Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə68/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   64   65   66   67   68   69   70   71   ...   162
4.5 Likvidlik riski
Hər iki sistem üçün keçərlidir. Lakin ənənəvi bankların bu risklərin idarəedilməsində müəyyən üstünlükləri var. Likvidlik riski İslam Maliyyə Sisteminin və İslam Bankçılığının əleyhdarları tərəfindən ən çox tənqid olunan məqamlardan biridir. Məsələn, ənənəvi banklar qısa müddətli nəğd vəsaitlərini dövlət qiymətli kağızlarında saxlaya və likvidliklərini daha yaxşı idarə edə bilirlər, amma İslam Banklarında bu mümkün deyil, çünki sələm (faiz) İslamda haramdır. Bundan başqa ənənəvi maliyyə sistemində mərkəzi bank digər banklar üçün son kreditor instansiyası (lender of last resort – LLR) funksiyasını yerinə yetirir və bankların likvidliyinin təmini istiqamətində rol oynayır. Lakin İslam bankları bu imkandan istifadə edə bilmirlər, çünki, bu mexanizm də sələm (faiz) üzərində qurulub. Bu da öz növbəsində İslam Banklarının likvidlik risklərinin idarə edilməsi sahəsində böyük problem kimi özünü göstərir.

Likvidlik riski ilə bağlı digər bir problem İslam Bankçılığında nəğd vəsaitlərin proqnozlaşdırılmasının (cash flow forecasting) ənənəvi bankçılığa nisbətdə daha çətin olmasıdır. Çünki nəğd axınlarının proqnozlaşdırılması bankın gələcəkdə üzləşə biləcəyi likvidlik problemlərinə qarşı müvafiq tədbirlər görməyə imkan yaradır. İslam Bankları isə Muşarakah və Mudarabah kimi mənfəətə və zərərə şərik prinsipi ilə (Profit and Loss Sharing – PLS) tətbiq olunan maliyyələşmə üsullarından da istifadə etdiyi üçün onların gəlirlərinin və nəğd axınlarının proqnozlaşdırılması daha çətindir. Bu sahədə proqnozlaşdırmanın çətin olması gələcəkdə müəyyən tarixdə nə qədər nəğd vəsaitə ehtiyac duyulacağı sualının cavabsız qalmasına, bu problemlə əlaqəli atılacaq adekvat addımların bilinməməsinə gətirib çıxarır ki, bu hal da öz növbəsində yuxarıda da deyildiyi kimi İslam Banklarının likvidlik risklərinin idarəedilməsi sahəsində növbəti çatışmazlığı kimi özünü biruzə verir.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin