Ali-Muhəmmədin sirləri
91
Zərr) və digərləri buna şahidlik etsələr də Səhhakın oğlu qəbul etmədi və başını
belə tərpətmədi.
Babanın mirasındakı bidət
Bu ikisi babanın mirası barədə elmsiz, cahilanə və etinasızcasına fərqli
hökmlər vermələri də təəccüb doğurur. Allahdan çəkinmədən və (günaha)
cürətlə bilmədikləri şeyi iddia etdilər. Peyğəmbərin (s) babanın mirası haqqın-
da heç bir hökm vermədən vəfat etdiyini iddia elədilər. Heç kəs də babanın
mirası barədə bir şey bildiyini iddia etmədi! Sonra camaat bu məsələdə onlara
tabe olub təsdiq etdilər.
Ümmi-vələdlərin
1
azad edilməsi bidəti
Ümmi-vələdlərin azad edilməsi də Səhhakın oğlunun dində etdiyi bi dət-
lərdəndir. Camaat onun sözünə tabe olub Peyğəmbərin (s) əmrini tərk etdilər.
Üç nəfər barəsində batil hökmlər
Onun
Nəsr ibn Həccac, Bəni-Süleym tayfasından Cudə və İbn Vəbrəyə
etdikləri...
2
1
Sahibindən övlad dünyaya gətirən kölə qadın.
2
Heç bir günahları olmadığı halda onların Mədinədən sürgün edilməsi hadisəsinə işarədir.
“Biharul-ənvar”da (c.8, səh.286 (köhnə çapı)) nəql edilir: “Bir gün Səhhakın oğlu Mədinə
küçələrində gəzirdi. Bir qadının evində aşiqanə bir şeir oxuduğunu eşitdi:
Şərab içməyə bir (şəri) yol varmı ki, içim,
yaxud Nəsr ibn Həccaca bir yol varmı ki, ona qovuşum!
Ömər Nəsri gətirmələrini əmr etdi.
Onu gətirdiklərində üz, göz və saç cəhətdən camaatın ən
gözəli olduğunu gördü. Əvvəl saçlarının qırxılmasını əmr elədi. Nəticədə onun gözəl üzü
ay kimi parlamağa başladı. Başına əmmamə qoymalarını əmr etdi. Bu vaxt da gözlərinin
gözəlliyi önə çıxdı. Səhhakın oğlu dedi: “Allaha
and olsun ki, mənim yaşadığım şəhərdə qal-
mamalısan!” Nəsr dedi: “Ey möminlərin əmiri, nə üçün?” Səhhakın oğlu dedi: “Sənə dedimsə,
elə də olmalıdır!” Onu Bəsrəyə sürgün etdi. Səhhakın oğlu bu hökmün bənzərini Nəsrin əmisi
oğlu barədə də verdi”. İbn Sədin “Təbəqat” kitabına müraciət edə bilərsiniz (c.3; səh.385).
Cudə
məsələsinə gəldikdə, onun səbəbsiz yerə qamçılanmasına işarə etmişdir. İbn Sədin
“Təbəqat” kitabında (c.3, s.285) rəvayət edilir: “Səhhakın oğlunun əlinə şeirlər olan bir
məktub düşdü. Məktubun xülasəsi belə idi: “Bir nəfərə Cudədən şikayət etmişdir.
Səbəb
isə əri səfərdə və ya itkin olan qadınların evinə gedib onlarla əlaqə yaratmağa çalışması idi.
Səhhakın oğlu Cudəni çağırdı və ayaqlarını bağlayıb yüz qamçı vurmalarını əmr etdi. Ona
ərləri yanlarında olmayan qadınlara yaxınlaşmağı qadağan etdi”.
İbn Vəbrənin hadisəsi barədə isə bizə mənbələrdən heç nə çatmayıb.
Bu məqamlarda Səhhakın oğlu verdiyi hökmlərə gətiriləcək işkal sabit olmayan bir məsələ
barəsində hökm verməsidir. Nəsr ibn Həccacın yalnız üz gözəlliyi onun şəhərdən sürgün