Patogenez. Dəmirin çatışmazlığı orqanizmdə bir qayda olaraq bir neçə mərhələdən ibarətdir; prelatent mərhələ, latent mərhələ və dəmirin defisiti.
İlk növbədə orqanizmdə ehtiyatdəmir istifadə olunur, sonra transport (daşınan) dəmir, daha sonra isə tərkibində dəmir olanhem fermentləri azalır, toxumalarda tənəffüs funksiyası, fermentativ aktivlik pozulur. Son nəticədə isə hemoqlobin sintezi üçün lazım olan dəmir azalır və dəmir defisiti yaranır. Ehtiyat dəmirin tükənməsi və xəstəliyin latent formasının yaranması üçün uzun müddət vaxt lazımdır.
Dəmir hemoqlobin və mioqlobinin, eləcədə bir sıra fermentlərin quruluş komponenti, bəzi enzim proseslərin kofaktoru olduğu üçün çatışmazlığı zaman orqanizmdə müəyyən dəyişikliklər baş verir. Hemoqlobinin sintezinin pozulması hipoxrom anemiyaya, mioqlobinin sintezinin pozulması isə miasteniyaya səbəb olur. Ardınca isə dəmir tərkibli fermentlərin azalması hüceyrə metobolizminin dəyişməsinə, orqan və toxumalarda distrofik dəyişikliyə gətirir. Hal-hazırda mədənin selikli qişasında atrofik proseslərin yaranması və proqressivləşməsinin səbəbini yuxarıda göstərilən dəyişikliklərlə əlaqələndirirlər.
Xəstələrdə immunokompetent hüceyrələrin funksiyasının pozulması immunoloji müqavimətin azalmasına səbəb olur.
Dostları ilə paylaş: |