«Namazı günün iki tərəfində və gecə saatlarında bərqərar et. Həqiqətən, yaxşı əməllər pis əməlləri aradan aparır.»2
Günahlardan bəziləri, məsələn, valideynə ağ olmaq, şərab içmək müəyyən müddətə qədər ibadətlərin qəbul olunmasının qarşısını alır. Eləcə də bir kəsə kömək etdikdən sonra ona minnət qoymaq onun savabını aradan aparır. Quranda buyurulur:
«Minnət qoymaq və əziyyət etməklə öz ehsan və sədəqələrinizi (məhv edib) aradan aparmayın.»3
Lakin yaxşı və pis əməllərin növünün təyin olunmasına və bir-birinə təsir göstərib təsir qəbul etməsinə gəldikdə isə, bunu, vəhy yolu ilə və məsumların (ə) sözlərindən əldə etmək lazımdır. Onların hamısı üçün ümumi bir qayda göstərmək olmaz.
Dərsin axırında qeyd edirik ki, pis əməllərin xoşagəlməzliklər, yaxud tövfiqin1 insandan alınması və s. yaxşı əməllərin isə xoşluqlar və tovfiqin verilməsi kimi yaxşı təsirləri elə bu dünyada zahir olur. Belə ki, başqalarına, xüsusilə ata-anaya, yaxın qohum-əqrəbaya ehsan etmək insan ömrünün uzanmasına, bəlaların dəf olunmasına səbəb olur. Əksinə, böyüklərə, xüsusilə, müəllimlərə ehtiramsızlıq etmək isə insanın tövfiqinin kəsilməsinə səbəb olur. Lakin bu kimi təsirlərin bu dünyada zahir olması cəzanın və ya mükafatın kamil şəkildə alınması mənasına deyil; mükafatların və cəzaların əsl yeri əbədi axirət dünyasıdır.
Dostları ilə paylaş: |