Müalicə. Fankoni anemiyasında simptomatik müalicə xəstəliyin proqnozunu dəyişmir. Müasir dövrdə bu xəstəliyin proqnozunu yaxşılaşdırmağa imkan verən preparatlar andro-genlərdir. Fankoni anemiyasında androgenlər ilk dəfə 1959-cu ildə Shahidi və Diamond tərəfindən uğurla istifadə olunmuşdur. Qərbdə nisbətən az yan təsirləri olan androgen-oksimetalon (2-5 mq/kq) populyardır. Ukraynada metandrostenolon (0.2-0.4 mq/kq) istifadə olunur. Androgenlərlə müalicə zamanı təxminən 50% xəstələrdə müxtəlif səviyyədə hematoloji cavab alınır.Androgenlərin effekti istifadədən 1-2 ay sonra özünü büruzə verir, leykositlərin səviyyəsi qalxmağa başlayır, ən sonda isə trombositlərin miqdarı artır. Bəzən trombositlərin tam artması üçün 6-12 ay vaxt tələb olunur. Androgenlərin qəbulunun dayandırılması, xəstəliyin residivinə səbəb olur. Pubertat dövründə olan bir qism xəstələrdə preparatın qəbulunun dayandırılması pansitopeniya verməyə bilər. Buna görə də hematoloji göstəricilər yaxşılaşdıqdan sonra, androgenlərin dozasını tədricən azaltmaq (preparatın qəbulunu tam kəsmədən) lazımdır.Androgenlərlə müalicəyə müsbət cavab verən xəstələrin orta yaşama müddəti əhəmiyyətli dərəcədə artır. Əvvəllər böyümə sahələrinin vaxtından əvvəl bağlanmasının qarşısını almaq üçün xəstələrə androgenlərlə yanaşı 5-10 mq dozada prednizalon da təyin olunurdu. Lakin Fankoni anemiyası zamanı qlükokortikoidlərin sərbəst təyini heç bir əhəmiyyət daşımır.
Hal-hazırda Fankoni anemiyasında hematoloji sindromdan tamamilə qurtulmanın yeganə yolu hemopoetik kök hüceyrələrinin allogen transplantasiyasıdır. Dünyada 250 xəstəyə belə transplantasiya olunub.
Fankoni anemiyasında leykemiya və mielo-displastik sindromun müalicəsi xüsusi çətinlik törədir. Belə ki, xəstələrdə toxumaların bir çox kimyaterapevtik agentlərə qarşı yüksək həssaslığı və zəifləmiş sümük iliyi rezervi ağır visseral və hematoloji ağırlaşmaların inkişafına səbəb olur.
Proqnoz. Adətən leykemiya diaqnozu qoyulan xəstələr 2 aya tələf olurlar. Kimyaterapiya aparılmadan hemopoetik kök hüceyrələrin allogen transplantasiyası həyata keçirilənkəskin mieloleykoz və mielodisplastik sindromlu xəstələrdə proqnoz daha ümidvericidir. Xəstəyə sümük iliyinin uğurlu transplantasiyası aparılmadıqda proqnoz agır hesab olunur. Xəstələr adətən anemiyadan deyil, neytropeniya və immunitetin defekti üzündən yaranan infeksiyalardan və ya trombositopeniyaların səbəb olduğu qanaxmalardan tələf olurlar.
Dostları ilə paylaş: |