Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə272/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   268   269   270   271   272   273   274   275   ...   289

SUALLAR


1.Hər bir varlığın həqiqi dəyəri nə ilədir?

2.İnsanın son kamalını necə tanımaq olar?

3.İnsanın son kamalının yalnız Allah dərgahına yaxınlıq və Onunla əlaqə sayəsində hasil olduğunu isbat edin.

4.Yaxşı işlərin insanın əbədi səadətindəki təsirinin ilahi məqsəd və niyyətlə şərtləndiyini isbat edin.


ƏLLİ YEDDİNCİ DƏRS

“HƏBT”

(İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ)

“TƏKFİR”

(İNSANIN PİS ƏMƏLLƏRİNİN ÜSTÜNÜN ÖRTÜLMƏSİ, GÜNAHLARIN YAXŞI İŞLƏR VASİTƏSİ İLƏ ƏVƏZ OLUNMASI)

Müqəddimə

İmanla küfrün əlaqəsi

Yaxşı və pis əməllərin əlaqəsi


MÜQƏDDİMƏ


İman və saleh əməlin axirətdəki səadətə, əksinə, olaraq küfr və günahkarlığın əbədi bədbəxtçiliyə gətirib çıxarması ilə əlaqədar yaranan suallardan biri də budur ki, iman və ya küfrün onun axirət nəticəsi ilə, eləcə də hər bir yaxşı və pis əməlin onun mükafat və ya cəzası ilə olan əlaqəsi qəti sübuta yetmiş və dəyişilməzdir, yoxsa müəyyən dərəcədə dəyişilə bilər? Məsələn, yaxşı işlərlə günahın təsirlərini aradan aparmaq və ya əksinə, yaxşı işin əsərlərini günahlarla aradan aparmaq olarmı? Görəsən ömrünün müəyyən hissəsini küfr və günah etməklə, digər bir hissəsini isə iman və itaətlə keçirən insanlar müəyyən qədər cəzaya düçar olduqdan sonra mükafatlandırılacaq, yoxsa bu iki əməlin məcmusu onların xoşbəxtlik və ya bədbəxtliklərini təyin edir və ya mətləb tamamilə başqa cürdür?

Bu, eynilə qədim dövrlərdən əşəri və mötəzili mütəkəllimləri arasında münaqişəli məsələ sayılan “həbt” və “təkfir”dən ibarətdir.1 Biz bu dərsdə şiələrin nəzərini xülasə şəkildə bəyan edəcəyik.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin