Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə48/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   129
Klinika. Xəstəlik tədricən yaranır.Cavan insanlar, ha­mi­lə qadınlar daha cox xəstələnirlər. Xəstələr ümumi zəiflik, başgicəllənmədən şikayət edirlər. Funikulyar mie­loz əlamət­ləri-parasteziyalar, «pambıq ayaqlar» hissiyatı olmur. Dəri solğun, ava­zı­mış və subikterik olur. Gözün sklerasında da subikteriklik müşahidə edilir. Mədə sekresiyasında azalma tez-tez rast gəlinsə də, B12 defisitli anemiyadan fərqli ola­raq belə xəstələrdə artrofik qastrit, histaminə dayanıqlı axiliya olmur. Dildə və ağız boşluğunda atrofik dəyişiklik olmur və ya cüzi müşahidə edilir.

Fol defisitli anemiyadanevroloji simptomatika müşa­hidə edilmir. Qıcolma əley­hi­nə preparatlar (o cümlədən lüminal) fol defisiti yaratdığı üçün bəzən epilep­si­yalı xəs­tə­lər­də tutmalar tezləşərək daha da ağır keçir. Fol defisitli ane­mi­ya­da periferik qanda makrositoz, oval eritro­sit­lə­rin ol­ma­sı xa­rakterdir. Eritrositlərin orta həcmi (MCV), eritrositlərdə he­mo­qlobinin or­ta miq­da­rı (MCH) və rəng göstəricisi artır. Erit­ro­sitlərdə bazofil də­nə­vər­lik, nüvə qa­lıq­ları (Jolli cisimciyi, Kebot həlqəsi) aşkar olunur. Ney­tro­fil­lə­rin, trom­bo­sit­lərin, retikulositlərin miqdarı azalır. Sümük iliyində meqa­lob­last­la­ra rast gə­linir. Bilirubin qeyri-düz bilirubinin hesabına artır, zərdabda lak­tat­de­hid­ro­ge­na­za­nın ak­tiv­li­yi yüksəlir. Fol turşu­sunun defisiti zamanı homosisteinin artması venoz trom­bozun ya­ranma riskini artırır.



Diaqnoz. Aşkar hemoliz əlamətləri olmayan yenidoğul­muş­larda makrositoz, hi­per­xrom anemiyanın olması fol turşu­su defisitindən şübhələnməyə əsas verir. Bu zaman re­ti­ku­lo­sit­lərin miqdarı da azalır.

Fol turşusu defisitini aşkarlamaq üçün qan zərdabında fol turşusunun miq­da­rını müəyyənləşdirmək lazımdır. Hal-ha­zırda bu göstərici radioimmunoloji üsulla tə­yin olunur. Böyük insanların qan zərdabında normada 3-9 nq/ml fol tur­şu­su olur. Fol turşusunun defisiti zamanı bu miqdar azalır. Zərdabda fol turşusunun miq­da­rı ilə onun orqanizmdə ehtiyatı arasında tam paralellik yoxdur. Fol turşusunun qə­bu­lu onun zərdabda miqdarını qısa zamanda bərpa edir. Lakin fol turşusu eh­ti­ya­tı­nın də­qiq gös­təricisi onun eritrositlərdə olan miqdarıdır (normada 100-425 nq/ml). Bu göstərici fol turşusunun gün­dəlik qəbulundan asılı deyil. B12­ vi­ta­mi­ninin defisitində zər­dab­da fol tur­şu­su­nun miqdarı adətən artır, eritro­sit­lər­də isə miqdarı normal və ya azalmış olur.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin