Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə66/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   129
Patogenez. Aplastik anemiyanın patogenezinin müasir konsepsiyası XX əs­rin 70-ci illərində işlənib hazırlanmasına baxmayaraq hal-hazırda öz ak­tual­lı­ğı­nı sax­­­layır. Bu konsepsi­yaya əsasən sümük iliyinin aplaziyasının inkişafı aşa­ğı­dakı hal­lar­da olur.

  1. kök hüceyrələrinin defekti-proliferativ aktivliyin pozulması

b) immunokompetent limfoid hüceyrələrlə hemopo­ezin tənzimlənməsinin po­zul­ması, yəni qanyaranmanın immun tənzimlənməsinin pozulması

c) hemopoetik mikromühitin-sümük iliyi stromasının zədələnməsi-fibroblast, osteoblast, piy hüceyrələri, endotel hüceyrələr, retikulyar hüceyrələr

d) bir neçə mexanizmin müştərək şəkildə təsiri də xəstəliyin inkişafında istisna edil­­mir

Aplastik anemiyalı xəstənin immunofenotipinin öyrənil­məsi zamanı məlum olubki, sümük iliyində hüceyrələrin miqda­rı azdır və aşkar olunan CD34 ekspressiya mar­ke­ri ilki­n hemopoetik sələf hüceyrələrə xasdır.

Müasir dövrdə tədqiqatlatçıların çoxu aplastik anemi­yada əmələ gələnsümük iliyi cat­­­ma­z­lı­ğını qanyaranmanın sitokinlər tərəfindən tənzim­lənməsində ya­ra­nan də­yiş­i­k­li­klə əlaqələndirirlər. Sümük iliyində və periferik qanda aşkar olu­­­nan aktiv­lən­­miş si­totoksiki T limfositlər normal hemopoezin inhibitoru olan və in vitro he­mo­­poe­tik ko­lo­­ni­ya­la­rın əmələ gəlməsini zəiflədən İFNγ (interferon) və TNFα(şi­şin nek­roz fak­to­ru) si­to­kin­ləri sintez edir. Bu sitokinlərin hüceyrələrə təsiri nə­ti­cə­sin­də hü­ceyrə membranında Fas-reseptorların eks­pres­si­ya­­sı artır. Fas-reseptor apop­to­zun­-proq­ramlaş­dırıl­mış hü­cey­rə olümünün mar­ke­ri hesab olunur.

Sitotoksik T limfositlər və NK hüceyrələri tərəfindən sintez olunan Fas-re­sep­torların Fas-liqandla birləşməsi bu resep­torları ekspressiya edənhü­cey­rə­lər­də və ya hədəf hü­cey­rələrdə apoptozun in­duksiyasına gətirir. Nəticədə hemopoetik hü­cey­rə­lərin həyat qa­bi­liy­yə­ti po­zulur və aplaziya üçün şərait yaranır. Aplastik ane­mi­yada im­mun sis­temi ak­tiv­­lən­di­rən ya­xud immun to­le­rant­lığı pozan və hemopoezin auto­im­mun des­­truk­si­ya­sı­na gə­ti­rən ilkin antigen siqnal bir cox xəstələr ücün na­m­ə­lum qalır.

Tədqiqatlar nəticəsində sümük iliyi hüceyrələrində bir sıra dəyişikliklər, xüsusi ilə GATA-2 proteinin (transkripsiya faktorunun) azalması aşkar olunub. Bu faktor he­mo­­poe­zin ilkin stadiyasında sümük iliyi hüceyrələrinə təsir edərək on­ların pro­li­fe­ra­si­ya­­sın po­zur. Aplastik anemiya zamanı boy faktorların sintezi pozulmur və koloniya sti­­mulyasiya edən fak­tor­la­rın qanda səviyyəsi norma olur yaxud artmır. Bu fakt he­mo­poetik hüceyrələrin tənzimləyici təsirə olan həssas­lığının azalmasının gös­tə­ri­ci­si­dir. Hemopoetik hüceyrələrin funksional ak­tiv­li­­yinin göstəricisi olankoloniya əmə­lə gə­tirmək qabiliyyəti xəstələrin çoxunda azalır.

Aplastik anemiya zamanı qanyaradıcı hüceyrələrdə metobo­lizmin dəyişməsi, ilk növbədə nukleoproteid mübadi­ləsinin pozulması aşkar olunub. Nəticədə qan­ya­ra­dı­­­cı hücey­rələr differensiasiya və proliferasiya üçün bəzi hemopoetik mad­­də­­lə­ri mə­nim­­­­sə­­yə bilmir (siankobalamin, dəmir, hemo­poetin) və bu maddələrin zər­dab­da miq­da­­rı ar­­tır. Müxtəlif orqan və toxumalarda dəmirtərkibli piqmentlərin top­lan­ması (qa­ra­ ci­yər, da­laq, sümük iliyi, dəri və s.) müşahidə edilir. Hemosiderozun sə­bəbi he­moq­­­­­lo­bi­nin yaranmasının pozul­ma­sı, eritropoezin zəifləməsi və eritrositlərin sü­rətlə par­ça­­­lan­ma­sı­dır. Yaxud orqan və to­xu­ma­larda metabolik proseslər po­zul­­­duğuna gö­­rə dəmir hüceyrə elementlərinə daha in­tensiv daxil olmağa başlayır. He­mo­­­si­de­ro­zun di­gər səbəbi isə tez-tez təkrarlanan he­mo­trans­fu­zi­yalar­dır.

Müasir sitogenetik və molekulyar-genetik tədqi-qatlara əsasən hemopoetik hü­cey­­rəl­ər­­də xromosom anomaliyaları 4-26% xəstələrdə aşkar edilir. Xromosom aber­ra­si­ya­larında daha çox monosomiya 7, trisomiya 8 rast gəlinir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin