Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə146/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   142   143   144   145   146   147   148   149   ...   289
İkincisi, insanların müxtəlif zaman və məkanlardakı həyat şəraitləri və vəziyyətləri eyni səviyyədə deyil, fərqlidir. Bu kimi mövcud fərqlər və şəraitin dəyişilməsi, xüsusilə ictimai münasibətlərin tədricən inkişaf edib mürəkkəbləşməsi ictimai qayda-qanunların və hökmlərin kəmiyyət və keyfiyyətinə təsir göstərib, bəzi hallarda yeni şəriət qanunlarını tələb edə bilər. Əgər bu qanunlar min illər bundan qabaq göndərilmiş peyğəmbərin vasitəsilə bəyan olunsaydı, bu, əbəs, onların qorunub saxlanılması və xüsusi şəraitdə tətbiq edilməsi isə olduqca çətin bir iş olardı.

Üçüncüsü, keçmiş zamanların çoxunda peyğəmbərlərin dəvətinin yayılması və təbliği üçün mövcud imkanlar elə bir səviyyədə deyildi ki, bir peyğəmbər öz sözlərini bütün insanlara çatdıra bilsin.

Dördüncü, zamanın keçməsi və müxtəlif amillərin təsiri ilə bir peyğəmbərin təlimləri onu əxz edən insanların arasında təhrif olunmuş və ondan düzgün olmayan təfsirlər edilmiş, bir müddətdən sonra xurafatçı və inhirafçı ayinə çevrilmişdir. Məsələn, İsa ibni Məryəmin (ə) tövhid dini bir müddətdən sonra “üçlüyə pərəstiş”ə çevrilmişdir.1

Bu kimi məsələlərə diqqət yetirməklə peyğəmbərlərin sayının çoxluğunun, bəzi ibadət hökmləri, yaxud ictimai qanunların bir qrupunda asimani şəriətin fərqlərinin hikməti aydın olur.2 Halbuki, onların hamısı əqidə prinsiplərinə əsasən eyni, fərdi və ictimai əhkamlarda və əxlaqi normalarda da bir-biri ilə uyğun olmuşlar.1 Misal üçün, namaz bütün asimani dinlərdə mövcud olmuşdur. Sadəcə olaraq onun qılınma tərzi, qiblələr müxtəlif olmuşdur. Yaxud zəkat və Allah yolunda infaq bütün şəriətlərdə mövcud olmuş, sadəcə olaraq onun miqdarı və xərclənmə yerləri eyni olmamışdır.

Ümumiyyətlə, bütün peyğəmbərlərə iman gətirmək, onların nübüvvətini təsdiq etmək, aralarında fərq qoymamaq, onlara nazil olan bütün maarif və göstərişləri qəbul etmək, onların arasında ayrılıq salmamaq hər bir insana vacibdir.2 Peyğəmbərlərdən hər hansı birini təkzib etmək onların hamısını təkzib etmək sayılır. Bir ilahi hökmün inkar olunması bütün ilahi hökmlərin inkar olunmasına gətirib çıxarır.3 Əlbəttə, hər bir ümmətin öz dövründəki əməli vəzifələri həmin ümmətin və həmin zamanda mövcud olan peyğəmbərin göstərişlərinə əməl etməkdir.

Xatırladılmalıdır ki, qeyd olunan məsələlərə diqqət yetirməklə əqlin peyğəmbərlərin çoxluğu, asimani kitabların varlığı, ilahi şəriətlərin fərqlərini dərk edə bilməsinə baxmayaraq, peyğəmbərlərin və asimani şəriətlərin sayı barəsində dəqiq bir formul əldə edə bilməz ki, onun vasitəsilə hansı zamanda və hansı məkanda başqa bir peyğəmbərin məbus olmasını, yaxud yeni şəriət nazil edilməsini hökm edə bilsin. Yalnız bunu başa düşə bilər ki, hər vaxt bəşərin həyatı bir peyğəmbərin dəvətinin bütün insanlara çata biləcəyinə, onun göstərişlərinin gələcək nəsillər üçün qorunub saxlanacağına zəmanət verəcək bir şəkildə olsa, ictimai şəraitin dəyişilməsi ilə yeni əsaslı şəriət qanunlarına ehtiyac duyulmasa, mövcud şəriət hökmləri və qanunlarının dəyişikliyinə zərurət olmasa onda digər bir peyğəmbərin göndərilməsinə zərurət də olmayacaqdır.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin