Klinika. Xəstəliyin klinikası anemiyanın dərəcə-sindən asılı olur. Xəstələr zəiflik, təngənəfəslik, tez yorulma hissindən şikayət edirlər. Kiçik yaşlarından başlayaraq zəif hipoxrom anemiya yaranır və yaş artdıqca anemiya da dərinləşir. Orqanizmdə dəmrin toplanmasının əlamətləri-hemosideroz özünü biruzə verir.
Əzələ zəifliyi, şəkərli diabetin əlamətləri, periodik olaraq qarında ağrılar, sağ qabırğaaltı nahiyədə xoşagəlməz hissiyyatlar, ürəkdöyünmə, ayaqlarda şişkinlik və s. yaranır. Obyektiv müayinə zamanı qara ciyər, dalaq böyüyür. Dəmirin uzun müddət hemosiderin şəklində toplanması nəticəsində dəri tünd rəngdə olur.
Qanın göstəriciləri. Gənc yaşlarda anemiya dərin olmur (Hb 80-90 q/l). Yaş artdıqca isə Hb 40-60 q/l-ə qədər azalır. MCV və MCH kəskin azalır. Retikulositlərin səviyyəsi normal və ya aşağı olur, rəng göstəricisi azalır. Leykosit, leykositar formula, trombositlər qara ciyərdə dəyişikliklər olana qədər norma həddində olur. Eritrositlərdə kəskin hipoxromiya, mikrositoz, anizositoz, poykilositoz yaranır. Sümükiliyində qırmızı şaxənin kəskin qıcıqlanması müşahidə edilir. Bazofil eritrokarisitlərin miqdarı artır, amma hemoqlobinlə təhciz olunmuş forma azalır.
Zərdabda dəmirin və ferritinin miqdarı artır. Transferrinin doyma əmsalı 100% olur. Zərdabın dəmir birləşdirmək qabiliyyəti normal olur və ya artır. Bağırsaqlarda dəmirin sorulması artır. Lakin dəmir qan dövranından tez xaric olaraq toxumalara toplanır. Beləliklə, orqanizmdə dəmirin ümumi miqdarı daima artır. Sümük iliyində sideroblastların miqdarı çox olur (100% qədər), eritrokariositlərin çoxunda dəmir qranulaları nüvəni üzük kimi əhatə edir. Bu onu göstərir ki, dəmir hem molekulasına daxil ola bilmir və metal mitoxondrilərdə toplanır. Normada isə protoporfirin və dəmirdən hem sintez olunmalıdır. Sümük iliyinin makrofaqlarında da ferritin şəklində coxlu dəmir toplanır. Qırmızı şaxənin hüceyrələrində normada 20-60% halda 1-3 qranula dəmir olur.
Dəmirlə yüklənmiş mitoxondrilər həm funksional, həm də morfoloji cəhətdən dəyişilir. Belə mitoxondrilərdə fosforlaşma və oksidləşmə prosesləri pozulduğu ücün eritrokariositlər sümük iliyində məhv olurlar. Nəticədə qeyri-effektiv eritropoez yaranır. Başlanğıcda hem sintezi pozulur, sonra dəmirin mitoxondrilərdə toplanması nəticəsində qeyri-effektiv eritropoez əmələ gəlir, periferiyada eritrositlərin miqdarı azalır və anemiya dərinləşir.
Xəstələrin bəzilərində eritrositlərdə protoporfirinin və koproporfirinin miqdarı azalır. Protoporfirin 0,035-0,088 mk mol/l-ə (2-5 mkq/dl) qədər azalır. Norma 0,266-0,888 mk mol/l-di (15-20 mkq/dl). Mədəaltı vəzdə dəmirin toplanması nəticəsində qanda şəkərin miqdarı artır.
Dostları ilə paylaş: |