92 Suleym ibn Qeys Hilali Talaqdakı bidəti Bunlardan daha təəccüblüsü isə budur ki, Əbu Kənf Əbdi Səhhakın oğ-
lunun yanına gəlib: “Mən qaib olduğum vaxt zövcəmi (rici talağı ilə) boşa-
dım və boşama xəbərim ona çatdı. Sonra o iddə saxlayarkən ona rücu etdim
(kəbini geri qaytardım) və məktub yazıb bunu ona bildirdim. Ancaq mənim bu
məktubum ona çatmadan o evləndi” deməsidir. Səhhakın oğlu isə ona cavabın-
da yazdı: “Əgər evləndiyi kişi ilə yaxınlıq edibsə onun, əgər hələ etməyibsə
sənin zövcəndir!”
Bunu yazdığı zaman mən də şahid idim. Amma mənimlə məşvərət etmədi
və məndən bu məsələ barədə heç bir fi kir soruşmadı. Yanındakı “elminə” görə
mənə ehtiyacı olmadığını düşünürdü. Onu çəkindirmək istədim. Amma öz-
özümə dedim: “Allahın onu rəzil etməsindən heç bir qorxum yoxdur!” Amma
camaat bunu da ona eyib tutmadı, əksinə, xoş qarşılayıb sünnəyə çevirdilər,
qəbul etdilər və bunu doğru hesab elədilər. Halbuki, əgər dəyərsiz və ağılsız bir
dəli bu barədə hökm etsəydi bundan artığını deməzdi!
Azanın bəzi hissələrinin çıxarılması Həmçinin azandakı “Həyyə əla xeyril-əməl” cümləsini çıxardı. Camaat da
bunu sünnə elədilər və bu barədə ona tabe oldular.
1
Əri itkin düşmüş qadın barəsində hökmdə bidəti Əri itkin düşmüş şəxs haqqında belə hökm verdi: “Arvadının (gözləmə)
müddəti dörd ildir. Dörd ildən sonra evlənər. Əgər həyat yoldaşı qayıtsa, ar-
vadı ilə mehriyyəni verib azad etmək barədə seçməkdə ixtiyar sahibidir”. Ca-
maat onun bu hökmünü də bəyəndi və bir sünnəyə çevirdi. Allahın kitabı və
Peyğəmbərin (s) sünnəsi barədə cəhalət və savadsızlıqları bunu qəbul etməyə
səbəb oldu.
2 edilməsinə əsla səbəb sayılmaz. Həmçinin ələ keçmiş bir şeir heç bir dəlil və sübut olmadan
bir şəxsin yüz qamçı cəza almasına səbəb ola bilməz.
1
Əllamə Əmini “əl-Ğədir” kitabında (c.6, səh.213) Təbəridən Səhhakın oğlunun belə dediyini
yazır: “Peyğəmbərin dövründə üç şey vardı ki, mən onları qadağan edir və bunları edəcək şəxsi
cəzalandıracağam: “Həcc mütəsini, qadın mütəsini və azanda “Həyyə əla xeyril-əməl” deməyi”.
“İsbatul-Hudat” kitabında rəvayət olunur ki (c.2, səh.371, hədis 232) Səhhakın oğlunun “Həyyə
əla xeyril-əməl” sözünü tərk etdi və dedi: “Qorxuram ki, insanlar buna daha çox əhəmiyyət
verib digərlərini tərk edərlər”. Halbuki əhli-sünnə mənbələri də Peyğəmbərin (s) azanda bu
sözləri dediyini rəvayət edirlər.
2
Əllamə Əmini “əl-Ğədir” kitabında (c.8, səh.200) Malikdən Səhhakın oğlunun belə dediyini
rəvayət edir: “Bir qadın ərini itirsə və onun harada olduğunu bilməsə, dörd il gözləyəcək.