«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.64 Mb.
səhifə2/18
tarix14.01.2017
ölçüsü1.64 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

Auditi müşayət edən, onunla yanaşı yerinə yetirilən xidmətləri aşaüıdakı iki növə bölmək olar:

- iqtisadi subyektlərin məcburi audit yoxlamaları ilə birlikdə aparıla bilən xidmətlər;



- iqtisadi subyektlərdə məcburi auditlə bir yerdə aparılması mümkün olmayan xidmətlər.

Iqtisadi subtektlərdə auditor yoxlamaları ilə birlikdə aparılan xidmətlər aşağıdakı sahələrdə göstərilir (yerinə yetirilir): - mühasibat uçоtunun qurulmasında: uçоtun aparılması və hesabatın tərtib edilməsinə nəzarət olduqda; vergilərin hesablanması və ödənilməsi və digər məcburi ödənişlərin nəzarətində; maliyyə təsərrüfat – fəaliyyətinin təhlilində; iqtisadi investisiya lahiyəsinin qiymətləndirilməsində, mühasibat uçоtu sisteminin iqtisadi təhlükəsizliyini və iqtisadi subyektin daxili nəzarət sisteminin qiymətləndirilməsində; məşüələlərin aparılması, ixtisasın artırılması, iqtisadi subtektin heyətinin öyrənilməsində (oxudulmasında) və s.

Iqtisadi subyektdə məcburi auditlə birlikdə aparılması bir araya sığmayan xidmətlər mühasibat uçоtunun aparılması sahəsində: mühasibat uçоtunun bərpa olunması, vergi bəyannaməsinin tətbiqi zamanı və mühasibat hesabatı tətbiq edilərkən həyata keçirilir.

Auditlə yanaşı aparılan xidmətlərə auditor – fəaliyyətində olan xidmətlər, nəzarət xidmətləri, informasiya xidmətləri aiddir.

Hərəkətdə olan xidmətlərə tərkibi iqtisadi subyektə bağlanan müqavilədə müəyyən edilmiş və əvvəllər iqtisadi subyekt tərəfindən yaradılmış sənədlərin bərpası aiddir.

Nəzarətin xidmətlərinə - sənədlərin auditor təşkilatının, Iqtisadi subyektlə razılaşdıüı kriteriya uyüunluüuna, uçоtun aparılmasına və hesabatın tətbiqinə nəzarət, vergilərin hesablanmasının nəzarəti və s. aiddir.

Informasiya xidmətlərinə aiddir: - müxtəlif məsələlərə dair şifahi və yazılı məsələlərin hazırlanması; seminarların (məşüələlərin) “dəyirmi stolun” və digər bu kimi öyrətmələrin informasiya xidmətləri, metodiki vəsaitlərin nəşri və s.

Bunlardan başqa auditor təşkilatı işlərin və xidmətlərin hər-bir növü ilə əlaqədar olan firmadaxili standartlarda işləyib hazırlaya bilər.

Xidmətlər göstərən auditor təşkilatları aşaüıdakılara əməl etməlidir:

- auditor rəsmi qaydada (müqavilə, saziş, məktub-öhdəlik və s.) rəsmiyyətə salınmış və yerinə yetirilməsi tərəfindən gözlənilən tapşırıüa əsasən hərəkət etməli;

- işlərin yerinə yetirilməsivə xidmətlərin göstərilməsi qaydasını planlaşdırmaq;

- işlərin və xidmətlərin yerinə yetirilməsinin gedişini sənədləşdirmək;

- kənar təşkilat və əməkdaşlartərəfindən (auditor təşkilatının ştatında olmayan) tapşırıqların bir hissəsi yerinə yetirilərkən icraçıların məsuliyyətini və funksiyasını dəqiq fərqləndirmək;

- ən çох tez-tez yerinə yetirilən iş və xidmətlər üzrə nümunəvi hesabat forması hazırlamaq;

- auditlə bərabər yerinə yetirilən işlərin və xidmətlərin keyfiyyətinə nəzarət sistemi olmalıdır;

- auditor tapşırıqlarının yerinə yetirilməsinin nəticələrini və auditor təşkilatının gəldiyi nəticəni əks etdirən sənəd hazırlamaq;

- auditlə yanaşı aparılan işləri və xidmətləri yerinə yetirmək üçün auditor təşkilatı müvafiq lisenziya almalı və onun maddi-texniki imkanı olmalıdır. Onun xidmətlər göstərən mütəxəssisləri isə tələb olunan təcrübəyə və ixtisasa malik olmalıdır.

Auditor təşkilatı auditlə yanaşı aparılan (auditi müşayət edən) xidmətlərin keyfiyyətinə və icra olunma müddətinə qüvvədə olan qanunçuluğa və müqavilə şərtlərinə görə məsuliyyət daşıyır.

Auditor təşkilatları praktikada auditlə yanaşı aparılan işləri müşayət edən çохlu sayda əlavə xidmətlər göstərilir. Onlar aşağıdakılardır:

1. Auditor xidməti və biznes sahəsində məsləhət:

- maliyyə hesabatlarını beynəlxalq standartlara uyüunlaşdırmaq;

- təsərrüfat fəaliyyətinin diaqnostik təhlili;

- investisiyanın cəlbolunma imkanlarının qiymətləndirilməsi;

- mühasibat uçotunun aparılması sisteminin və daxili nəzarət sisteminin qiymətləndirilməsi;

- diaqnostik xülasəsini vermək;

- mühasibat hesabatının beynəlxalq standartlar üzrə tərtib edilməsinə dair məsləhətlər vermək;

- idarəetməyə kredit riskini öyrənmək və i.a.



2. Peşəkar öyrətmə sahəsində auditor xidməti:

- peşəkar öyrətməyə tələbatın müəyyən edilməsi və qiymətləndirilməsi;

- sifarişçinin arzusuna əsasən yerlərdə tədris kursları proqram təşkil etmək;

- peşəkarlar və yeni başlayanlar üçün xüsusi kurslara proqram təşkil etmək.



Xüsusi xidmətlər – struktur və funksional dəyişikliklər müştəri ilə birlikdə təşkilati və texniki məsələlərin yeni sisteminin tətbiqi və problemlərin mahiyyəti ilə tanışlıqdan sonra başlanılmaqla problemin qəti olaraq həllinə qədər həll olunması;

Informasiya və sistemli planlaşdırma – qarşıda qoyulan məqsədə çatmaq və nəzərdə tutulan plana nail olmaq üçün strateji məqsədlərin müəyyən edilməsi və baza məlumatlarının qurulması;

Məsrəflərlə idarəetmə - müştəriyə məsrəflərin və mənfəətin nisbətini daha yaxşı başa düşməkdə kömək edə bilən daha qabaqcıl metodların və texnologiyanın istifadə edilməsi;

- proqram təminatının seçilməsi və müştərinin tələbatına cavab verən və lokal şəbəkənin qurulması.




  1. Auditin digər idarəetmə elementləri ilə qarşılıqlı əlaqəsi

Iqtisadi idarəetmə sistemi dedikdə, onun elementlərinin məcmusu başa düşülür. Bu məcmunun tərkib hissəsi əsas etibarı ilə planlaşdırma, təşkil, təhlil, uçot və nəzarətdən ibarətdir. Audit idarəetmə elementi kimi idarəetmə sistemində özünəməxsus mövqeyə malikdir. Müstəqil ekspertıza və yoxlama, həmçinin nəzarət funksiyasını özündə təcəssüm edən audit, idarəetmənin digər elementləri olan planlaşdırma, uçot, təhlil və təşkil ilə sıx əlaqədardır. Audıtin idarəetmə sistemində özünəməxsus mövqeyi onun iqtısadi idarəetmənin əsas elementlərindən biri kimi praktıki olaraq idarəetmədə birbaşa iştırak etməsidir. Auditin başqa idarəetmə elementlərindən fərqləndırici xüsusiyyəti ondan ibarətdir ki, o, digər idarəetmə elementlərınin idarəetmə funksiyalarına bılavasıtə təsir göstərmək imkanına malikdir. Audıtin idarəetmə funksıyasının bir hissəsi digər iqtisadi idarəetmə elementləri ilə qarşılıqlı əlaqədə aydınlaşa bılər.

Məlumdur ki, planlaşdırma və proqnozlaşdırma da idarəetmənin elementləridir. Onlar proporsiyaları müəyyənləşdirməklə, iqtısadi inkışafın istıqamətini proqnozlaşdırmaqla xüsusi mülkiyyətin formalaşmasında və milli iqtisadiyyatın inkişafında mühüm rol oynayırlar. Proporsıyaların və proqnozlaşdırmanın özündə də müəyyən nəzarət funksiyası vardır. Həmin nəzarət funksiyası vasıtəsi ilə müəyyən olunmuş proporsıyaların reallığı, proqramların yerınə yetırilməsi, proqnozların milli iqtısadiyyatın inkışafı ilə, həmçınin tələbin təkliflə uzlaşması aşkar olunur.

Bildiyimiz kimi, bazar iqtisadiyyatı münasibətləri planlaşdırmanı bütövlükdə inkar etmir, əksinə, bu şəraitdə onun mahiyyəti ilə məzmunu tamamlanır. O, idarəetmə funksiyasını daha səmərəli və birbaşa icra edir. Təsərrüfat-maliyyə əməliyyatlarının audit ekspertızası və yoxlamasında müəssisənin fəaliyyətini tənzimləyən ümumi inkışaf planının, istehsalat proqramının, tələb və təklif proqnozlarının reallığı qiymətləndırılir. Bu da müəssisənin cari fəaliyyətinin səmərəlıliyinə və perspektiv inkişafına təsir göstəriir. Audit və planlaşdırma idarəetmə elementləri olduüu üçün onların hər ikisi müəyyən idarəetmə funksiyalarının yerinə yetırilməsində birləşir və biri-birini tamamlayır. Onları biri-birindən fərqləndırən cəhət idarəetmə prosesində qarşıda duran vəzıfələrin və funksiyaların müxtəliflıyıdir. Əgər planlaşdırma milli iqtisadiyyatın inkışaf istıqamətini və müəssisənin perspektiv inkışafını müəyyənləşdırirsə, audit planlaşdırmanın və proqnozlaşdırmanın reallıüını, səmərəlılıyıni dəqiqləşdirir və qiymətləndirir. Bu zaman audit planlaşdırma və proqnozlaşdırma vasitəsi ilə bütövlükdə iqtisadi idarəetməyə təsir edir və onun səmərəlılıyini artırır.

Uçot, iqtisadi idarəetmə elementlərindən biri olmaqla təsərrüfat-maliyyə əməliyyatlarını qeydiyyata - uçota alır, onları qruplaşdırır, ümumiləşdirir, nəzarət və təhlil üçün informasiya bazası yaradır. Idarəetmə elementi kimi idarəetmə funksiyası onun bütün formalarına - statistik, mühasibat və operativ uçota aid edilir. Uçotun idarəetmə funksiyası əsasən iqtisadi proseslərin kəmiyyət ifadəsində və keyfiyyət xüsusiyyətində özünü göstərir. Uçot, təsərrüfat-maliyyə əməliyyatlarını qeydiyyata aldıqda müvafiq nəzarət funksıyasını yerinə yetirir. Təsərrüfat prosesləri baş verdikcə, qeydə alındıqca və qruplaşdırıldıqca onların dəqiqliyi bir neçə dəfə yoxlanılır, balanslaşdırılır. Bu zaman uçot müvafiq nəzarət funksiyasını yerinə yetırir. Düzdür, bu funksiya təsərrüfatdaxili nəzarət sisteminin qurulmasında mühüm rol oynayır. Buna görə də bir çox hallarda uçot təsərrüfatdaxili nəzarətin zəmanəti hesab edilir. Lakin uçot bütövlükdə nəzarət funksıyasını, xüsusilə audit nəzarətini əvəz edə bilməz. Audit baş vermiş iqtisadi prosesləri, təsərrüfat-maliyyə əməliyyatlarının kəmiyyət və keyfiyyətini uçot məlumatları əsasında yoxlayır, nəticədə onların reallıüını müəyyənləşdirir, kənarlaşmaları, nöqsanları aşkar edib aradan qaldırmaq üçün kompleks tədbirlər hazırlayır. Bu zaman audit müstəqil şəkildə və ya uçot vasitəsilə idarəetməyə təsir göstərir, təsərrüfat-maliyyə əməliyyatlarının qeydə alınmasının təkmilləşdırilməsinə imkan verir. Auditlə uçot arasında qarşılıqlı əlaqənin mühüm şərtlərindən biri onların hər ikısinin idarəetmə elementi olmasıdır. Lakin müxtəlif və fərqli idarəetmə funksıyasına malik olduqları üçün idarəetmədə onların arasında fərqli xüsusiyyətlər vardır. Uçot iqtisadi prosesləri təsərrüfat əməliyyatlarını qeydə alır və onları ümumiləşdirir. Audit isə baş vermiş iqtısadi proseslərdən, təsərrüfat əməliyyatlarının reallığından bizə məlumat verir. Ona görə də, auditor vəzifəsini icra edən şəxs nəinki uçot-hesabat işlərindən baş çıxarmalı, həmçınin baş vermiş iqtısadi prosesləri, təsərrüfat-maliyyə əməliyyatlarını müvafiq meyarlar əsasında qiymətləndırməyi bacarmalıdır.

Nəzarət cəmiyyətin iqtisadi həyatında obyektiv hal olmaqla idarəetmənin mühüm funksiyalarından biridir. Maliyyə vəsaitlərinin idarə edilməsi sferasında nəzarət tənzimlənmənin ümumi sisteminin tərkib hissəsidir. Maliyyə nəzarəti audit və təftiş nəzarəti olmaqla iki növə bölünür. Aşağıda audit və təftiş arasında prinsipial fərqlər verilmişdir:



a) məqsədinə görə:

auditin məqsədi – mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında fikir söyləmək, xidmət, kömək göstərmək, müştəri ilə əməkdaşlıq;

təftişin məqsədi – çatışmazlıqların müəyyən edilməsi, onların aradan qaldırılması və təqsirkarların cəzalandırılması.

b) xarakterinə görə:

audit – sahibkarlıq fəaliyyətidir;

təftiş – icra fəaliyyətidir, göstərişlərin yerinə yetirilməsidir.

c) qarşılıqlı əlaqələrin əsasına görə:

audit – könüllü (müqavilə əsаsındа həyаtа keçirilir), məcburi (öz mаliyyə hesаbаtlаrını dərc etdirməli оlаn təsərrüfat subyektləri üçün);

təftiş – məcburilik, yuxarı orqanların və ya dövlət orqanlarının sərəncamı ilə həyata keçirilir.

d) idarəetmə əlaqəsinə görə:

audit – üfüqi əlaqə, müştəri ilə qarşılıqlı əlaqədə eyni hüquqluluq, onlar qarşısında hesabat veririlməsi;

təftiş – şaquli əlaqə, yuxarı bölmə tərəfindən təyin olunur, icrası haqqında onlar qarşısında hesabat verir.

e) xidmətin ödənilməsi prinsipinə görə:

audit – ödəməni müştəri həyata keçirir;

təftiş – ödəməni yuxarı və ya dövlət orqanı həyata keçirir.

f) praktiki vəzifələrinə görə:

audit – müştərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, passivlərin (investorların, kreditorların) cəlb edilməsi, müştəriyə köməkliyin edilməsi, məsləhət verilməsi;

təftiş – aktivlərin qorunması, mənimsəmələrin аşkаr оlunmаsı və qarşısının aınması.

g) nəticələrə görə:

audit – auditor rəyinin (bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, yerli idarəetmə orqanları və məhkəmə orqanları üçün hüquqi mahiyyət kəsb edən rəsmi sənəd) tərtibi ilə tаmаmlаnır;

təftiş – təftiş aktının (bütün aşkar edilən çatışmazlıqların əks etdirildiyi idarədaxili sənəd) tərtib edilməsi ilə bаşа çаtır. Akt təftişi təyin edən orqana (yuxarı təşkilаtа, istintaq orqanlarına və b.) təqdim edilməlidir.

Iqtısadi təhlil birbaşa idarəetmə prosesində iştirak etməsə də, bir çox hallarda onu əsas idarəetmə elementləri sırasına daxil etmək olar. Çünki elmi-texnıki tərəqqinin hazırkı inkişafı, müəssisələr arasında əlaqələrin artması, onların bilavasitə fəaliyyətınə təsir göstərən amıllərin çoxalması idarəetmədə iqtısadi təhlılin istıfadə edilməsi zəruriliyini meydana çıxarır. Iqtısadi təhlil qəbul edılən qərarların əsasını təşkil edir. Başqa sözlə desək, qəbul edılən qərarlarda səhvə yol verilməməsi üçün göstərıcılərınin düzgünlüyünü, onların real xarakter daşımasını təmin etməyə imkan verir. Təsərrüfat fəaliyyətinə düzgün qiymət vermək üçün yalnız iqtisadi təhlildən istıfadə edilməlidir. Iqtisadi təhlil ehtiyat mənbələrini meydana çıxarmaüa, istehsal prosesinə nəzarət etməyə şərait yaradır. Iqtisadi təhlil vasıtəsilə təsərrüfat vahidləri arasında əlaqə yaradılır. Bu isə öz növbəsində müəssisə üzrə ahəngdarlıüın yaranmasına müsbət təsir göstəriir.

Iqtısadi təhlil iqtisadi prosesləri və təsərrüfat-maliyyə əməliyyatlarını qruplaşdırır və onların səmərəliliyinə qiymət verir. Iqtisadi proseslər təhlil edılən zaman istehsalın səmərəlıliyinə təsir edən mənfi və müsbət amillər aşkar edılir, ehtıyatlardan və resurslardan istifadə qıymətləndirilir. Iqtısadi təhlil iqtısadi prosesləri, təsərrüfat-maliyyə əməliyyatlarını öyrəndikcə, təhlil etdikcə istifadə edilməmiş ehtıyat mənbələrini aşkar edir. Bu da qəbul ediləcək idarəetmə qərarlarının optimallıüına təminat verir. Iqtısadi təhlil idarəetmə elementi kimi digər elementlərlə - uçot-planlaşdırma və xüsusilə nəzarətlə üzvi surətdə bağlıdır. Məhz iqtisadi təhlil, nəzarət və yoxlama işlərində iştirak etməklə özünün idarəetmə funksıyasını daha qabarıq və praktiki olaraq büruzə verir. Nəzarət və yoxlama (ekspertiza) işlərınin bir çox nəticə və təklifləri iqtısadi təhlil vasitəsilə əldə edilə bilər. Iqtısadi təhlilin metod və üsullarından qarşılıqlı şəkildə istifadə etməklə iqtısadi proseslərə və təsərrüfat-maliyyə əməliyyatlarına kompleks qiymət vermək olar. Yalnız iqtısadi təhlil aparılmaqla həyata keçirilən audit yoxlaması nətıcəsində tərtib edilmiş arayış idarəetmə üçün səmərəli ola bilər. Lakin iqtisadi təhlil auditdə faktorların qarşılıqlı əlaqəsilə məntiqi formada tətbiq edilməlıdir. Əks halda yoxlama arayışı həddindən artıq iqtisadi rəqəmlərlə şışirdilə bilər. Təcrübədə bəzən iqtisadi təhlilin metod və üsullarından audit yoxlama-ekspertiza işlərində düzgün istifadə edilməməsi yoxlama nətıcələrini əsas məqsəddən yayındırır və nətıcələr çox da konkret olmur. Daha doürusu yoxlama-ekspertiza aktı analitik müşahidənin nətıcəsinə çevrilir.

II MÖVZU. АUDITОR FƏАLIYYƏTI VƏ ОNUN TƏNZIMLƏNMƏSININ HÜQUQI ƏSАSLАRI


  1. Аuditin nоrmаtiv hüquqi bаzаsı

  2. Аuditоr fəаliyyətinin lisenziyаlаşdırılmаsı

  3. Аuditоrlаrın və аudit təşkilаtlаrının hüquq və vəzifələri

  4. Auditin əsas prisipləri, auditorun məsuliyyəti və peşə etikа

  5. Аuditоr stаndаrtlаrı




  1. Аuditin nоrmаtiv hüquqi bаzаsı

Hər bir xidmət növünün fəaliyyəti üçün qanunverici normativ hüquqi aktların olması vacibdir. Çünki, hüquqi və təşkilati formasından asılı olmayaraq hər bir xidmət növünün hüquqi vəzifələri, məsuliyyəti və digər öhdəlikləri qanunverici normativ hüquqi aktlarla tənzimlənir. Audit də xidmət növü olduüu üçün onun fəaliyyəti qanunverici və normativ hüquqi aktlarla tənzimlənir.

Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxs statusunda fəaliyyət göstərən audit xidməti Azərbaycan Respublikasının Ali Qanunvericilik orqanı tərəfindən qəbul edilmiş qanunlara və Azərbaycan Respublikası Ali Icraedici orqanları tərəfindən qəbul edilmiş bir sıra qərar və qətnamələrə əsasən təşkil olunur. Bu qanunverıci normativ sənədlərə «Audıtor xidməti haqqında» Azərbaycan Respublikasının 16 sentyabr 1994-cü il tarixli Qanunu və ona edılən dəyişikliklər, «Daxili audit haqqında» Azərbaycan Respublikasının 22 may 2007-ci il tarixli Qanunu və ona edilən dəyişikliklər, Azərbaycan Respublıkasının Milli Məclisinin 19 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Audıtorlar Palatası haqqında» Əsasnamə və ona edilən dəyişikliklər, Azərbaycan Respublıkasının Milli Məclısınin 12 mart 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublıkasının Audıtorlar Palatası haqqında» Əsasnaməyə dəyişikliklər edilməsi haqqında Qərarı, «Auditorun peşə məsuliyyətinin icbari sıüortası» haqqında Azərbaycan Respublıkasının 22 may 2007-ci il tarixli Qanunu və ona edilən dəyişikliklər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 1996-cı ildə «Azərbaycan Respublikası Auditorlar Palatasının bəzi məsələlərinə edilən dəyışikliklər» haqqında qərarı və Azərbaycan Respublıkasında Auditorlar Palatası haqqında Azərbaycan Respublıkasının Prezıdenti tərəfindən verilmiş bir sıra fərmanlar və sərəncamlar daxildir. Bu qanunverici və normativ hüquqi sənədlər Azərbaycan Respublikasında audit fəaliyyətinin təşkılınin və nizamlanmasının ümumi hüquqi bazasını təşkil edir.

«Auditor xidməti haqqında» Azərbaycan Respublıkasının Qanununda Azərbaycan Respublikasında audit xidmətinin təşkılınin ümumi qaydaları, o cümlədən audit xidməti ilə məşüul olmaq üçün lisenziya verilməsinin əsas prinsipləri, sərbəst audıtorların və auditor təşkilatlarının qeydiyyat qaydaları, audıtorların və sifаrişçi-müştərinin hüquqları, vəzıfələrınin və onların məsuliyyətinin hüquqi prinsipləri, audıt xidməti ilə məşüul olmaq hüququ verən lisenziyaların geri alınması qaydalarının əsas prinsipləri əks etdirilmişdir.




  1. Аuditоr fəаliyyətinin lisenziyаlаşdırılmаsı

Qeyd etmək lаzımdır ki, bir sıra sahələrdə, о cümlədən. аudit üzrə sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi xüsusi razılıq (lisenziya) vasitəsi ilə həyata keçirilir. Audit fəaliyyətinin lısenziyalaşdırılmasında əsas məqsəd bu fəaliyyət wzərində dövlət nəzarətıni həyata keçirməklə yanaşı, onun müvafiq standartlara uyüun olaraq təşkilini təmin etmək, keyfiyyətini yüksəlmək və səmərəli fəaliyyətinə müvafiq təminat verməkdən ibarətdir.

Auditor fəaliyyəti ilə məşüul olmaq üçün attestasiya Auditor Palatası tərəfindən təşkil edilmiş komissiya tərəfindən "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununa və "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" əsasnaməyə uyğun həyata keçirilir.

Auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziya peşə imtahanlarını verdikdən və dövlət qeydiyyatına alındıqdan sonra 5 il müddətinə verilir. Sərbəst auditorlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq üçün müəyyən edilmiş qaydada uçota alınırlar.

Həmin qanunverici və normativ hüquqi aktlara əsasən AR-dа audit fəaliyyətinə lisenziya verilməsini AR Auditorlar Palatası icra edir.

Auditor fəaliyyəti ilə məşüul olmaq hüququ verən lisenziyanı almaq üçün aşağıdakı sənədlər təqdim olunur:

 müəyyən edilmiş formada ərizə;

 hüquqi şəxsin nizamnamə və ya təsis sənədinin notarial qaydada təsdiq edilmiş surəti;

 hüquqi şəxsin dövlət qeydiyyatı haqda şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

hüquqi şəxsin ştat cədvəli;

 auditorların əmək kitabçalarının notarial qaydada təsdiq edilmiş surəti;

 təşkilatın rəhbəri və orada işləyən auditorlar haqqında məlumat;

 lisenziyanın alınması üçün rüsumun ödənildiyini təsdiq edən sənəd.

Təsdiq olunmuş qaydalara əsasən lisenziya almaq üçün iddiaçının Auditorlar Palatasına təqdim etdiyi kompleks sənədlər palataya daxil olduğu gündən 15 gün ərzində araşdırılıb lisenziya verilməsi haqqında xüsusi qərar verilməlidir.

Auditor təşkilatının rəhbəri mütləq auditor olmalıdır. Rəhbərlə yanaşı təşkilatda ən azı auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyaya mаlik olan iki auditor da çalışmalıdır. Lisenziyanın verilməsi müddəti və ya оndаn imtina səbəbləri müstəqil auditorlara aid olan qayda ilə eynidir. Lisenziya ciddi hesabat sənədidir, auditor fəaliyyət göstərmək üçün lisenziyaların verilməsinin qeydiyyat kitabına imza etməklə auditor təşkilatının rəhbərinə verilir. Lisenziyada həmin sənədi verən təşkilatın adı, hüquqi şəxsin tam adı və ünvanı, lisenziya verildiyi fəaliyyət növünün adı, qeydiyyat nömrəsi, verilmə tarixi və hansı müddətə verilməsi göstərilir. Sərbəst auditorlar və auditor təşkilatları auditor fəaliyyəti ilə məşüul olmaq hüququ verən lisenziyanın müddətini artırmaq üçün yazılı formada ərizə ilə müraciət etməlidir. ərizəyə aşaüıdakı sənədlər əlavə edilir:

a) sərbəst auditorlar:

 fərdi sahibkar qismində auditor fəaliyyətinin göstərilməsi haqqında xüsusi formada məlumat;

 ixtisasartırma kurslarında təhsil keçməsi haqda şəhadətnamənin surəti;

 əmək kitabçasının notarial qayda təsdiq olunmuş surəti;

 lisenziyanın müddətinin uzadılmasına görə rüsumun ödənilməsini təsdiq edən sənədin surəti.

b) Auditor təşkilatları:

 təşkilatın rəhbəri və orada işləyən auditorlar haqda məlumat;

 təsdiq olunmuş formada auditor fəaliyyətinin göstərilməsi haqqında məlumat;

 lisenziyanın müddətinin uzadılmasına görə rüsumun ödənilməsi haqqında sənədin surəti.

Zərurət yarandıqda lisenziyanın müddətinin uzadılmasının mümkünlüyünü müəyyən etmək üçün digər sənədlər də tələb oluna bilər.

Bir qayda olaraq audit fəaliyyətinin lisenzıyalaşdırılması qaydalarına əsasən lisenziya verilməsində aşağıdakı hallarda imtina edilə bilər:



  • nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə, iddiazının ərızəsinə əlavə edilmiş sənədlərdə məlumatlar təhrif olunduqda və ya qeyri-dürüst göstərildikdə;

  • iddiaçının təqdim etdiyi sənədlər «Auditor Xidməti haqqında», «Sahibkarlıq fəaliyyəti haqqında» AR Qanunlarına;

  • audit fəaliyyətinin həyata keçirilməsi üçün qanunverıcılikdə müəyyən olunmuş şərtlər, o cümlədən ixtisas hazırlığı, təhsil, staj və s. təmin olunmadıqda,;

  • iddiaçının əvvəllər audit fəaliyyəti göstərmək üçün aldığı lisenzıyanın müvafiq qaydaları pozduüuna görə ləğvindən 2 il vaxt keçməmişsə və qanun-vericilikdə nəzərdə tutulmuş digər tələblər ödənilmədikdə

AR-dа audit fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi və fiziki şəxslərə, habelə xarici vətəndaşlara verilmiş lisenziyalar aşağıdakı hallarda ləğv edilə bilər:

  • lisenziya sahibi tərəfindən audit xidməti göstərməsindən rəsmi olaraq imtina edildikdə və bu barədə yazılı ərizə təqdim etdikdə;

  • lisenziya sahibi tərəfindən normativ hüquqi aktların tələblərinə əməl edilmədikdə və yaxud AR qanunverıciliyinə uyüun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəzinin fəaliyyəti dayandırıldıqda;

  • AR qanunvericiliyi ilə müəyyənləşdırılmiş qaydada audit fəaliyyəti ilə məşüul olan hüquqi subyektin müflisləşməsi faktı təsdiq edildikdə;

  • xarici auditor təşkilatının filialları və nümayəndəlikləri fəaliyyətə başladıqdan sonra tərkibində üçdən artıq auditor olarsa, müəyyən olunmuş vaxt ərzində üç auditorun olmasını təmin etmədikdə;

  • auditor təşkilatlarının və müstəqil auditorların müəyyən olunmuş forma üzrə hesabatları xəbərdarlıq edildikdən sonra belə vaxtında təqdim edilmədikdə;

  • AR qanunvericiliyində nəzərdə tutulmuş dıgər hallarda.





  1. Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə