Ајәтуллаһ Мисбаһ Јәзди


İSLAM PEYĞƏMBƏRİNİN (S) RİSALƏTİNİN İSBAT OLUNMASI



Yüklə 2,8 Mb.
səhifə160/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   156   157   158   159   160   161   162   163   ...   289

İSLAM PEYĞƏMBƏRİNİN (S) RİSALƏTİNİN İSBAT OLUNMASI


İyirmi yeddinci dərsdə qeyd olunduğu kimi, peyğəmbərlərin peyğəmbərliyi üç yolla isbat oluna bilər:

1.Onların əməl və rəftarları vasitəsilə insana xatircəmlik gətirən əlamətlər.

2.Əvvəlki peyğəmbərlərin verdiyi xəbər.

3.Möcüzə göstərmək.

İslam Peyğəmbərinin (s) peyğəmbərliyini sübut etməkdən ötrü bu üç yolun hər birindən istifadə etmək mümkündür. Bir tərəfdən Məkkə əhalisi 40 il müddətində o Həzrətin iftixarlı həyatını yaxından müşahidə etmişdi və onun həyatında azacıq olsa belə qaranlıq və ləkəli hadisənin olmadığını bilirdi. Onu elə doğruçu və düz əməl sahibi kimi tanıyırdılar ki, ona Əmin (əmanətdar) ləqəbi vermişdilər. Təbiidir ki, belə bir şəxsin yalançılığına ehtimal verilə bilməz.

Digər tərəfdən, əvvəlki peyğəmbərlər o Həzrətin (s) məbus olacağı xəbərini vermişdilər.1 Kitab əhlindən bəziləri onun gəlişini gözləyir və onun zühur etməsi barəsində aydın nişanələri bilirdilər.2 Hətta, ərəb müşriklərinə İsmailin (ə) övladları arasında (onlar ərəb qəbilələrini təşkil edirdilər) bir şəxsin peyğəmbərliyə məbus olacağını və onun əvvəlki peyğəmbərləri və tövhid dinləri təsdiq edəcəyi haqqında məlumat vardı.3 Yəhudi və məsihi alimlərindən bəziləri əvvəlcədən verilən həmin xəbərlərə istinadən o Həzrətə (ə) iman gətirdi.4 Bəziləri isə nəfsani və şeytani qərəzçiliklər üzündən İslam dinini qəbul etməkdən imtina etdi.

Qurani-kərim bu məsələyə işarə edərək buyurur:

Bu, onlar üçün bir nişanə deyilmi ki, Bəni-İsrail alimləri onu tanıyırdılar?!”5

Peyğəmbəri-Əkrəmin (s) həm Bəni-İsrail alimlərinin, həm də əvvəlki peyğəmbərlərin əvvəlcədən xəbər verib təqdim etməsi ilə tanınması bütün əhli-kitab üçün o Həzrətin (ə) risalətinin düzgünlüyünə aydın bir dəlil olmaqdan əlavə, müjdə verən peyğəmbərlərin, həmçinin, İslam Peyğəmbərinin (s) haqq olmasına qaneedici bir höccət sayılırdı. Çünki onlar öncədən verilən bu xəbər və şahidlərin, təqdim olunan əlamətlərin o Həzrətlə (s) tam mənada düz gəlməsini gözləri ilə görüb, əqlləri ilə dərk edirdilər.

Maraqlıdır ki, hətta təhrif olunmuş Tövrat və İncildə belə, bu kimi müjdələrin məhv edilməsi üçün göstərilən bütün səylərə baxmayaraq haqq axtaranlara höccəti tamam edən bəzi məsələlər gözə dəyir. Belə ki, haqq-həqiqət axtaran yəhudi və məsihi alimlərindən bir çoxu bu incə mətləbləri və müjdələrdən istifadə edərək düz yola hidayət olunmuş və İslam dinini qəbul etmişdi.1

Peyğəmbəri-Əkrəmdən (s) çoxlu möcüzələr görünmüşdür. Bunlar tarix və hədis kitablarında qeyd olunmuş və onların çoxu təvatür həddində nəql edilmişdir.2 Amma Allah-Taalanın son peyğəmbəri və Onun əbədi dinini təqdim etmək haqqında nəzəri bunu tələb edirdi ki, onun öz dövründə olanlara höccəti tamam etməkdən əlavə, başqaları da əql yolu ilə ondan agah olsunlar. Buna görə də ona höccəti bütün dövrdəki insanlara tamam edəcək əbədi bir möcüzə olan Quranı təqdim etmişdir.

Gələn dərsdə bu əziz kitabın möcüzə yönləri bəyan ediləcəkdir.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin