SUALLAR
1.“Həbt” və “təkfir”in mənası nədir?
2.İmanla küfr arasında neçə cür əlaqə mövcuddur? Onların hər birini izah edin.
3.Yaxşı əməllə pis əməl arasında neçə cür əlaqə mövcuddur və onlardan hansı düzgündür?
4.Yaxşı və pis əməllərin dünyəvi əsərləri onların axirətdəki cəza və mükafatlarını aradan aparırmı?
ƏLLİ SƏKKİZİNCİ DƏRS MÖMİNLƏRİN İMTİYAZLARI
–Müqəddimə
–Savabın artması
–Kiçik günahların bağışlanması
–Başqalarının əməllərindən istifadə etmək
MÜQƏDDİMƏ
Allahşünasılq bölməsində məlum oldu ki, Allahın iradəsi nəticəsində yalnız xeyir və kamal işlər baş verir. Şərlər və nöqsanlar isə sonradan və vasitə əsasında ilahi iradəyə aid olur. Təbiidir ki, insan barəsində də Allahın ilkin iradəsi onun təkamülü və əbədi səadətə çataraq əbədi nemətlərdən bəhrələnməsidir. Günahkarların düzgün olmayan seçimi nəticəsində hasil olan əzab və bədbəxtçilikləri də Allahın hikmətli iradəsi əsasındadır. Lakin bu bilavasitə deyil. Əgər axirətdəki bədbəxtçilik və əzaba mübtəla olmaq insanların özlərinin qeyri-doğru seçimi nəticəsində olmasaydı, Allahın geniş rəhməti heç bir məxluqun əzaba düçar olmasına yol verməzdi.
İnsanın muxtar yaranmasını məhz Allahın bu geniş rəhməti tələb etmişdir. Amma iman və küfr kimi iki yoldan hər birini seçməyin ardınca da yaxşı və ya pis nəticələrə nail olmaq gəlir. Fərqi bundadır ki, yaxşı aqibətə nail olmaq bilavasitə, əzablara düçar olmaq isə bilvasitə (vasitə əsasında) iradəyə tabedir. Həmin fərqlər də həm təkvin, həm də təşri aləmində xeyir tərəfinə üstünlük verilməsini tələb edir. Yəni insan təkvin etibarı ilə elə yaradılmışdır ki, yaxşı və xeyirli işlər onun şəxsiyyətinin formalaşmasında daha dərin təsirlər qoysun və təşri baxımından da asan işlərə mükəlləf (vəzifəli) olunsun ki, səadət və nicat yolunu ötmək və əbədi əzabdan xilas olmaq üçün üzücü, çətin təkliflərə ehtiyacı olmasın.1 Mükafatverilmə və cəzalandırma məqamında da mükafat tərəfinə üstünlük verilir və Allahın rəhməti qəzəbindən irəli keçir.2 Rəhmətin irəli salınıb ona üstünlük verilməsi müəyyən işlərdə daha artıq nəzərə çarpır ki, onlardan bəzilərini nümunə olaraq qeyd edirik:
Dostları ilə paylaş: |