497. Allahın rəsulu (s): Bəndə, ailəsinin ehtiyaclarını ödəmək məqsədilə bayıra çıxdığı zaman, Allah-təala onun atdığı hər addımın müqabilində, behiştdəki məqamını bir rütbə ucaldar. Onların ehtiyaclarını təmin etməyə müvəffəq olduğu zaman isə, onun günahlarını bağışlayar.1
498. "Tənbihül-ğafilin": Cəfər ibn Məhəmməd (ə) atasından (ə) nəql edir: Peyğəmbər (s) özü bazara gedər və ailəsinin ehtiyacı olan şeyləri alardı. Bu haqda ondan soruşulduqda, buyurdu: "Cəbrayıl mənə dedi: Ailəsinin yaşayışını təmin etmək və onların başqalaqına möhtac olmamaları üçün çalışan şəxs, sanki Allah yolunda cihad edir.2 7\5