Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə7/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   2   3   4   5   6   7   8   9   10   ...   289

SUALLAR


1. Dinin lüğəti və terminoloji məfhumunu bəyan edin.

2. Dünyagörüş və ideologiyanın tərifini deyin və onlar arasındakı fərqi bəyan edin.

3. Dünyagörüşün iki ümumi növünü izah edin.

4. Üsuliddinin ümumi və xüsusi olaraq iki mənasını şərh edin.

5. Bütün asimani dinlər arasında müştərək olan prinsiplər hansıdır? Onların əhəmiyyəti nədən ibarətdir?

İKİNCİ DƏRS

DİN BARƏDƏ TƏHQİQAT

Təhqiqatın məqsədi

Din barədə axtarış aparmağın əhəmiyyəti

Bir şübhənin həlli


TƏHQİQATDAN MƏQSƏD


İnsanın ruhi və psixoloji xüsusiyyətlərindən biri də real gerçəkliklər və həqiqətlər barədə mərifət kəsb etməyə olan fitri və instinktik meyldir. Bu meyl hər insanın uşaqlıq dövründən etibarən zahir olur və ömrünün axırına qədər davam edir. Bəzən fitri olan və axtarışçılıq hissi adlandırılan həqiqətaxtarma insanı din çərçivəsində irəli sürülən məsələlər barədə təfəkkür etməyə və dinlə bağlı mərifət kəsb etməyə vadar edir. İnsan həm də bu fitri hiss ilə aşağıdakı suallara cavab tapmaq istəyir: Hiss üzvləri ilə hiss olunmayan qeyri-maddi varlıq mövcuddurmu? Mövcud olduğu təqdirdə qeyb aləmi ilə maddi və hiss olunan dünya arasında bir əlaqə varmı? Bu əlaqənin varlığını fərz etdikdə maddi dünyanı yaradan, özü isə zahirdə hiss olunmayan bir varlıq varmı? İnsanın varlığı onun maddi bədəni ilə, həyatı da dünyəvi həyatı ilə xülasələnirmi, yoxsa başqa bir həyat da vardır? Başqa bir həyatın varlığı fərz olunduqda dünya və axirət arasında bir bağlılıq varmı? Bu əlaqənin mövcud olduğunu qəbul etdikdə hansı növ dünya hadisələri axirət işlərində təsirlidir? Həyatın düzgün proqramı barədə məlumat kəsb etmək üçün bir yol varmı? Hər iki dünyada insanın səadətini təmin edən bir proqram varmı? O proqram hansıdır?

Deməli, insanın həqiqət axtaran qərizəsi (instinkti) insanı bütün məsələlərin, o cümlədən dini məsələlərin araşdırılmasına və haqq din barədə mərifət kəsb etməyə sövq edən ilk amildir.

İnsanın həqiqətlər haqqında mərifət əldə etməsinə olan rəğbətini gücləndirən digər amil də bundan ibarətdir ki, hər biri bir, yaxud bir neçə başqa fitri meylə (həqiqətlərə yol tapmaq meylindən başqa) aid olan digər istəklərinə nail olmaqdan ötrü insan xüsusi mərifət kəsb etməlidir. Necə ki, müxtəlif maddi və dünyəvi nemətlərdən bəhrələnmək üçün elmi səylər tələb edilir. Təcrübi elmlərin inkişafı insanın öz istəklərinə nail olmasında çox böyük rol oynayır. Halbuki din də insanın mənafe, məsləhət və istəklərinin təmin olunmasına kömək edərək ziyanların, xətərlərin, təhlükələrin qarşısını alar və onun üçün istənilən səviyyədə ola bilər. Mənfəəti kəsb edib ziyandan uzaqlaşmaq qərizəsi din haqqında təhqiqat aparmaqdan ötrü digər bir amil sayılır.

Lakin məlumat əldə ediləsi şeylərin həcminin böyüklüyünə, bütün həqiqətlər barədə mərifət kəsb etmək üçün kifayət qədər şəraitin olmamasına diqqət yetirməklə insanın elə məsələlərlə bağlı tədqiqat aparmağı mümkündür ki, onların həll olunması daha asan, nəticələri daha çox nəzərəçarpan və ona nail olmaq çox asan olsun. Məhz buna görə də dini məsələlərin xüsusi və mühüm əhəmiyyətə malik olduğunu araşdırmalıyıq. Hətta, demək olar ki, heç bir məsələnin dəyəri bu mövzular ətrafında aparılan təhqiq və araşdırılmanın dəyərindən az deyil.

Qeyd etmək lazımdır ki, bəzi psixoloqlar1 Allaha pərəstişin ümumiyyətlə müstəqil fitri bir istək olduğunu deyib onun mənşəyini dini hiss adlandırır, onu da axtarış aparmaq, yaxşılıq etmək və gözəllik hissləri ilə yanaşı qeyd edir və insan ruhunun dördüncü yönünü təşkil etdiyini qeyd edirlər.

Onlar arxeoloji qazıntılara və tarixi şahidlərə istinad edərək xatırladırlar ki, Allaha pərəstiş insanların arasında müxtəlif formalarda hər dövrdə mövcud olmuşdur. Allaha pərəstişin hər dövrdə bütün insanlar arasında mövcud olması da onun fitri bir hiss olmasını göstərir.

Əlbəttə, fitri yönəlmənin ümumi mənası həmişə və bütün fərdlərdə fəal olması və insanı agahlıq üzündən öz istədiyinə tərəf sövq etməsi deyildir. Əksinə onun mühit amillərinin və düzgün olmayan tərbiyənin təsiri altına düşərək fəaliyyətdən dayanması, yaxud özünün düzgün yolundan çıxması da mümkündür. Belə ki, digər qərizələrdə də bu kimi qafillik və inhiraflar müəyyən qədər müşahidə olunur.

Bu nəzəriyyəyə əsasən, din barəsində tədqiqat müstəqil fitri bir məqsədə, stimula malikdir, onun dəlil-bürhan yolu ilə isbat olunmasına heç bir zərurət yoxdur.

Qeyd olunanları dinin fitri olmasına dəlalət edən Quran ayələri və rəvayətlərdən də müəyyən qədər isbat etmək olar. Lakin bu fitri meylin təsirinin agahlıq üzündən olmaması və bəzi şəxslərin mübahisə məqamında belə meylin özlərində mövcud olduğunu inkar etmələri mümkün olduğundan biz bu bəyanla kifayətlənmir və dinlə bağlı təhqiqatın əhəmiyyətini əqli yollarla isbat edirik.


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin