1. Bəlli olanlar.
2. Bəlli olmayanlar. (məchullar)
Bəlli olmayanlar, o əsrarəngiz səbəbə bağlıdırlar (yəni səbəbi olmayan hər hansı bir hadisə və ya fenomen Tanrıya nisbət verilir və ondan mənşələnməsi fikri irəli sürülür).
Təbii olaraq, elmin vasitəsilə hər hansı bir şeyin səbəbi kəşf olunub bilindikdə o əsrarəngiz səbəbin təsiri və rolu azalır. Bu tərz-təfəkkür sadəcə onda həsr olmunur. Bəlkə o əsrin və onun yaşadığı mühitin tərz-təfəkkürü beləymiş.
TANRININ MƏQAMI
Ən mühüm məsələlərdən birisi Tanrının məqamının varlıqda müəyyən olunmasıdır. Əcəba, Tanrı kainatın bir parçası kimidirmi? Kainatda işləri bölüşdürülüb onun üçün və bir müəyyən iş qərara alınmışdırmı? Belədirsə, bəs ona aid olan işlər nədir və onun işləri necə bir işlərdir?
Hər hansı bir əsərin və ya nəticənin səbəbi bilinmədikdə onu yalnız Tanrıya nisbət vermək olarmı? Əgər belədirsə deməli biz Tanrını bilmədiklərimiz şeylər arasında axtarmalıyıq. Bu halda, bizim bildiyimiz çoxaldıqda bilmədiyimiz şeylər azalır. Sözün əsl mənasında, Tanrının çərçivəsi məhdudlaşır. Bu o dərəcədə irəliləyir ki, bu gün bizə səbəbi bəlli olmayan bir şeyin qalmaz. Əgər biz belə bir şeyin olacağına ehtimal vercək, onda, Tanrıdan söz açmağımız əbəs bir işdir. (Çünki, Tanrıdan söz açmaq yersizdir).
Bu tərz-təfəkkür əsasən kainatda yalnız səbəbi bilinməyən şeylər Tanrının varlığına bir nişanə ola bilər, səbəbi bilinən şeylər isə Tanrının varlığını sübut etmək üçün nişanə və dəlil ola bilməz.
Əcabə bu tərz-təfəkkür nə qədər səhvdir və nə qədər də doğru yoldan azdırandır. Belə tərz-təfəkkür malik olanlar nə qədər Tanırılıq məqamı və tanrı haqqında çahildilər. Qurani-Kərim bu barədə belə demişdir:
وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ
Dostları ilə paylaş: |