvad aldın bir cola, ondan olan min cola.

arvad alsan, ürəkdən, qonşu alsan dirəkdən.

arvad bir şeydi ki: alanda peşman, almıyanda.

arvad boşuna yalanlamasa, düz danışan çıxar.

arvad düşünən işi, kişi görər.

arvad eldən, oğul beldən.

arvad gedir paltar almağa, kişi gedir ona baxmağa.

arvad ilə at, iyidin bəxtinə bax.

arvad ilə at, iyidin bəxtinə qalıb. (arvad ilə at, iyidin bəxtinə bax).

arvad kimi düşman yox, gülər bildirməz, köpək kimi dost olmaz, ölər bildirməz.

arvad quran evi, tanrı dağırtmadı, tanrı quran evi, arvad dağıtdı.

arvad malı alçaq qapıdı, bir girəndə dəyər, bir çıxanda.

arvad malı, qab dəsmalı.

arvad malı, sapı mandalı.

arvad nədir: - yersiz deyinən, bilə bilə yalan deyən, görə görə ağlayan, gizlində gülən.

arvad ölsə, taparsan, ağıl itsə batarsan.

arvad öz başına olsa, çillə çağı keçi qırxar.

arvad təğvim değilki ildən ilə yenilə.

arvad üzlü kişidən, kişi üzlü arvad yeğdir.

arvad var qadan alar, ocağıva kömür qalar.

arvad yuxusu yan çalar. (yalan çıxar).

arvad, dildən yanar, kişi gözdən yahalar (aldanar).

arvad, dildən yanar, kişi gözdən yahalar (yanmaq: yahalmaq: aldanmaq).

arvada toy, kişiyə tor.

arvada toy, kişiyə tor. (evlənmək).

arvadı arvaddan soruş.

arvadı bərbər olanın, qonşusu kosa gərək.

arvadı gözlə yox, qulaqla seç.

arvadı sırdaş edən, dəllal aramaz.

arvadı sırdaş olan, dəllal aramaz.

arvadın ağzın, kişinin qolun güd (saxla, gözəddə).

arvadın biliklisi, kişinin varlısı.

arvadın koru, ərin karı.

arvadın lalı, kişinin koru, biri deyinməz, biri görməz. (arvadın koru, ərin karı). (arvad alsan lal olsun, ərə gedsən, kor olsun).

arvadın nə olduğun subaydan sor. arvadın necə olduğun evlidən.

arvadın sözün inanan qıssa yolu uzun gedər.

arvadın yaxşısı, yaşamın yarısı. (yaşam: ömür).

arvadınan at, kişinin bəxdinə bax.

arvatsız kişi, çataqsız ev (kimidir). (çataqsız: damsız).

arzı dilək, könüldə bitir (bitir: gücərir).

arzılıya sınır yok, arzısıza dinir yok. (dinir: huzur. dinclik. iç yapıncı).

arzu bitməz, ömür yetməz.

arzu varıydı bucağa, sürüdü düşdü qucağa.

arzular könüldə doğur, könüldə yatır. başqa biri görəməz, kimsə onu biləməz.

arzular uzanıb sonsuza gedər.

arzular uzun, diləkdi güdə, qısa yaşam vermə gedə.

arzulara tutuşduq, sevib aldıq utuşduq, gizli saklı öpüşdük, yaram sürər qan verər.

arzusuz yaşam, dığırlaq daşam. (yaşam: gəncəm).

arzuya yoxmuş sınır.

asda danış, usda danış. (asdaca, usdaca).

asda danış, usda ged.

asda danış, usda ged. (usda ged: usca, usda, ağıllı, bilgin davranmaq). (yavaş gedib gec qalmandan qayğınma, darıxma. asda ged, düşün, bilənlərdən sor, olursa çatacaqsın).

asda gedən uz gedər. (qızqınçılıqdan, aşırçılıqdan (aşamaçlıqdan. ifratkarlıqdan) uzaq durmaq) (çax çax özün yırtar, dəğirman bildiyin edər).

asda gedən, usda gedər.

asda qaçan armadı. (armadı: armaz: yorulmaz).

asdan alan qul olur, üsdən verən qul edir.

asdar bol olmayınca, üzə gəlməz.

asdar olsa, üz tapılar, un tapılsa, çörək yapılar.

asdar var, üzündən dəğərli, üz var, asdarından dəğərsiz.

asdar var, üzündən dəğərsiz, üz var, asdarından dəğərli.

asdar verib, üz alır, götün verib, baş alır.

asdar yatmış üz astında (astında: altında).

asdara baxıb, üz biçir, üzünə baxıb, don tikir.

asdardan kəsib, üzə yamır.

asdarı olan, üzün tapar, unun tapan, çörəyin yapar.

asdarı üzündən baha.

asdarı var qızıldan, çivi çıxmaz qızıldan.

asdarı var odundan, yeyər yeməz yoğunlar.

asdarın çevir üzünə, ətəyin çevir başına, üzü mənim, içi sənin.

asdarın gizir (gizlədir: saxlır), üzün bəzir.

asdarın gizir, üzün bəzir. (gizlədir: saxlır).

asdarlı üz, islanmaz, su görməyən, çırmanmaz.

asıb asılma, asdırıb asdırılma, kişilik değil.

asılacaq başın yox, kəsiləcək dilin, nədən qorxursan poxoğlu pox.

asılan qulaq, baş asdırmaz. (qulaq asanın, başı sağ qalar). (qulaq asmaq: söz eşitmək). {eşidən qulağ (eşitdiyin doğruca açıqlamış, qavramış kişi), başın dardan qurtarar, başın dara verməz. }. (qulaq asmaz, asıtdı baş) (asmaz qulaq, asıdar baş).

asılan qulaq, baş asdırmaz. (söz eşidəni öldürməzlər).

asılcağun başdansa, bir köşəyə daş olqıl.

asılı evdə, danışma ipdən. (kimsəsi asılmış olanın yanında, ip sözünü işlətmə).

asılmağa başım yox, kəsilməyə dilim yox, uçunmağa güvәnim, qırılmağa ilqarım.

asılmamış qazandan, ovlanmamış dovşandan şorba pişməz. (asılmamış qazanla, ovlanmamış dovşanla şorba pişməz).

aslan dişinə, kişi işinə güvənər.

aslan izin, igid sözün bıraxmaz. (aslan izdən igid sözdən qayıtmaz).

aslan qalan yeri, tülkü aşdı.

aslana əl uzatsan əlin, baş uzatsan başın gedər. (qarşıvı tanı danış).

asmağa baş aranır, kəsmәyә dil, kəndivә güvәn, elindən öğrən.

asta gedən uz gedər, usta gedən düz gedər. (uz: uzaq).

asta gedən uz gedmiş. (asta: yeyin yox. az yavaş).

asta gedən yorulmaz, qurd düşməsə çorulmaz. (çorulmaz: çürüməz).

astar bol olmayınca, üzə gəlməz.

astaşana yetdilər, yastaşanı əzdilər. (astaşmaq: . yavaşlamaq). . (yastaşmaq: əğilmək).

aş atana, yastanma, daş atana daşlanma. {abayla davran. (abayla: siyasətlə)}. (qarnıvı toxlatana, qoduğlanma, daşı görcək daşlanma, düşün yanıtla).

aş atlının, toy donlunundu.

aş başladın, başı daşlama. (daşlama: atma. bıraxma). (yeməkdə əlivi güd). (yeməkdə ölçü saxla).

aş başlanır, baş daşlanır. (yemək görəndə özündən çıxır). (xoşboğaz. qarınpa. qarınqulu).

aş dadın yeyən bilər, yol ağramın, gedən. (ağramın: əzabın).

aş daşınca, kömçəyin qiyməti artar.

aş duzla, duz oranla dadlanar. (oranla: ölçüylə).

aş gəgirdir, tox səkirtir.

aş hara ayaq ora, baş hara könül ora. (bu bir seçimdir).

aş suyuqluğu dən azlığındandır. (aşın suyuqluğu dənin azlığındandır).

aş şorluğu qablamadan olanmaz!! (iş qılığın, yolun bilməli).

aş verən, daş, daşıdar.

yeməyin bilməyən, ev yiyəsin uyaldar. (yeməkdən anlamayan kimsə ev iyəsini utandırır). (uyaldar: utandırar).

aş yeməyin bilməyən, ev yiyəsin uyaldar. (yeməkdən anlamayan kimsə ev iyəsini utandırır). (uyaldar: utandırar).

aş, hamıdan baş.

aşa aşa aşınar, daşa daşa daşınar.

aşa aşa aşındıq, daşa daşa daşındıq. (bizdə yaşı belə sürdük).

aşa baş gərək, başa aş. (aş (yemək) qazanmağa baş gərək, başlı olanada (ağıllı olanada) yemək gərək).

aşa başlanır, başı daşlanır. (daşlanır: atılır. bıraxılır). (yemək gələndə başı unutur).

aşa çəksən, çək, yurda çəkmə. (aşıvı palaş, yurduvu yok).

aşa gələndə var, başa gələndə. (baş: bilgi. ağıl).

aşa sevgi aşırar, daşa sevgi daşırar. (aşa: müfrit. artıq). (daşırar: çaşdırar. partladar).

aşa tez qızan, aşa tez soğur. (aşa: çox).

aşa yaman asılır, aşa yuvaş basılır! (aşa: artıq. çox).

aşa yavaş asıldı, aşa yavaş basıldı. (aşa: artıq. çox).

aşados var, başados var. (dos var aşa, dos var başa). (başa: ağla).

aşağı baxıb, yüksəkligin bilginən, yuxarı baxıb, alçaqlığın bil ginən.

aşağı baxıb, yüksəkligin, yuxarı baxıb, alçaqlığın bil ginən.

aşağıda yuxarıdan (ucadan) deyən sözləri, yuxarıda aşağıdan demək gərək.

aşam boyu yaşanan ağrı yox.

aşamda gərəksiz bir şey yoxdu olabilməzdə, yaşamın özündədə gərək yoxdu. ölməkdən olmaqdan danışmaq ola bilər, amma gərək deyir, bəs bu gərək hardan doğdu.

aşan dağdan ov güdmə, çoraq yerdən ot güdmə. (aşan dağdan: dalda qalan dağdan).

aşan günün qırıq qab, hər nə qoysan saxlamaz, olan günün sənindir, dayan desən dayanmaz, olan günə gün çatmaz. (aşan: keçən).

aşçıda var, daşçıda.

aşı aşçıya ver, qoyu çobana. (aşçıya aşpaza). (qoyu: qoyunu).

aşı daşı qarşısız qaldı, yaxşı pis hər nə var aldı. (yaman dünyan).

aşı isti, yeri yastı. (yastı yasdı: : rahat).

aşı pişən bizə gəlməz, işi düşən gələr.

aşı pişirən yağdır, gəlinin üzü ağdır.

aşı yox oruc tutur, işi yox, namaz oxur.

aşıc deyür dibim altun, qamuc deyür, mən hardayam.

aşıcın vermə, qaşığın ver, yerin vermə, yolun ver. (aşıcın: qazanın).

aşığın sazın al, gəlinin nazın. (almaq: öznəmək. diqqət göstərmək).

aşığın sözü qurtulanda, yaram yaram çağırar.

aşıq deyər içindən, düşman deyər eşindən, dəli söylər hər gələ, doslar deyər olandan. (eşindən: kələk olan, uydurma işlərindən).

aşıq dərdli üzüm dadlı.

aşıq dünyanı kor sanır, dörd yanı duvar. (aşığ olan özündən bilgisiz, xəbərsiz olur).

Aşıq gördüyün çağırar. (Araz Gunduz).

aşıq görüşə doyman, seviyə qanman.

aşıq olan bilməz nədir sevinmək, onun işi vırqın gəzib dəlirmək.

aşiq olan dərdəcər, eşqi olan dərd çəkməz. (dərdəcər: dərd çəkən).

aşiq olan, bıkıbda sevər, sevgiyə doyan çəkibdə gedər.

aşiq oldun nə gördügün sevərsin, nə olduğun bilməzsin.

aşıq oldur ki tapa tanrısın, yox o ki tapduğunu tanrı sana.

aşiq olub nə olduğun bilmərsən, xoş görərsən sevərsən,.

aşıq olub umdasan birinə, çevirər könlüvü kin gövürünə. (umdasan: umut bağlasan). (gövürünə: gövürüngünə: sinliyinə. qəbistan) {aşıqlıq nərsiyə uyar, sınadıq birinə nisgilə döndü). nərsiyə: adamdan başqa hər nə)}.

aşıq oynar sazilə, gəlin olar nazilə.

aşıq ölsə kimsə ağlamaz.

aşıq sevdiyinə, göz gördüyünə inanar.

aşıq toyda, xoca gorda.

aşıq uşuq bir damlada birgəşir. (aşıq uşuq: aşıq məşuq).

aşıqğan, aşda pişər. (tələsən aşda pişər. tələsən aşa düşər).

aşıqın ''hayı'', xocanın ''vayı''.

aşıqla aşıq atılmaz. (aşıqla oyun oynanılmaz).

aşıqlıq nərsiyə (adama yox) uyar, sınadıq birinə nisgilə döndü. (aşıq olub umdasan birinə, çevirər könlüvü kin gövürüngünə). (gövürüngünə: sinliyinə. qəbistan).

aşıqlıq nərsiyə uyar, sınadıq birinə nisgilə döndü. (nərsiyə: adamdan başqa hər nə). (canlı birindən başqa nərsiyə ola bil aşıq) {aşıq olub umdasan birinə, çevirər könlüvü kin gövürünə. (umdasan: umut bağlasan). (gövürünə: gövürüngünə: sinliyinə. qəbistan)}.

aşın az çoxun qazan bilməz, qab bilər. yolun az çoxun ər bilməz, at bilər.

aşın çoxu azu qarın ağrıdar, azu başın aldırar. (azu: ya).

aşın dadı duz, ərin dadı söz.

aşın dadı duzdadı, duzun dadı düzdə. (düzdə: ölçüdə).

aşın dadı duzdadı, duzun dadı ölçüdə.

aşın dadı duzdur, duzun dadı düz. (düz: ölçü). {aş duz ilə, duz oran (ölçü) ilə}.

aşın duzu qarzandan olmaz.

aşın duzun ölçülə, havan, sözün bil çilə. (havan: axmaq) (axmaq sözün bil danış).

aşın işin bilməyən, hər keçənə yem olar.

aşın verən daş almış.

aşın yedin, daşın atma.

aşın yeyib, daşın atıb.

aşın yeyib, daşın görməyib hələ.

aşına bax, daşını ölç.

aşınada qurban, daşınada.

aşınan, qaşıq tapmasa, çəmçəylə qaşınar. (çəmçə: çömçə).

aşınmış yola sevinməyin nə gərək, tutduğun yola inanmaq gərək.

aşıran bilməz, doğrayan bilər.

aşıran bilməz, doğrayan bilər. (aşıran: yeyən).

aşıran, aşacaq. (aşıran, aşar). (aşıran, aşar. tutun qopuran iylənir. tüstü salan tüstüyə tutular. odu pülüyən, oda düşər).

aşırı qeyrət, axırı zillət. (aşırı: artıq).

aşırı sevgi dəlirir. (artıq sevgi vurqunluq ).

aşırıb doymadı, yaladı nə doyar.

aşırıb doymadı, yaladı nə doyar. (aşırıb doymayan, yalamaq ilə nə doyar).

aşırıb doymayan, yalamaq ilə nə doyar.

aşırtçılıq sapıqlığa yol açar. (aşırtçılıq: ifratkarlıq. panlıq. artıq gedmə).

aşk könül yemi, aş qarın.

aşk sağır duymazki, aşk soğur görməzki. (sağır soğur: kar kor).

aşk, olanağı aşmaqdır. (olanağı: mümkünü. ehtimalı).

aşq ağladar, dərd söylədər, qanmaza çörək versən, çomaq göstərər.

aşq alar başdan başı, diş bıraxmaz külbaşı, dedilər başdan edər, başıdaşlı daşbaşı. (diş: dinc). (aşq: hər nəyə aşırı vurqunluq).

aşq almaq deyil verməkdir, aşq itmək deyil, sevməkdir, aşq könül yolun gedməkdir. (itmək: iğrənmək. nifrət edmək).

aşq almaq deyil verməkdir, aşq itmək deyil, sevməkdir, aşq könül yolun gedməkdir. (itmək: iğrənmək. nifrət edmək).

aşq birinciylə doğur, sevgi birinciylə gedir, baş seçimlə yaşır.

aşq duraq bilməz, aşmadan aşq bitməz.

aşq gəlcək baş dönür, günü batcaq qaş çönür. (qaş çönür: göy dəğişir. cəvv dəğişir).

aşq girdi başa, ağıl çıxdı qaça.

aşq mənə ərdi, incəltdi bilgətdi, seviymiş bu, bilməzdim, aşqı mənə bəligitdi.

aşq oyunu bir olay, sevən itirir, sevilən itir.

aşq sonsuz bir sürüm, yorumsuz bir sorum. (sürüm: pırosə).

aşq ürəkdə doğar, ürəkdə yaşar.

aşq var tapar səni, aşq var yapar səni.

aşq yarıqları doldurur, düşükleri öldürür. (düşükleri: zayıfları).

aşq yaşanır, hər kəs bacardığın oynur.

aşqa dönük bağışlanmamış.

aşqa düşən sözə dolur, kökə vurulur. (kökə: kefə).

aşqazanın qardaşı, yaman üçün daş daşı. (yaman: yağu).

aşqazanın yoldaşı, yaman günün yadğanı. (yadğanı: biqanəsi).

aşqdır verir anlam yaşam gücünə, aşq olmasa yaşam gedər gücünə.

aşqı belə göz alsada ürəkdə qalır.

aşqı nisgillə yaşa, nisgili aşqla yok.

aşqın gəlişi, başın gedişi. (başın: ağlın).

aşqın gözü kor, qulağı kar (olur).

aşqın köləsi, enər gələsin, önünə çıxasın. (enər: yenər: üstələr).

aşqlar dilək durunca durur, sevda soluq solunca solur. (dilək: istək. həvəs).

aşlı bizi tapmaz, işsiz bizi qoymaz. (varlı bizi saymaz, yoxsul bizi gözdən qoymaz) ). {qoymaz (gözdən qoymaz)}.

aşmış çayı dəlibaş, körpü arır uslubaş. (toğarsız (risksiz) kişi gəlişməz) {tağar: < toğar. tuğar. (< tuğ) (iki dalqa arasında oluşan qorxunc oyuq). təhlükə. risk}. (risksiz gənc pişməz).

aşnalıqlar aş ilə, acralıqlar daş ilə. (acralıqlar: ayrılıqlar).

aşnıb al, ayrıq qalma. (aşnıqmaq: yaxınlaşmaq. yoğuqlaşmaq). (qoşulub al, tək düşmə). (hər nəyə yanaşma yolu var, qaçma yol deyil).

aşra aşra doyanmaz, yalamaqla heç doymaz. (aşra aşra: aşıra aşıra: tıxa tıxa. təpə təpə).

aşsa suyu təpədən, arşın qarış ölçülməz.

aşsız baş dolanmaz.

aşsız yurda girən yox.

aşşağı baxıb yüksəkliyin bilgilən, yoxuşa baxıb alçaqlığın neylisən.

at aldını qarar, eşək astını. (aldını qarar: qabağına baxar).

at aldınsa yorqa bilən yüvrük al, arvad aldın duzlu bilən uslu al.

at alırsan minib al, ev qurursan, tanab qur. (ev qurmaq: evlənmək). (tanab: tanıyıb).

at alırsan minib al, ev qurursan, tanab qur. (ev qurmaq: evlənmək). (tanab: tanıyıb).

at almağa qoçaq göndər, qız almağa qoca.

at almamış arx çəkmə, bellənməmiş yer əkmə. .

at almamış, axır çəkmə.

at alsan qonan, dəvə alsan enən. (qonan: iki üç yaşlı at). (enən: doğan).

at alsan qonan, dəvə alsan enən. (qonan: iki üç yaşlı at). (enən: doğan).

at arıq, evlək uzaq. (evlək: mənzil).

at arıq, yollar uzaq.

at arıtmaq yorqat, yurt arıtmaq gücqat. (arıtmaq: yaxcı qılmaq. əkitmək. tərbiyət edmək). (yorqat: qolay). (yurt: el. xalq). (gücqat: çox güc).

at at olsa yəhəri buraxar, yiyəni yox.

at ayağı nallanır, eşşək ayağ qaldırır.

at aylamda, bay sayanda. (aylamda: meydanda) (sayanda: bağışda. verəndə. nisarda).

at aylamda, bay sayanda. (aylamda: meydanda) (sayanda: bağışda. verəndə. nisarda).

at aylanda, bay saymanda. (aylanda: dolanşığında. alanda. meydanda). (saymanda: hesabda).

at aylanda, bay saymanda. (aylanda: dolanşığında. alanda. meydanda). (saymanda: hesabda).

at aylanıb qazığın tapar. (aylanıb: gəzib. dolanıb) (qazığın: mıxtövləsin) (at dolanıb noxdasın bular).

at aylığın, dəvə illigin düşünür.



at aylığın, dəvə illigin düşünür.

at bəllənər yürtüşdə, qurd bəllidir yırtışda.

at bəllənər yürtüşdə, qurd bəllidir yırtışda.

at bəslənirkən, qız istənirkən.



at bəslənirkən, qız istənirkən.

at bulunca, ayaqla. (bulunca: bulğunça: tapınca). (iş var bəkləməz. kişi varıyla, olduğuyla, əldəkiylə çalışmalıdır). (ayaqla çap, ata çatınca). {ayaq çalan, at çapar: çalışmaqla, atda tapılar). (qurçaçılıq, mahanaçılıq kişini, eli batırar).

at da qarın, ''it''də burun.

at dişindən, kişi işindən tanınar.

at dizdən yıxılar, kişi sözdən.

at dörd ayağla yeririr, oda büdrür, yıxılır.

at əsrəgən yolda qalmaz, el əsrəgən çöldə qalmaz. (əsrəgən: əsirgəyən. qoruyan. baxan. göz olan. becərən).

at əsrəgən yolda qalmaz, el əsrəgən çöldə qalmaz. (əsrəgən: əsirgəyən. qoruyan. baxan. göz olan. becərən).

at getdi qaldı qatır, dünya sona çatır. (qapı bir dabanda dolanmazmış).

at gəlsə, axır çəkilər.

at görəndə axsar, su görəndə susar.

at görməyən at görsə çapar çapar öldürər.

at gözündən yaşqanı, girdir başın oldağlara, görgilən keçmişləri gəlcək günə yordav qıl. (yaşqa: tutu. pərdə) (oldağlara: olanlara. veqeiyyətlərə). (yordav: yoldav. çara. olçat. çıxış (yolu). tədbir).

at gücünü karvanda gör, ər gücünü meydanda.

at ilə arvad, iyidin bəxdinə bax.

at itirmiş qulağından atın səsi kəsilməz.

at iyidin altında, söz bilgənin ağzında.

at izi, it izinə qarışmış.

at qaça qaça, quş uça uça yetişər. (at qaça qaça, quş uça uça, kişi diyə diyə (kişi çala çala yetişər).

at qaçar, atlı özün övər (tə'rifləyir).

at qanlı, igid canlı gərək, qadın baxmadı sözə, saxlamaq nə gərək.

at qanlı, igid canlı gərək. qadın sözə baxmır, saxlamaq nə gərək.

at qazanır eşşək yər.

at qazanır eşşək yər.

at qazığı (mıxtöğlə) gümüşdən, yol azığı yemişdən.

at qılığına iyəsi, cocuğunkuna anası yetik. (qılığına: xəsiyətinə). (yetik: varid).

at minəndə, öz atıva minginən, özgə atı tez arır.

at minənindi, ev qonanındı, don geyənin.

at minənindi, ev qonanındı, don geyənindi.

at olmasa, yol olmaz, dil olmasa, el olmaz.

at olmasa, yol olmaz, dil olmasa, el olmaz.

at olsa ət tapılar, dad olsa ad tapılar.

at olsa ət tapılar, dad olsa ad tapılar. (at olsa, yəhər tapılır.

at osdurağı, arpa gücüdür.

at öldürməyən, baytar olmaz. (baytar: malotac: mal həkimi).

at öldürməyən, baytar olmaz. (baytar: malotac: mal həkimi).

at ölənəcən otlar.

at ölümü, itə bayram.

at ölümü, itə bayram.

at ölüncən otlar. (at ölənəcən otlar).

at ölür taxa qalır, igit ölür yada qalır. (taxa: nal) (yada: xatirə).

at sürüsün axdarar, qartal yuvasın. (at sürüsün, qartal yuvasın güdər).

at sürüsün, qartal yuvasın güdər. (at sürüsün axtarar, qartal yuvasın).

at təpirməz, ilan soxmaz deyilməz.

at uçub alan qaldı, igit köçüb san qaldı, gəlcəklərə öğüc qaldı. (öğüc: ibrət).

at üsdə düşmanca, endisə dosca davrananlar.

at yemdən, yer kübrədən öğünər.

at yürüşdə, qurd yırtışda, ər gürəşdə, batır savaşda.

at, çapa çapa, quş, uça uça.

at, ər altında, ər, qeyrət altında.

ata ana acı alma yesə, oğul qızın dişi qamar. (qamar: qamışır).

ata ana qayqusudur, ev eşik, uşaqların qayquşudur oy deşik (qayquşudur: fikr zikridir. məşquliyyətidir).

ata arxadan, öküzə öndən, axmağa heç yöndən, yoxunma. (yoxunma: yaxınlaşma).

ata ata atıcı, baxa baxa baxıcı olar.

ata babasın tanımıyan xanlıq iddiası edər.

ata baxsan barlı bax, yağu qarşa yar olsun. {barlı: sürəli (dəvamlı) iyi}. (qarşa qarşında). (ata baxarsan barlı bax, döğüş gün yar olsun).

ata dirək, oğul bilək. (ata kökdür, oğul qoldur).

ata dos kimi bax, düşman kimi min.

ata düşmanı, dosd olmaz.

ata evində ügey ana, ər evində qaynana.

ata ət verənin, itə ot verənin, qalmağa göt verənin sonu olmaz.

ata göylü balada, bala göylü havada.

ata göylü balada, bala göylü havada.

ata güc, adama baş (gərək).

ata qabağdan, itə daldan yanaş.

ata maldan kar çıxmaz, başda baxtın olmasa!.

ata min, həq danış. ( həqqi, at üstə danış).

ata mindi, atasını, atdan endi, atını tanımadı. (ata minər, atasın danır, atdan enir, atın danır. (ata mindi atasın tanımadı, atdan düşdü atın). (ata mindin, özüvü unutma, atdan düşdün, atıvı. (atdasan özünü, atdan endin atın unutma) ).

ata mindin, özüvü unutma, atdan endin, atıvı. (atdasan özünü, atdan endin atın unutma).

ata minər, atasın danar, atdan enər, atın danar. (ata mindi, atasını, atdan endi, atını tanımadı). (ata mindi, atasın tanımadı. atdan düşdü, atın tanımadı).

ata minib atanı, atdan düşüb atın unutma.

ata oğlu, ataç doğar.

ata oğul dış bolmuş, doğma doğan yad olmuş, torqa başlar baş olmuş, şoraqlıqda göy çıxmaz, böylə eldən el çıxmaz. (dış bolmuş: yad olmuş). (doğma doğan: qohum tanış). (torqa: uşaq. axmaq). (şoraqlıqda: çoraqlıqda).

ata oğula bağ bağışlamış, oğul atıya salxımın belə qıymamış (verməmiş).

ata sapılı ataş, ana sapılı anaç. (sapılı: əğimli. meyilli).

ata saplı ataş, ana saplı anaş. (ata səpir ataş olur, ana səpirsə anaş olur – səpmək: əkmək. böyütmək).

ata sevgiyə işənmə.

ata sovğası tirk ötər, tez tükər. (sovğası: irsi). (tirk: iti).

ata yaxşı bax, öküzüdə unutma.

ata yəhər, dilənçiyə torba ağırlığ edməz.

ata yumağlanar, oğul budağlanar.

ata yumaqlanar, oğul budaklanar.

ata, toprağı ələk vələk edir, oğlu əkir, törəni yığır.

atacaq daşın, at uzaqlara bildiyin dərək, tutduğun yolu bitəcək sonu gedəsin gərək.

atacaq daşın, at uzaqlara bildiyin dərək, tutduğun yolu bitəcək sonu gedəsin gərək.

atadan altı olunca, anadan iki ol.

atadan güdmə qomar, ilkin dadar, sonğun qoxar. (qomar: sovğa. irs. miras).

ataq üçün yol varanlar, hər gələnə yalvaranlar, yaltaqlar, dalqavaqlar. (ataq: ləqəb. ünvan. (dalqavaqlar: fürsəttəlblər).

atalar sözü bazarlarda satılmaz.

atalar sözü elin gözü.

atalar sözü iki olmaz. (atalar sözünün doğruluğunda quşqu yoxdur).

atalar sözü qurana girməz, yanında gedər. (atalar sözü qurana girməz, yanınca yelişir).

atalar sözü qurana girməz, yanında gedər. (atalar sözü qurana girməz yanıca gedər).

atalar sözü sözün düzü.

atalar sözü, ağlın gözü.

atalar sözü, atar sözü. (sözün için söylər).

atalar sözü, söz bəzəyi, saqqal qoysan, üz bəzəyi.

atalar sözü, sözlərin düzü.

atalar sözü, sözün yarışı.

atalar sözün saxla, könlüvü açar hər vax.

atalar sözünə uy, işinə uyma, onlar qələmi bıraxıb oxu seçdilər. (uy: bax). (qələmi: yazını) (yazı bilgi oxu (təhsil), dəlir oxu yazır alnı). (bilgisiz ellər, çölü gəzləyir).

ataların söziylə, Türkün tatlı diliylə, yol yürüyən yorulmaz!.



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin