Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


Hava işıqlananda ağa Möhsün, Həsən Baqiri, ağa Rəşid və Raufi Sayta gəldilər. Həsən məni qucaqlayıb öpməyə başladı. Həmin gün heç vaxt yadımdan çıxmaz"



Yüklə 8,06 Mb.
səhifə18/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   14   15   16   17   18   19   20   21   ...   43
Hava işıqlananda ağa Möhsün, Həsən Baqiri, ağa Rəşid və Raufi Sayta gəldilər. Həsən məni qucaqlayıb öpməyə başladı. Həmin gün heç vaxt yadımdan çıxmaz".(Qeyd)1

Saytın üzərində döyüş başlayan kimi İslam döyüşçüləri İraqın 1 saylı mexaniki diviziyasının baş qərargahındakı və briqadaların qərargahlarındakı telefon kabellərini kəsdilər. Düşmən hərbi birləşmələri komandirləri ilə əlaqəni itirdilər və döyüşün ortasında dəstə-dəstə təslim olmağa başladılar.

"Kimisə tutmaq üçün evinin damından girmək lazımdır. Çünki qaça biləcəyi yeganə yol oradır. Qardaşlar Səddamın evinin Radar bölgəsindəki damını bağlayandan sonra irəlidəki bütün hərbi birləşmələr əsir düşdülər. Onlar batalyon-batalyon gəlib təslim olurdular".(Qeyd)1

Həsən Baqiri Radar əməliyyatının əhəmiyyəti barədə həmçinin bunları deyirdi:

"Biz çox asanlıqla cinahın ən hündür və uzaq yerinə, düşmən mövqelərinin arxasına çatdıq. Bunu dünya hərbçilərinə desəniz, təəccüb edərlər ki, piyada qüvvələrin gecə vaxtı 10 km yol gedəndən sonra təpələrin üstündə bir hədəfi tapıb hücuma keçmələri, ondan sonra daha 10 km irəliləmələri mümkün deyil. Bəlkə də bu əməliyyatın nə olduğunu dünya sonra başa düşəcək. Sayt və Radar əməliyyatlarından sonra düşmən daha müqavimət göstərə bilməyib geri çəkilməyə başladı".(Qeyd)2

Əslində isə dünya hərbçilərini heyrətə salan amil hərbi taktikadan əlavə, heç bir hərbi təhsili olmayan bir gənc komandirin düşüncəsi və fitri istedadı olacaqdı. O, heç bir hərbi təhsil almadan cəbhədə belə kreativ yollar tapırdı. Həsən Baqirinin özü düşmən qərargahlarına hücum etməyi bir yenilik adlandırıb deyirdi:

"Düşmən qərargahlarına hücum etməyin onun məğlubiyyətinə nə qədər təsir edəcəyini də bir yenilik adlandırmaq olar. Düşmənin komandanlıq sistemini sıradan çıxardıqda daha müqavimət göstərə bilməz. Bundan ötrü iki iş görə bilər: Biri budur ki, qərargahını döyüş xəttinə gətirsin. Bu, artilleriya hücumlarına və mövqedə həyata keçirilən əməliyyatlara görə təhlükəlidir. Qərargahını çox uzaqlaşdırdıqda da canlı qüvvəyə nəzarəti zəifləyir. Biz birinci diviziyanın briqadalarının qərargahlarını təhlükəyə salandan sonra ən az itki ilə bütün diviziyanı mühasirəyə aldıq. Qardaşların Kəmərsorxda çatdıqları ilk yer düşmən qərargahı oldu. Onlar səhər saat 9-da briqada komandirinin müavinini əsir tutmuşdular. O deyirdi ki, bütün qərargahlar Radarın şərqində yerləşir. Yəni briqadanın diviziya ilə əlaqəsi çox asanlıqla kəsildi və briqada qərargahları sıradan çıxarıldı. Bu zaman uzaqbaşı, qardaşların sözü ilə desəm, çantalarını qoltuqlarına qoyub qaça bilərdilər. Elə səhər çağı əminliklə elan etdik ki, 1, 27 və 51 saylı düşmən briqadalarının qərargahları mühasirədədir. 34 Saylı briqadanın vəziyyəti fərqli idi, amma bu üç briqadadan yalnız 51 saylı briqadanın komandiri qaça bildi. Rüfaiyyənin ətrafındakı 96 və 93 saylı briqadaların şəxsi heyətləri, habelə 1 və 27 saylı briqadalar bütünlüklə əsir düşdülər.

Başqa bir yenilik qələbədən istifadə idi. Biz bu əməliyyatda qələbədən istifadə edə bildik. Radar əməliyyatından sonra düşmən geri çəkilməyə başlayanda Həzrət Rəsul (s) briqadasındakı qardaşlar onları təqib edib Borqazə bölgəsinə qədər irəlilədilər".(Qeyd)1

Fəthülmübin əməliyyatı martın 28-də başa çatdı. Nəsr, Fəth, Qüds və Fəcr qərargahlarının döyüşçüləri bir həftə ərzində olduqca uğurlu bir əməliyyat həyata keçirib on altı min əsir tutdular. Həsən Baqiri müsahibəsində bu əməliyyatın ilk məqsədi kimi düşmənin canlı qüvvəsinin sıradan çıxarılmasını göstərir və dərhal əlavə edirdi:

“Bizim əsas məqsədimiz əsir tutmaqdır, öldürmək deyil. Biz iraqlıları əsla öldürmək istəmirik. Biz çox istəyirik ki, onlar əsir düşsünlər və islah olsunlar".(Qeyd)1

O, Fəthülmübin əməliyyatının digər nəticələrini də saydı. Sayt təpələrinin, Borqazə, Riqabiyyə və Eynxoş boğazları kimi strateji mövqelərin ələ keçirilməsi bu nəticələrdən idi. Düşmən o yerləri müharibənin əvvəlində işğal etmişdi. Bu qələbə Dezfulun və ətraf bölgələrin düşmən artilleriyasından uzaq qalmasına səbəb oldu. Həsən Baqiri bu barədə deyirdi:

"Bəəs rejimi bu əməliyyatdan öncə Fransadan aldığı 182 topları ilə Dezful şəhərini çox namərdcəsinə və heç bir insani əxlaqa sığmayan şəkildə daim vururdu. Dezfulda iki mindən çox adam şəhid olmuşdu. İşğal olunmuş mövqeləri ələ keçirib Dezfulu düşmən artilleriyasından qorumaqla əslində silahlı qüvvələrdən Dezful əhalisinin müqavimətinə cavab verildi. Şəhər və kəndlərin düşmənin artilleriya hücumundan qorunması, əhalinin öz vətənlərinə qayıtması qaçqınların sayını azaldır, dövlətə iqtisadi və siyasi baxımdan kömək edir. Bu da çox vacib məsələdir. Ən azı 150 kənd işğaldan azad olundu. Başqa bir məsələ Əndimeşk-Əhvaz magistralının azad edilməsidir. Həmin yol düşmən artilleriyasının hədəfində idi və yalnız hərbi məqsədlə istifadə olunurdu. Allahın köməyi ilə bu hücumda həmin magistral da açılıb xalqın istismarına verildi".(Qeyd)2

Fəthülmübin əməliyyatında təxminən 400 düşmən tankı ələ keçirildi, 10 saylı zirehli və 1 saylı mexaniki diviziyalar mühasirəyə düşdü, silah-sursatlarının çoxu İslam döyüşçülərinin əlinə keçdi. Bundan sonra korpusun 30 saylı zirehli briqadasının arsenalı təxminən üç dəfə artaraq bir diviziyanın imkanlarını da keçdi. Bu briqadanı düşməndən alınmış texnika ilə yaratmış Həsən Baqiri dərhal ələ keçirilmiş yeni texnika və silahlara baxış keçirdi. Ondan sonra diviziya komandiri adlanacaq briqada komandiri Fətulla Cəfəri həmin baxışda Həsən Baqirinin yanında idi.

"Bu baxışda Həsən Baqirinin məqsədi vardı. O, hansı ölkələrin İraqa kömək etdiyini, həmçinin bizim işimizə nə qədər yarayacağını bilmək istəyirdi. Tankların biri Fransa istehsalı idi. Onu diqqətlə araşdırdı, rabitə sisteminə baxdı. Tamson ratsiyası vardı. Onun hansı modelləri olduğunu, topunun və raketinin olub-olmadığını soruşdu. Bildim ki, müxtəlif modellərdən xəbərdardır. Hətta dedi ki, motorunun qapısını aç, baxım. Mənə qəribə gəlirdi. Yadımdadır, lüləsinin xüsusiyyətlərini soruşdu. Əvvəlcə dedim yüz, sonra isə dedim ki, doxsan. Mənə dedi: "Belə danışma. Sən yüz deyəndə artıq beynimə oturur. Əmin olandan sonra de".

T-55 və T-62 tanklarından əlavə, Fəthülmübində ilk dəfə T-72 tankı da ələ keçirildi. Həsən onun xüsusiyyətlərini soruşub dedi: "Görün, qumbaraatan harasına dəyib və zirehi qırılıbmı? Qumbaraatan harasına təsir edir? Motorunun gücü nə qədərdir? Topu hansı növdəndir? Neçə cür mərmisi var? Pulemyotu hansındandır? Hansı nəsil tanklardandır? Zirehi nə qədər möhkəmdir? Raketə qarşı müqaviməti necədir?" Həsən Baqiri bunlara məndən dəqiq cavab istəyirdi. Çox vaxt almırdı. Gəlib bir saat ərzində bütün məlumatı toplayırdı, ələ keçirilmiş, hətta vurulmuş texnikaların da şəklini çəkirdi. Soruşanda deyirdi ki, harasından vurulduğunu, necə və nə qədər yandığını bilmək istəyirəm. Bunların hamısı onun üçün əhəmiyyətli idi.

Axşam qolf meydanında Səddamın çıxışını dinləyirdim. Səsi əsirdi. Həsən dedi: "Görün, səsi necə əsir! Daha ərəb ümmətindən yox, Aşuradan, Kərbəladan, İmam Hüseyndən (ə) danışır".(Qeyd)1

Martın 30-da komandirlər Kərbəla qərargahına iclasa çağırıldılar. Bütün komandirlər sevinclərindən yerə-göyə sığmırdılar. Həsən Baqiri soyuqqanlılıqla və səbirlə Fəthülmübin əməliyyatındakı nöqsanlardan danışmağa başladı. Həsənin tənqidçi ruhiyyəsi vardı, özünü və qərargahını cəsarətlə tənqid edirdi. Deyirdi ki, nöqsanları bilməyimiz bizi sonrakı yanlışlardan qoruya bilər. O bu işə məhdud əməliyyatlardan başlamışdı. Deyirdi ki, camaatın və şəhadətsevər insanların taleyi bizim əlimizdə olduğuna görə mənfi cəhətlərimizi müsbətə çevirməliyik. O, insanları birbaşa tənqid etmirdi, ümumi danışırdı. Deyirdi ki, biz bu əməliyyatda yaxşı kəşfiyyat işi görmədik. Düşünülmüş şəkildə və elmi baxımdan tənqid edirdi. Heç kimə demirdi ki, sən məsələni həll edə bilmədin; deyirdi ki, məsələ çətindir, həlli üçün çox vaxt ayırmalıyıq. Bu baxış tərzi korpusun baş komandanı Möhsün Rzayinin ona arxalanmasına səbəb oldu.

"Digər qardaşlara nisbətən Həsənin iki xüsusiyyəti mənim ona arxalanmağıma səbəb oldu. Biri məlumatlı olması idi. O, düşmənin filan yerdə olub-olmadığını deyəndə təxminən əmin olurdum, amma digər uşaqların məruzəsini asanlıqla qəbul etmir və araşdırırdım. Hətta uşaqlar narahat olurdular, deyirdilər ki, filankəs bizə inanmır. Səbəbi bu idi ki, onlar öz arzularını da məruzəyə salırdılar. Biz həmin məruzələrə əsaslanıb qərar qəbul edəndə isə problemlə üzləşirdik. Həsən müsbət cəhətləri daha çox görürdü. Bəzən iclaslarda məyusluq hiss edəndə Həsənin fikrini soruşurdum. Onun fikri planın həyata keçməsinə səbəb olurdu, qərarımıza daha çox əmin olurdum. Həsənin sözlərini həmişə təsdiqləyici, bəzən də yeni söz kimi qəbul edirdim. Hər əməliyyatda üç-dörd əsas qərar olurdu. Həsən Baqiri o qərarlarda rol oynayırdı. Məsələn, Radara hücum etməsəydik, bütün Fəthülmübin əməliyyatı hədər gedəcəkdi".(Qeyd)1

Böyük gün


Fəthülmübin əməliyyatından sonra növbə Xürrəmşəhrin azadlığına çatdı. Dünənə qədər torpaqlarımızda həmişəlik qalacağını güman edən düşmən artıq İslam döyüşçülərinin növbəti hədəflərinin Xürrəmşəhr olacağını bilirdi. Möhsün Rzayi Fəthülmübin əməliyyatının nəticələrinə dair iclasda Həsən Baqiriyə tapşırdı ki, dərhal Xürrəmşəhr əməliyyatından ötrü kəşfiyyat və koordinasiya işlərinə başlansın. Saminül-əimmə əməliyyatından Qüds yolu əməliyyatına qədər iki ay, ondan da Fəthülmübinə qədər təxminən üç ay ötmüşdü. Əməliyyat üçün plan hazırlamağa və uyğun yol tapmağa yetərincə vaxt yox idi. Həsən Baqiri aprelin ortalarında Kərbəla qərargahında xəbərdarlıq etmişdi ki, düşmən bölgədə aktivləşib və bəzi hərbi birləşmələr əməliyyat üçün hələ münasib yol tapa bilməyiblər.

Xürrəmşəhrin mühüm istiqamətlərindən biri Karunun qərb sahilindən Əhvaz-Xürrəmşəhr magistralına qədər uzunluğu 40, eni 25 km olan geniş bir ərazi idi. Yəni kəşfiyyat üçün 800 kv km-lik bir yer vardı. Həsən Baqiri bu ərazini Mehdi Zeynəddin və Məhəmməd Baqiri vasitəsilə briqadaların kəşfiyyat qrupları arasında böldü. Özü kəşfiyyata gedib qruplara yol açır, kəşfiyyat zamanı problemlə üzləşmiş uşaqlarla iclas keçirir, problemlərini həll edirdi. Əhvaz-Xürrəmşəhr magistralının ətrafını öyrənmək Həsən Baqiri üçün böyük əhəmiyyətə malik idi. O, Fəthülmübin əməliyyatından dərhal sonra Hüseyn Həmədaniyə növbəti əməliyyat barədə məlumat verdi, Əhvaz-Xürrəmşəhr magistralına qədər Karun çayının ətrafını öyrənməyi tapşırdı.

"Həsən bizi oraya aparıb işin bir hissəsini izah etdi və dedi: "Hər səhər buraya gəlib məruzə istəyəcəyəm. Həmədani, gərək əlin Xürrəmşəhrin asfalt magistralına dəysin. Gəlib deməyin ki, 1 km, 2 km irəliyə getdik. Nə vaxt əliniz asfalta dəysə, onda bu hissədə tapşırığın sona çatdığını deyə bilərəm".


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin