Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə102/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   98   99   100   101   102   103   104   105   ...   289

ƏDALƏTİN MƏFHUMU


Ədalətin lüğətdəki məfhumu “bərabərlik və bərabər etmək”, ümumcamaat arasında isə “başqalarının hüquqlarına riayət etmək”dir və zülmün (başqalarının hüququnu tapdalamağın) qarşısında işlədilir. Buna görə də ədaləti “itau kulli zi həqqin həqqəh” yəni hər bir haqq sahibinin haqqını özünə vermək kimi tərif edirlər. Buna əsasən əvvəlcə elə bir varlığı nəzərə almaq lazımdır ki, ona riayət edilməsi ədalət, tapdalanması isə zülm adlandırıla biləcək haqqa malik olsun. Lakin bəzi vaxtlar ədalət məfhumu daha geniş mənada, yəni “hər bir şeyi öz yerində qərar vermək”, yaxud “hər bir işi layiqli olduğu tərzdə görmək” mənasında işlədilərək aşağıdakı kimi tərif edilir: “Vəzu kulli şəyin fi məvziihi.” Bu tərifə əsasən ədalət hikmət, ədalətli iş isə hikmətli işlə bərabər (sinonim) olur. Amma haqq sahibinin haqqı, hər şeyin öz məqamına layiq tərzdə təyin olunmasına gəldikdə isə bu barədə çox geniş mətləblər vardır ki, əxlaq və hüquq fəlsəfəsinin mühüm sahələri bu işlə məşğuldur. Həmin məsələləri bu kitabda araşdırmağa macal yoxdur.

Burada diqqət yetirilməli məsələ belədir: hər bir aqil insan dərk edir ki, heç bir üzrlü səbəb olmadan bir tikə çörəyi yetim uşağın əlindən alsan, yaxud günahsız insanın qanını nahaq yerə axıtsan, bu işlərin zülm hesab olunur və qəbahətli işə mürtəkib olursan. Əksinə, əgər oğurlanmış çörək tikəsini onu oğurlayan şəxsin əlindən alıb yetim uşağa qaytarsan, cinayətkar qatili öz cəzasına çatdırsan, ədalətli və təqdirəlayiq bir iş görmüş olarsan. Əqlin bu mühakiməsi ilahi nəhy və əmrə əsaslanmır, hətta Allahın varlığına inanmayan şəxs olsa belə, yenə həmin qaydada mühakimə yürüdəcəkdir.

Amma “görəsən, bu mühakimənin sirri nədir və hansı idrak qüvvəsi bu gözəlliyi və çirkinliyi dərk edir?” kimi məsələlər müxtəlif fəlsəfi bəhslərdə araşdırılmalıdır.

Bir sözlə, ədalət üçün ümumi və xüsusi olaraq iki məfhum nəzərdə tutmaq olar: Onlardan biri başqalarının hüququna riayət etmək, digəri isə hikmətli iş görməkdir. Başqalarının hüququna riayət etmək də ikincinin nümunələrindən hesab olunur.

Buna əsasən ədalət bütün insanları, yaxud bütün şeyləri eyni bir səviyyədə tutmaq mənasına deyil. Misal üçün ədalətli müəllim o kəs deyil ki, bütün şagirdlərə – istər çalışqan olsun, istərsə də tənbəl-yaxşı qiymət versin. Ədalətli qazi o kəs deyil ki, münaqişəli mal-dövləti münaqişə tərəfləri arasında bərabər bölsün. Əksinə, ədalətli müəllim o kəsdir ki, şagirdlərdən hər birinə layiq olduğu qiyməti yazsın, ədalətli qazi də odur ki, münaqişəli malı həqiqi sahibinə qaytarsın.

İlahi ədalət və hikmətin də tələbi bu deyildir ki, bütün məxluqatı eyni səviyyədə yaratsın və misal üçün, insana da buynuz, qanad və s. versin. Əksinə, Yaradanın hikməti dünyanı mümkün olan ən çox xeyir və kamaldan bəhrələnəcəyi şəkildə, onun müxtəlif hissələrini təşkil edən varlıqları da yekun hədəflə mütənasib olacaq şəkildə yaratmasını tələb edir. Həmçinin Allahın hikmət və ədaləti bunu tələb edir ki, hər insanı onun istedad və bacarığı qədərində mükəlləf etsin1, ixtiyari səyinə və bacarığına diqqət yetirərək onun barəsində mühakimə yürütsün2 və nəhayət, ona işlərinə münasib olan mükafat, yaxud cəza versin.3



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin