Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


Vericinin xarakteristikası



Yüklə 1,39 Mb.
səhifə34/70
tarix10.01.2022
ölçüsü1,39 Mb.
#109579
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   70
Vericinin xarakteristikası:

Giriş kəmiyyəti: yerdəyişmə;

Çıxış kəmiyyəti: tutumun dəyişməsi;

Tezlik diapazonu: ;

Üstün cəhətləri: kontaktsız olması; sapların və plyonkaların qalınlığını ölçmək imkanının olması;

Nöqsan cəhətləri: qeyri-xəttilik; yüksək omluluq.


4.6. Fotoelektrik vericilər
İşıq selinin dəyişməsini hiss edən elementlərə fotoelektrik verici və ya fotoelement deyilir. Bir sıra metal və yarımkeçiricilərin səthi işıqlandırıldıqda şüalanma enercisi cismin üst layına nüfuz edərək, elektronlara əlavə enerci ötürülür və bunun nəticəsində elektronlar öz orbitlərindən kənara çıxır. Bununla əlaqədar aşağıdakı hadisələr müşahidə olunur:

  1. Azad olunmuş elektronlar işıqlanmış sahəni tərk edir. Bu hadisə xarici fotoeffekt adlanır. Bu prinsipdə işləyən fotoelementlərə xarici effektli fotoelementlər deyilir.

  2. Azad olunmuş elektronlar jismin daxilində qalır və onun elek­trik keçirijiliyini artırır. Bu prinsipə əsasən işləyən fotoele­ment­lərə daxili effektli fotoelementlər deyilir.

  3. Azad olunmuş elektronlar jismin işıqlandırılmış təbəqəsindən nazik izolyasiya qatı ilə ayrılmış digər işıqlandırılmış jismə keçir. Belə xassəyə malik fotoelementlərə bağlı təbəqəli fotoelement və ya fotoventil deyilir.

Xarici effektli fotoelementlərə vakuum və qazla doldurulmuş fotoelementlər və fotoelektron vurujular daxildir.

Vakuum fotoelementlər vakuumlaşdırılmış şüşə və yaxud kvars kolbada yerləşdirilmiş fotokatod və anoddan ibarətdir.




Fotoelementin katodu müəyyən daxili quruluşu olan yarımkeçiriji təbəqə (oksigen-sezium, stibium-sezium və s.) şəklində hazırlanıb,şüşə kolbanın daxili səthinə çəkilir, anod müxtəlif for­mada nikeldən hazırlanır. Fotokatodu işıqlandırdıqda işıq foto­nunun təsirindən fotoelektron emissiyası baş verir. Katodla anod sabit gərginlik mənbəyinə qoşulduqda kənara çıxan elektronlar axını elektrik jərəyanı yaradır. Bu jərəyan işıq fotonunun təsiri ilə yarandığından fotojərəyan adlanır.

Qazla doldurulmuş fotoelementlər (ion fotoelementləri) vaku­um fotoelementlərindən onunla fərqlənir ki, kolbadan hava və digər qazlar çıxarıldıqdan sonra onlar müəyyən miqdarda təsirsiz qazla (Ne, Ar, Xe və b.) doldurulur. Onların həssaslığı vakuum foto­elementinə nisbətən bir neçə dəfə çox olur.

Fotoelektron vurujuları elektrovakuum fotoelementlərinin bir variantıdır. Onlar birinji fotoelektron emissiyasından və birinji elektronlar selinin daha yüksək potensial altında olan ikinji katodları bombardman etməsi nətijəsində yaranan ikinji elektron emissiyasından istifadə edən kombinasiya olunmuş fotoele­ment­lər­dir. Ümumi güjlənmə əmsalı yüz minlərlə və hətta bir neçə milyona bərabər ola bilər.

Bu elementlər çox zəif işıq sellərini qeyd etmək üçün, həmçinin spektroskopiyada, qalınlıqölçənlərdə, səviyyəölçənlərdə və s. istifadə olunur.




Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin