Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə46/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   129
Fol defisitli anemiya
Fol turşusunun defisiti ilə əlaqədar olan anemiyalar sü­mük iliyində meqa­lo­blast­la­rın yaranması, eritrokariositlərin parcalanması, pansitopeniya, eritrositlərin mak­­ro­si­to­zu və hiper­xromiyası şəklində özünü büruzə verir.

İnsan orqanizmində 7,5-22,5 mq müxtəlif formalarda fol turşusu var. Fol tur­şu­sunun orqanizmə daxil olmasında hər han­sı bir əngəl olarsa 4 ay ərzində onun eh­ti­ya­tı tükənir. Fol tur­şu­suna sutkalıq tələbat 50-100 mkq-dır. Hamiləlik, hemo­li­tik ane­mi­yalar zamanı bu göstərici bir neçə dəfə artır. Rasio­nal qidalanma zamanı sutkada 400-600 mkq fol turşusu mənim­sənilir. Bu maddə həm heyvani, həm də bitki mənşəli qi­daların tərkibində var. Pomidor, ispanaq, banan, avokado, soğan, gö­bə­lək, həm­çi­nin ət, qara ciyər fol turşusu ilə zəngindir. 10 dəqiqədən çox bişən, qay­na­yan məh­sul­larda fol turşusu B12 vitaminindən fərqli olaraq tez parçalanır və buna görə də onun ye­ganə mənbəyi bitki mənşəli çiy məhsullar sayılır.

Fol turşusu hüceyrələrin mitotik bölünməsi, differensə olunması və funksional ak­tiv­­liyi üçün vacib komponentdir. Eyni zamanda bu maddə sümük iliyində me­qa­lo­blast­­ların ye­tiş­məsi, normoblastların yaranması üçün əhəmiyyətli ele­ment­lərdən bi­ri­dir.

Qidanın tərkibindəki fol turşusu molekulu sintetik analoqundan fərqli olaraq bir neçə qlütamat qalığından ibarət olduğu üçün mədə bağırsaq traktından daha pis sorulur.

Fol turşusu yoğun bağırsağın proksimal hissələrindən sorulur. Sorulma fol tur­şu­su qəbulundan 1 neçə dəqiqə sonra baş­lanır və 1-2 saata maksimuma çatır. Qida məh­sul­larında fol turşusu bir və ya bir neçə qlütamin turşusunun molekulu ilə birləşə bilər. Po­liqlütamat fol turşusu hidroliz olunur, an­caq bir molekul qlütamin turşusu ilə birləşmiş fol turşusu orqanizmə sorulur. Bu hidroliz prosesi nazik bağırsağın mən­fəzində və ya xov­larında gedir. Fol turşusu bağırsaq epite­lindən keçərək 5-metiltetrahidrofol tur­şusuna çevrilir. Hücey­rə daxilinə keçdikdən sonra5-metiltetrahidrofol turşusuna 6 və ya 7 qlütamin turşusu qalığı birləşir. Bu birləşmə, fol turşusunun hüceyrə daxilində saxlanılmasına kömək edir. Fol turşusu və onun törəmələri orqanizmdə birkarbonlu fraqment­lərin daşınması üçün vacibdir.

Fol turşusu pirimidin əsaslarının sintezində, B12 vita-minin kofermentiolan metil­ko­­ba­la­min ilə birlikdə uridinmo­nofosfatdan timidinmonofosfatın yaranmasında iş­ti­rak edir. Bu reaksiyanın gedişində homosisteindən metionin əmələ gəlir. Fol tur­şusu pu­­rin sintezində də iştirak edir. Formimin­qlütamin turşusundan qlütamintur­şu­sunun ya­ran­ması üçün də fol turşusu lazımdır.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin