Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Giriş
ŞA-nın məqsədi əhalinin aztəminatlı təbəqələrinə ünvanlı sosial yardımın (ÜSY) verilməsi və idarə edilməsi üçün səmərəli sistemin yaradılmasına hökuməti təşviq etmək və bu istiqamətdə ona dəstək verməkdir.
ALAC çərçivəsində tövsiyələrin tətbiqi
ŞA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Əmək Nazirliyi) ilə ilk birgə dəyirmi masası 21 iyun, 2011-ci ildə keçirilmişdir. İkinci dəyirmi masanın keçirildiyi 11 mart, 2013-cü il tarixinədək olan müddətdə ŞA-nın aşağıdakı tövsiyələri Əmək Nazirliyi və ŞA-nın birgə səyləri nəticəsində həyata keçirilmişdir.
Hüquqi çərçivə
ŞA tərəfindən əsasən ÜSY-ın hüquqi çərçivəsini tənzimləyən təkliflər paketi Əmək Nazirliyinə təqdim olunmuşdur.3 Nazirlik tərəfindən bildirilmişdir ki, təkliflər paketi, o cümlədən ŞA-nın tövsiyələri Milli Məclis və Nazirlər Kabinetinə göndərilmişdir. 4,5 Lakin bu barədə əlavə informasiya verilməmişdir. Məlumdur ki, paketin tərkibinə digər komponentlərdən başqa həm də hazırda aylıq təqaüdlərə alternativ kimi istifadə olunan birdəfəlik sosial müavinətlərin tənzimlənilməsinin təkmilləşdirilməsi üçün hüquqi çərçivənin yaradılmasını nəzərdə tutan bir neçə hüquqi aktın layihələri də daxil edilmişdir.
İnstitusional çatışmazlıqlar
ÜSY proqramında bürokratik əngəlləri azaltmaq və korrupsiyanı aradan qaldırmaq üçün bir sıra institusional tənzimləmələr həyata keçirilmişdir. Dövlət işçiləri ilə vətəndaşlar arasında birbaşa ünsiyyəti minimuma endirmək, ÜSY-ın ödənişi zamanı baş verən ləngimələri azaltmaq və korrupsiya ilə bağlı boşluqları aradan qaldırmaq üçün ŞA tövsiyə etmişdir ki, yardım alan şəxslər üçün banklar tərəfindən hazırlanan kredit kartları istifadəçilərə birbaşa banklar tərəfindən təqdim edilsin. Tövsiyəmiz nazirlik tərəfindən qəbul olunmuşdur. Buna baxmayaraq, ALAC müraciətçiləri bildirirlər ki, bəzi məmurlar heç bir hüquqi səbəb göstərmədən kartların “inspeksiyaya” təqdim edilməsini istəyirlər. Tövsiyəmiz məhz bu cür fəaliyyətlərin qarşısının alınması məqsədi daşıyımışdır.
Qeyd edilməlidir ki, bəzi ALAC müraciətçilərinin Əmək Nazirliyinə ünvanlanmış şikayətləri qurum tərəfindən müvafiq qaydada həll olunmuşdur. Məmurlar inzibati qanun pozuntularına görə cəzalandırılmış, bəziləri isə istintaqa cəlb olunmuşlar.
Nümunələr:
2011-ci ildə mərkəzlər tərəfindən aparılmış araşdırmalar nəticəsində 17 məmur işdən çıxarılmış, 59 nəfər töhmət almış və 38 nəfərə işlərində yol verdikləri nöqsanlara görə xəbərdarlıq edilmişdir.
2012-ci ildə mərkəzlərin araşdırmalarından sonra 5 məmur işdən çıxarılmış, 32 nəfərə töhmət verilmiş, 27 nəfərə işlərində yol verdikləri nöqsanlara görə xəbərdarlıq edilmiş və 3 nəfərin bir il müddətində aldıqları əmək haqlarından 20 faiz tutulmuşdur.
Nazirlik ÜSY-ın yeni modelini hazırlamışdır. Yeni model mövcud aylıq kiçik təqaüdlərin əvəzinə aztəminatlı ailələrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün birdəfəlik müavinətlərin verilməsini nəzərdə tutur. Layihə 3 pilot rayonda Bakı şəhər Nizami rayonu, İsmayıllı və Göyçay rayonlarında həyata keçirilir. ŞA tərəfindən verilmiş tövsiyədə təklif olunurdu ki, bu model bütün ölkə ərazisində tətbiq olunsun. 2012-ci ilin sonunadək model 13 rayonda tətbiq olunmuş və 281 ailəni əhatə etmişdir. Uğurla həyata keçirilən bu layihə nəticəsində benefisiarların 96%-i öz gəlirlərini artıraraq yoxsulluq həddinin üzərinə çıxmışdır.
ŞA həm də ÜSY-ın təyin olunması qaydalarını sürətləndirmək üçün müraciətçilər tərəfindən təqdim olunan sənədlərin sayının azaldılmasını tövsiyə etmişdir. Nazirlik tərəfindən tələb edilən sənədlərin sayı 2012-ci ildə 17-dən 9-a endirilmişdir. Eyni zamanda, müraciətçilər haqqında toplanan məlumat cədvəli də kiçildilmişdir.
Qaynar xətt
ŞA Əmək Nazirliyinin qaynar xəttinin səmərəliliyini artırmaq üçün aşağıdakıları təklif etmişdir:
qaynar xətt operatorları üçün xüsusi təlimlərin keçirilməsi;
qaynar xəttin səmərəliliyinin monitorinqi və qiymətləndirilməsini aparan xüsusi qurumun yaradılması;
qaynar xətt vasitəsilə qəbul olunan şikayətlərin hesabatlarının hazırlanması və nəşr edilməsi.
Nazirin sərəncamı ilə qaynar xəttə edilmiş zənglər barəsində statistik məlumatlar günlük, aylıq və illik qaydada xüsusi qrup tərəfindən təhlil olunur. 6
Dostları ilə paylaş: |