Ali-Muhəmmədin sirləri
19
HƏDİS 3
Bərra ibn Azibin dilindən Səqifə hadisəsi
Süleym deyir ki, Bərra ibn Azibin belə dediyini eşitdim: “Peyğəmbər (s)
həyatda
olarkən də, onun vəfatından sonra da Bəni-Haşimi olduqca çox sevirdim.
Allahın elçisinə (s) qüsl verilməsi
Peyğəmbər (s) vəfat edərkən Əlidən (ə) başqasının ona qüsl verməməsini
tapşırdı. Çünki ondan başqası onun övrətini əsla görməməli idi. Əgər
bir şəxs
onun övrətini görsəydi, mütləq gözləri kor olardı.
Əli (ə) dedi: “El Allahın rəsulu, səni qüsl edərkən mənə kim yardım
edəcək?” Buyurdu: “Mələklərdən bir ordu ilə Cəbrail”.
Əli (ə) Peyğəmbərə (s) qüsl verir, Fəzl ibn Abbas gözləri bağlı vəziyyətdə
onun üçün su tökür mələklər isə onu lazım olan tərəfə çevirirdilər. Əli (ə)
Peyğəmbərin (s) köynəyini çıxarmaq istədikdə bir səs ucadan səsləndi: “Ey Əli,
Peyğəmbərinin köynəyini çıxarma”. Əli əlini köynəyin altına salıb
onu yudu,
sonra hənut vurarkən və kəfənləyərkən köynəyini çıxardı.
Səqifə əhlindən Əhli-Beyt (ə) üçün gözlənilməz addım
Bərra ibn Azib deyir: “Peyğəmbər (s) vəfat etdikdə Qüreyş bu işin Bəni-
Haşimdən alınmasına qarşı çaxacaqlarından qorxdu.
Camaat yaşlı səhabəyə beyət etdikdə məni Peyğəmbərin (s) vəfatına görə
övladını itirən şəxs kimi hüzn və kədər boğdu.
İnsanların üzünə tərəddüdlə baxmağa başladım. Haşimilər Peyğəmbərin (s)
qüslü və hənutlanması ilə məşğul idilər. Bu zaman Səd ibn Ubadənin və onu
cahillikdə izləyən yoldaşlarının sözləri mənə çatdı.
Bundan sonra mən onlarla
oturmadım və bu işin axırının yaxşı olmayacağını anladım.
Məscidlə onların arasında gedib-gəlir, Qüreyşin üzünə baxırdım. Sonra bir
anda yaşlı səhabəni və Səhhakın oğlu gözdən itirdim.
Bir müddət sonra iki
şeyxi və Əbu Ubeydənin Yəmən geyimində gəldiklərini gördüm. Onlar bir topa
şəklində dayanmış və yanlarından keçənlərə müraciət edirdilər. Onu tanıdıqları
zaman həmin şəxsin istəyib-istəmədiyindən asılı olmayaraq əlini uzadıb yaşli
səhabənin əlinə tərəf çəkir və yaşlı səhabənin əlinə sürtürdülər.
20
Suleym ibn Qeys Hilali
Ağlım bundan narahatlıq keçirib inkar etməyə başladı və bunlar Peyğəmbərin
(s) müsibətilə bərabər baş verirdi. Tez çıxıb məscidə, sonra da Bəni-Haşimin
yanına gəldim. Qapı içəridən bağlı idi. Qapını nəzakətlə döyüb dedim: “Ey
Əhli-Beyt!”. Fəzl ibn Abbas çıxdı, ona dedim: “Camaat yaşlı səhabəyə beyət
edir”. Abbas dedi: “Əlləriniz zamanın sonunadək bununla kirləndi.
Amma mən
sizə demişdim, siz isə mənə qarşı çıxdınız”.
Dostları ilə paylaş: