www.rizvan.net -
İslam Maarifi Jurnalı
42
Bəşəri gözəlliklərə bir pərdə əlavə olundu. Daxilimizdəki çirkinliklər
də paklandı.
“Onların ürəklərindəki kin-küdurəti çəkib, çıxardarıq.”
39
Soruşdum… Bu bulağın adı nədir?
Hadi dedi… “Sad. Vəl-Quranil-həkim”dir.
Bədənlərimizi təmizləyəndən sonra oradakı fəxri libasları geyindik.
Mənim libaslarım yaşıl ipəkdən, Hadininki isə ağ idi. Özümü
güzgüdə o qədər qiymətli, cəlallı, kamallı gördüm ki, özümə aşiq
oldum. Bütün bu gözəlliyə baxmayaraq, Hadiyə nəzər salanda onun
gözəlliyi, dəyərinə vurulub, qibtə etdim.
Hadi qapını döydü. Xoş üzlü bir cavan qapını açıb, daxil olmaq üçün
icazə vərəqini istədi. Verdim, imzasını öpüb, təbəssümlə dedi…
“Asayiş və əmniyyətlə behiştə daxil olun!”
40
Biz daxil olduğumuz halda bu ayəni oxuduq…
“Onlar deyərlər… Həmd olsun bizi buraya gətirən, hidayət edən
Allaha. Allah bizi doğru yola yönəltməsəydi, özümüz doğru yolu
tapa bilməzdik. Peyğəmbərlər haqla gəlmişdilər.”
41
BÜLLUR OTAQDA
Qabaqda Hadi, arxasınca mən başdan-başa büllurdan olan otağa
girdik. Qızıl taxtlar qoyulmuş, onların üstünə qırmızı məxmərdən
döşəklər salınmışdı. Döşəklərin üstündən zərif mütəkkələr
düzülmüşdü. Divar və tavandan şəklimiz əks olunurdu. Öz kamal və
camalımızı görməkdən zövq alırdıq. Otağın ortasında üstü növbənöv
yeməklər, şərbətlərlə dolu miz qoyulmuşdu. Xidmət üçün qızlar və
oğlanlar cərgəyə düzülmüşdülər. Biz taxtların üstündə əyləşdik…
“Onlar qızıl-gümüş, ləl-cəvahiratla bəzədilmiş taxtlar üstündə
oturacaqlar. O taxtlara söykənib, qarşı-qarşıya əyləşəcəklər.
Dövrələrində
həmişəcavan
xidmətçi
oğlanlar
dolanacaqdır.
39“Əraf” surəsi, ayə 43.
40“Hicr” surəsi, ayə 46.
41“Əraf” surəsi, ayə 43.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |