Diaqnoz. Əgər hər 2 valideyn xəstəlikdən əziyyət çəkirsə, prenatal diaqnostikanın aparılması məqsədə-uyğundur. Normada β/γ zəncirinin nisbəti 0,068-dən 0,094-ə qədərdir. Heteroziqot β talassemiyada bu nisbət azalır və 0,037-0,057 olur. β homoziqot talassemiyada β zəncir ümumiyyətlə sintez olunmur.
Diaqnozu dəqiqləşdirmək ücün xəstənini etnik mənşəyinə, klinik əlamətlərə, eritrositlərin morfologiyasına diqqət yetirmək lazımdır. İlk növbədə talassemiyalı üz quruluşu və hepatosplenomeqaliya diqqəti cəkir. Rentgen müayinəsində iynəli periostoz əlaməti xarakterdir. Qan yaxmasında morfoloji dəyişikliklərə-mikrositoz, anizositoz, poykilositoz, hədəfvari hüceyrələrə, bazofil punktasiyaya və nüvə tərkibli eritrositlərə diqqət yetirmək lazımdır. Son olaraq diaqnoz eritrosit tiplərinin tərkibinə və molekulyar-genetik dəyişikliyə əsasən qoyulur .
β talassemiyanın diaqnozunun təsdiqi ücün adətən biokimyəvi analizlər kifayət edir, lakin α talassemiyada əsas diaqnostik metod molekulyar-bioloji metoddur (Vud M., Vann P.,2001).
Adətən α talassemiyada hemoqlobinin elektroferezi zamanı HbA2 və HbF kəmiyyətcə göstəriciləri norma həddində olur. Böyük β talassemiyada HbA2 normal səviyyədə, HbF isə 90%-ə qədər arta bilər. Kicik β talassemiyada (heteroziqot) HbA2 artır. α talassemiyada qlobin zəncirinini 3 geninin zədələnməsi zamanı HbH yaranır və HbA-nın miqdarı artır.
Dostları ilə paylaş: |