63
Axund Kaşinin qaldığı “Sədr” mədrəsəsinin tələbələrindən
biri (bu tələbənin özü də mənəvi hala sahib imiş) deyir:
Gecələrin birində ibadət və münacat üçün yuxudan oyandım.
Dəstəmaz alıb ibadətə hazırlaşırdım ki, birdən, mədrəsənin
tamam qapı-pəncərələri, daş-divarı, yerdəki xırda daşlara
qədər bütün mövcudat, qəlbi yanıqlı bir insanın naləsinə cavab
olaraq “Subbuhun, Quddusun, Rəbbul-məlaikəti vər-Ruh”
nəğməsini tərənnüm edirlər. dedim, Pərvərdigara! Bu nalənin,
bu səsin əsil sahibi kimdir? Bu nə səsdir ki, mədrəsənin bütün
mövcudatı onunla səs-səsə verib? Axtarmağa başladım.
Axundun hücrəsinə çatanda gördüm nurani üzünü yerə
qoyub, hönkürtü ilə ağlayaraq bu şərif zikri “Subbuhun,
Quddusun, Rəbbul-məlaikəti vər-Ruh.” söylədikcə mədrəsinin
daşı-divarı, ağaclar və otlar da ona qoşulub bu zikri
söyləyirlər. Zikr deyənin, zikrin və zikr olunanın heybətindən
fəryad çəkib qəşş elədim. Özümə gələndən sonra tez hücrəmə
qayıtdım.
Günorta vaxtı ustadın yanına gedib heyrət içində ərz etdim:
Gecəki əhvalat nə idi k? Məni hədsiz dərəcədə vahiməyə
saldı.
Axund Kaşi mülayimliklə dedi:
Heyrət doğuran budur ki, necə olub bərzəx göz-qulağın
açılıb, belə bir hadisəni görmüsən! De görüm, nə etmişdin ki,
belə bir hadisəni müşahidə etmək sənə nəsib olub?
1
Dostları ilə paylaş: