II Diaqramların siyahısı
Diaqram 1: Məhkəmə istifadəçilərinin yaş göstəricisi;
Diaqram 2: Məhkəmə istifadəçilərinin məhkəmədə hansı qisimdə iştirak etmələrinə dair göstərici;
Diaqram 3: Məhkəmədə tərəflərdən biri qismində iştirak edən məhkəmə istifadəçisi barəsində çıxarılan
qərarın onun lehinə olub-olmamasına dair göstərici;
Diaqram 4: Məhkəmə istifadəçisini tərəflərdən biri olduğu halda, onun vəkil və ya nümayəndə ilə təmsil
olunub-olunmamasına dair göstərici;
Diaqram 5: Məhkəmə istifadəçilərinin vəkillə və ya nümayəndə ilə təmsil olunmamasının səbəbinə dair
göstərici;
Diaqram 6: Məhkəmə istifadəçilərinin məhkəməyə gəlişlərinin nə ilə bağlı olmasına dair göstərici;
Diaqram 7: Məhkəmə istifadəçilərinin hansı növ prosesdə iştirak etmələrinə dair göstərici;
Diaqram 8: Məhkəmə istifadəçilərinin ötən il ərzində qeydiyyat şöbəsinin hansı xidmətlərindən istifadə
edilmələrinə dair göstərici;
Diaqram 9: Məhkəmə istifadəçilərinin məhkəmənin qeydiyyat şöbəsi ilə əlaqə saxlamaq üçün hansı
əlaqə vasitələrindən istifadə edilmələrinə dair göstərici;
Diaqram 10: Vəkillərin necə fəaliyyət göstərmələrinə dair;
Diaqram 11: Vəkillərin qənaətinə görə məhkəmə fəaliyyətinin son 5 ildə necə dəyişməsinə dair
göstərici;
Diaqram 12: Vəkillərin qənaətinə görə son 5 il ərzində məhkəmələrin iş yükünün məhkəmə
infrastrukturu, hakimlərin təyinatı və aparat işçilərinin sayı (imkanları) ilə müqayisədə
necə artmasına dair göstərici;
Diaqram 13: Vəkillərin qənaətinə görə məhkəmənin maddi-texniki resurslarına dair göstərici;
Diaqram 14: Vəkillərin qənaətinə görə məhkəmənin işçi heyətinin resurslarına dair göstərici;
Diaqram 15: Məhkəmə işçilərinin gender göstəricisi;
Diaqram 16: Məhkəmə işçilərinin yaş göstəricisi;
Diaqram 17: Məhkəmə işçilərinin iş stajına dair göstərici.
Giriş Layihə haqqında məlumat
Avropa Şurası və Avropa İttifaqının 2015-2017-ci illər üçün nəzərdə tutulmuş Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsinin bir hissəsini təşkil edən “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılması, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” adlı layihənin əsas məqsədlərindən biri ictimai xidmət kimi ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin yaxşılaşdırılmasından ötrü Azərbaycan Respublikasının beş pilot (Şəki Apellyasiya, Sumqayıt Apellyasiya, Bakı Şəhəri Yasamal Rayon, Oğuz Rayon və Sumqayıt İnzibati-İqtisadi) Məhkəməsində CEPEJ tərəfindən hazırlanmış alətlərin icrasını dəstəkləməkdir.
Məlumat üçün qeyd etmək lazımdır ki, Avropa məkanında aparılan məhkəmə-hüquq islahatlarını düzgün istiqamətləndirmək və əlaqələndirmək, ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində Avropa Şurasının müəyyən etdiyi standartlara üzv dövlətlər tərəfindən əməl edilməsi prosesinə səmərəli nəzarət etmək məqsədi ilə daim fəaliyyət göstərən və bütün üzv dövlətlərin ekspertlərindən ibarət olan komissiyanın təşkil olunması zərurəti yaranmışdı. Bununla əlaqədar Avropa Ədliyyə Nazirlərinin 2000-ci ildə Londonda keçirilən toplantısında irəli sürdükləri təşəbbüs əsasında Avropa Şurası Nazirlər Komitəsinin 808-ci plenar iclasının 18 sentyabr 2002-ci il tarixli qərarı ilə (Res(2012)12) Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) yaradılmışdır.
Layihənin icra müddətində CEPEJ ekspertlərinin pilot məhkəmələrə səfərləri, eləcə də məhkəmənin sədrləri, hakimləri və aparat işçiləri ilə görüşlər keçirərək müzakirələri olmuş, məhkəmənin statistik məlumatlarının təhlili aparılmış və nəhayət məhkəmələrin qiymətləndirilməsinə dair məmnuniyyət sorğu anketləri hazırlanaraq icra üçün məhkəmələrə göndərilmişdir. Məhkəmə sədrlərinin insanların gözləntilərini bilməsi, daha sonra isə məhkəmənin fəaliyyətini qiymətləndirməsi və mümkün dəyişiklikləri planlaşdırması baxımından məmnuniyyət sorğuları faydalı bir vasitədir. Bu baxımdan respondentlərin (məhkəmə istifadәçilәrinin, vəkillərin və məhkəmə aparatı işçilərinin) məhkəmə fəaliyyətinin əksər aspektləri ilə bağlı nə düşündüklərini geniş şəkildə öyrənmək üçün layihə çərçivəsində 5 pilot məhkəmədən biri olan Şəki Apellyasiya Məhkəməsində 2016-cı ilin avqust ayının 15-dən oktyabr ayının 1-dək məhkəmə istifadәçilәri və vəkillər arasında, oktyabr ayının 10-da isə layihə üzrə milli ekspert tərəfindən məhkəmə aparatı işçiləri arasında Şəki Apellyasiya Məhkəməsinin qiymətləndirilməsinə dair məmnuniyyət sorğuları keçirilmişdir.
Məhkəmə haqqında məlumat
Dövlətimizin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Azərbаycаn Respublikаsı Konstitusiyаsının 125-ci mаddəsinə əsаsən, Azərbаycаn Respublikаsındа məhkəmə hаkimiyyətini ədаlət mühаkiməsi yolu ilə yаlnız məhkəmələr həyаtа keçirirlər. Məhkəmə hаkimiyyəti Konstitusiyа, mülki və cinаyət məhkəmə icrааtı vаsitəsilə və qаnunlа nəzərdə tutulmuş digər vаsitələr ilə həyаtа keçirilir.
«Məhkəmələr və hаkimlər hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 7-ci mаddəsində qeyd olunduğu kimi, Azərbаycаn Respublikаsı Konstitusiyаsının 25-ci mаddəsinə uyğun olаrаq Azərbаycаn Respublikаsındа ədаlət mühаkiməsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlаk vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyаsi pаrtiyаlаrа, həmkаrlаr ittifаqınа və digər ictimаi birliklərə mənsubiyyətindən аsılı olmаyаrаq hər bir şəxsin qаnun və məhkəmə qаrşısındа hüquq bərаbərliyi əsаsındа həyаtа keçirilir. İstinad olunan Qаnunun 61-ci mаddəsində Azərbаycаn Respublikаsının Konstitusiyаsının 132-ci mаddəsinin I hissəsinə müvаfiq olаrаq аpellyаsiyа məhkəməsi mülki, inzibаti və iqtisаdi mübаhisələrə, cinаyət və inzibаti xətаlаrа dаir işlər üzrə yuxаrı instаnsiyа məhkəməsi kimi təsbit edilmişdir.
«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda yeni apellyasiya məhkəmələrinin yaradılması təmin edilmiş və 16 iyul 2007-ci il tarixdən ədаlət mühаkiməsinin həyаtа keçirilməsində vətəndaşlara daha əlverişli şərait yaratmaq məqsədi ilə bölgələrdə, o cümlədən Şəki şəhərində Şəki Apellyаsiyа Məhkəməsi fəаliyyətə bаşlаmışdır.
Şəki Apellyasiya Məhkəməsinin ştat vahidi 14 hakimdən və 47 aparat işçisindən ibarətdir. Fəaliyyət göstərən məhkəmənin cinayət, hərbi, mülki, inzibati-iqtisadi kollegiyaları öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya (Ağdaş Rayon, Balakən Rayon, Göyçay Rayon, İsmayıllı Rayon, Qax Rayon, Qəbələ Rayon, Mingəçevir Şəhər, Oğuz Rayon, Şəki Rayon, Yevlax Rayon, Zaqatala Rayon, Şəki Ağır Cinayətlər, Şəki İnzibati-İqtisadi, Gəncə və Tərtər Hərbi (Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə)) məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır.
Dostları ilə paylaş: |