477. Allahın rəsulu (s): Allah-təalanın ərşinin altındakı mələklərdən bir dəstəsinə ərm olunub ki; gün ərzində iki dəfə: Günəş çıxmadan öncə və qürub etmədən qabaq, belə haray çəkərlər: Ahay! Hər kim ailəsinə və qonşularına qarşı əliaçıq olsa, Allah-təala bu dünyada ona bərəkət verər. Ahay! Hər kim xəsislik etsə, Allah-təala qəbr evini ona dar edər. Ahay! Allah-təala ailəniz üçün xərclədiyiniz hər dirhəmin müqabilində, sizə yetmiş qintar2 əta edər. Bu qintarların çəkisi Ühüd dağı qədər olar.3
478. İmam Zeynül-abidin (ə): Sizlərdən hər kim ailəsini daha çox rifah və firavanlıqda yaşatsa, Allah-təala ondan daha çox razıdır.4
479. İmam Kazim (ə): Kişinin ailəsi, onun əsirləri kimidir. Hər kimə Allah-təala nemət (ruzi) əta etsə, öz ailəsini rifah və firavanlıq içərisində saxlasın. Çünki belə etməsə, tezliklə bu ruzi onun əlindən çıxar.1
480. İmam Rza (ə): Hər kimə Allah-təala nemət (ruzi) əta etsə, öz ailəsini rifah və firavanlıq içərisində saxlamalıdır.2
481. İmam Əli (ə): Gözəl xislət üç əməldədir: Haramlardan çəkinməkdə, Halal ruzi qazanmaqda və ailəyə qarşı əliaçıq olmaqda.3
482. "Əl-Kafi":Müəmmər ibn Xəllad, Əbülhəsəndən (ə) rəvayət edir: "Kişi ailəsini rifah içində saxlamalıdır ki, onun ölməsini arzu etməsinlər." Sonra bu ayəni oxudu: "Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər."4 Əsirdən məqsəd, kişinin ailəsidir. Kişinin neməti (ruzisi) artdıqda ailəsinə qarşı daha da əliaçıq olmalıdır."5 4\5