ANTlK ALBANİYANIN NƏZƏRl ARXEOLOGlYASI XX - XXI ƏSRLƏRİN QOVUŞUĞUNDA
Mübariz Xəlilo v (AMEA Arxeologiya və Etnoqrafiya institııtu) XX əsrin son rübü Albaniya arxeologiyasında özək problemlər üzrə aparıl-mış elmi diskussiyalar dövrü kimi xarakterizə edilə bilər. Müzakirəyə çıxanlan əsas mövzular sırasına Albaniyada arxeoloji mədəniyyət, onun formalaşma tarixi, arealı, qonşu dövlətlərin mədəniyyətləri ilə müqayisədə inkişaf səviyyəsi, alban dövləti və şəhərlərinin meydana gəldiyi dövr, qəbir tiplərinin etno-mədəni mən-subiyyəti məsələləri daxil olmuşdur. Göstərilən problemlərdən yalnız birində Azərbaycan tarixçi və arxeoloqlannın yekdil fıkri formalaşmışdır: albanlar mədə-ni inkişaf səviyyəsinə görə Qafqazdakı qonşularından geri qalmamışlar. Dulusçu-luq, hərb sənəti, əkinçilik, maldarlıq və başqa sahələrdə Qafqazda ön mövqe tut-muşlar. Alban mədəniyyətinin, xüsusilə keramika istehsalı ənənələrinin qədim Dağıstan və Sarmatiya əhalisinin yaratdıqlan mədəniyyətlərə güclü təsir göstər-məsi Rusiya arxeoloqlan tərəfındən təsdiq edilmişdir (l,s.43,47). Lakin bu prob-lemə münasibətdə Azərbaycanda vahid mövqeyin formalaşması keçmiş SSRl məkanında müəyyən elmi dairələrdə ciddi narahatlıq doğurmuşdu. A.P.Novo-seltsev məsul redaktoru S.Q.Ağacanov olan kitabında tədqiqatların yeni nəticə-lərini "çox mübahisəli" adlandınrdı (17, s.168-169). "SSRİ arxeologiyası" seri-yası üzrə 1985-ci ildə Moskvada (Rusiya) nəşr edilən "Qafqaz və Orta Asiyanın ən qədim dövlətləri" fundamental monoqrafiyasında bu diskussiyalara XX əsr üçün yekun vuraldu, bu və ya digər problemə elm tərəfındən qəbul edilmiş baxış-lar müəyyənləşdirildi.
Əsərdə belə bir çox mühüm nəticə qeyd olundu ki, Albaniyanın bütün əra-zisində lokal variantlara malik vahid alban mədəniyyəti mövcud olmuş, lokal variantlar özünü dəfn ayinlərində daha qabarıq bürazə vermis, bu variantların formalaşmasına antik dünya ilə əlaqələr də öz təsirini göstərmişdir (4, s.105). Daha sonra əsərdə belə yazılır: "Beləliklə, iki müstəqil arxeoloji mədəniyyət -Yaloylutəpə və küp qəbirləri mədəniyyətlərinin mövcudluğu haqqında fıkirə indi yenidən baxılmalıdır" (4, s. 105). Vahid dövlət çərçivəsində qoşa mədəniyyətlər fıkrinin elm tərəfındən təkzib edilməsinə, küp qəbirlərin antik dövrdə bütün cə-nubi Qafqazda yayılmasına, Albaniyada küp qəbirlərinin xronologiyasının küp qəbirləri "mədəniyyəti" dövründən daha geniş olmasına (18) baxmayaraq, Azər-baycan alimlərinin əsərlərində "Yaloylutəpə mədəniyyəti", "Küp.qəbirləri mə-dəniyyəti" kimi köhnəlmiş terminlərə indi də təsadüf edilir. "Yaloylutəpə" orfoq-rafıya baxımından da səhv termindir. Çünki bu toponimin əsil forması "Yaloqluq təpələri"dir (14, s.3). "Yaloylutəpə mədəniyyəti" termininin parallelled kimi Gürcüstan arxeologiyasında "Alazan-Yaloylutəpə mədəniyyəti" və hətta "Ereti mədəniyyəti" terminləri də tətbiq edilmişdir (20, s.7, 204). Bütün bu qarışıqlıqla-ra son qoymaq üçün Albaniyanın vahid mədəniyyətini "Erkən alban mədəniy-yəti" adlandırmaq məqsədəuyğun olardı. Bu terminlə həmin mədəniyyət Albani-yanın feodal mədəniyyətindən də fərqləndirilmiş olardı. Yaradıcıları məlum olan
Azərbaycan Ärxeologiyası 2004
Azerbaijan Archeology Vol.: 6 Num.: 1-4
bütün arxeoloji mədəniyyətlər dünya elm praktikasında müvafıq etnosun adı il adlandırılır. Bu terminoloji ziddiyyətlərdən istifadə edən erməni tarixşünaslığı 1987-ci ildə belə bir ideya irəli sürdü ki, Albaniyada guya parallel mövcud olmuş 2 mədəniyyətdən biri - küp qəbirləri "mədəniyyəti" Kür çayının sağ sahilində formalaşmış və erməni mədəniyyətinin bir ünsürünü təşkil etmişdir. Bu zaman, şübhəsiz ki, küp qəbirlərin, həmçinin Dağlıq Qarabağda aşkar edilməsi (21, s.77) nəzərə alınmışdır. Beləliklə, guya Dağlıq Qarabağın hələ antik dövrdən erməni-lərə məxsus olması öz arxeoloji təsdiqini tapmış olur. Azərbaycan tarixçilərinin buna ilk etirazı 1990-cı ildə səsləndi (9, s.25). Bir sıra Azərbaycan tarixçilərinin Dağlıq Qarabağın ilk orta əsrlərdə qeyd edilən Artsax adı ilə antik Orxistena adını eyniləşdirmələri erməni tarixçilərinin işini bir qədər də asanlaşdırır. Çünki I əsrdə yazmış Strabon qətiyyətlə Orxistenanı Ermənistan vilayətlərindən biri kimi təqdim etmişdir ("coğrafıya", XI kitab, XIV fəsil, § 4). Doğrudur, həmin Azər-baycan tarixçiləri Strabonla razılaşmırlar, lakin bu zaman onun fıkrini təkzib et-mək üçün uğursuz cəhdlər edirlər (16, s.104; 9, s.210). Son tədqiqatlar göstərmiş-dir ki, Orxistena Arxestiya (Van) gölü sahilində yerləşmiş və Dağlıq Qarabağa heç bir aidiyyəti olmamışdır (25). Təəssüf ki, indi də bu çox mühüm elmi nə-ticənin üstündən sükutla keçilir, yenə də əvvəlki kimi Orxistena Azərbaycanda nəşr olunan kitab və dərsliklərdə, xəritələrdə və geniş yayılması nəzərdə tutulan təqvimlərdə Dağlıq Qarabağın yerində göstərilir. Dağlıq Qarabağın erkən alban mədəniyyəti arealına daxil olmasına heç bir şübhə ola bilməz.
Alban mədəniyyətinin arealı ilə əlaqədar XX əsrin sonunda elm tərəfındən təsbit edılmig çox mühüm arxeoloji nəticələrdən birinə görə, Dağıstanın dağlıq hissəsi Albaniya dövləti hüdudlarına (3, s.91-101; 23, s.69) və alban mədəniyyəti arealına daxil olmamışdır (4, s.93). Albaniyaya Dağıstanın Xəzəryanı ərazisinin bir hissəsi daxil olmuşdur. 1937-ci ildə Gürcüstan arxeoloqu, professor Q.K.Nio-radzenin Alazan vadisindəki tədqiqatları erkən alban mədəniyyəti arealının qərb hüdudlarının Gürcüstanın Kaxetiya bölgəsini də əhatə etdiyini müəyyənləşdirdi. Bu zonanın əzəli alban torpaqları olması yazılı mənbələrdə də öz əksini tapmış-dır (3, s.92-94). 1985-ci ildə "SSRl arxeologiyası" kitabında Albaniya mədəniy-yətinin arealını əks etdirən xəritənin çap edilməsi Azərbaycan arxeologiyasının çox böyük uğuru idi (4, s.94, şəkil 6). Sovet .arxeologiyası tərəfındən tanınmış bu xəritədə Albaniyanm vahid mədəniyyətinin nəinki Kür çayının sol sahilində, həmçinin ermənilərin iddia etdikləri sağ sahilində də yayılması göstərilmişdir. Bu areal Albaniyanın tarixi sərhədləri ilə (3; 16) üst-üstə düşür. Güman etmək olar ki, gələcək arxeoloji tədqiqatlar Albaniyanın Xəzəryanı bölgəsində də erkən alban mədəniyyəti abidələrini üzə çıxarmağa imkan verəcəkdir. Hələlik e.ə. IV-III əsrlərə aid alban abidələrinin yayıldığı ərazinin ən ucqar şərq hüdudu Pirsaatçay hövzəsidir. Yazılı mənbələrdə albanların Xəzər dənizi sahillərində də yaşadıqları və bu dənizin hətta Alban dənizi kimi parallel adı olduğu göstərilmişdir.
Alban mədəniyyətinin mənşəyi məsələsi - xüsusi tədqiqata ehtiyacı olan problemlərdən biridir. Doğradur, hələ XX əsrin əvvəllərindən başlayaraq, bir sıra arxeoloqlar alban keramikasının Ön Asiya mənşəli olduğunu qeyd etmişlər (14, s.66). Lakin protoalban mədəniyyətinin Ön Asiyada formalaşdığı zonanı lokallaş-
Azərbaycan Arxeologiyası 2004
Azerbaijan Archeology Vol.: 6 Num.: 1-4
dırmaq hələlik mümkün olmamışdır. Protoalbanların Naxçıvan - cənubi Azərbay-can - Şjmali Iran etno-mədəni məkanından Kür çayı sahillərinə yayıldıqlannı gü-man etmək olar. Bu prosesin xronologiyasının dəqiqləşdirilməsinə ehtiyac duyu-lur. Bu baxımdan, diqqətəlayiq cəhətlər sırasında Mingəçevirin alban qəbirlərin-dən (torpaq və küp) və e.ə. VII - V əsrlərə aid torpaq qəbirlərindən aşkar edilmiş antropoloji materiallann bir-birindən fərqlənməsini (14a, s.41), Albaniyanın Qə-bələ və Şamaxı şəhərlərinin bilavasitə ilk tunc dövrü təbəqəsi üzərində meydana çıxmasını göstərmək olar. Bu şəhərləri salan albanlar yalnız e.ə. IV əsrdən etiba-rən burada məskunlaşmış və nisbətən qısa bir müddət ərzində öz yaşayış yerlə-rini şəhərlərə çevirmişlər. Tarixin dar zaman kəsiyində bu işin öhdəsindən yalnız hazır şəhərsalma ənənələrinə malik bir etnos gələ bilərdi və bu ənənələrin də kökü Ön Asiyaya gedib çıxır. Gələcək Albaniyanın Əhəməni imperiyası tərkibin-də olması amili burada müstəqil dövlətin yaranmasından əvvəl e.ə. VI - V əsrlər-də satrap mərkəzləri kimi bəzi şəhərlərin yaranmasına gətirib çıxarmalı idi. Gə-ləcək Albaniya ərazisində məskunlaşmış qəbılələr imperiyanın 2 satraplığına daxil idilər. Sarıtəpə abidəsində (Qazax rayonu) arxeoloji qazıntılar nəticəsində aş-kar edilmiş möhtəşəm saray qalıqlan belə satrap mərkəzlərindən biri ilə əlaqə-ləndirilmişdir.
Alban şəhərsalma ənənələrinin zənginliyi qədim yunan müəllifı Klavdiy Ptolemeyin (II əsr) qeyd etdiyi 29 alban yaşayış məntəqəsinin sayının 26 alban qəbiləsinin sayına təqribən uyğun gəlməsi haqqında irəli sürülmüş fıkri təkzib edir (6, s.58-59, 178-179). 29 yaşayış məntəqəsi sırasına təkcə şəhərlər deyil, həm də kəndlər daxil idi. Deməli, irəli sürülən ideyaya əsaslansaq, bəzi qəbilələrin mərkəzləri şəhərlərdə, digərlərininki isə kəndlərdə yerləşirdi. Lakin Albaniya qə-bilələrinin vahid mədəniyyət çərçivəsində inkişaf səviyyəsinə görə bir-birindən bu qədər fərqlənmələri real görünmür. Albaniyada iri yaşayış məntəqələrinin qəbilə mərkəzləri kimi formalaşması fikrinin əsassızlığını göstərən daha bir mühüm amil ondan ibarətdir ki, K.Ptolemeyin "coğrafı təlimnamə" əsərində (V kitab, XI fəsil, § § 1-7) Albaniyanın yalnız Kür çayının sol sahilindəki yaşayış məntəqələri qeyd edilmişdir, 26 qəbilə isə Kürün hər iki sahilində məskunlaşmışdı.
Ümumiyyətlə, gələcəkdə alban şəhər mədəniyyəti problemi üzrə tədqiqat-lann daha intensiv aparılmasına ehtiyac vardır. Təsadüfı deyildir ki, "SSRl arXeo-logiyası" əsərində Qafqaz arxeologiyasının "ağ ləkələri" sırasında Albaniya şə-hərləri, xüsusilə şəhər sənətkarlığı, yaşayış tikililəri kimi problemlərlə bağlı ma-terialların məhdudluğu xüsusi qeyd edilmişdir (4, s.13). Rusiya arxeoloqu G.A.Koşelenkonun obrazlı ifadəsi ilə desək, bu zaman Albaniyada "urbanizasiya partlayışı" baş vermişdi (4, s.l 13). Təəssüf ki, alban şəhərlərinin tədqiql səviyyə-si bu "partlayışa" uyğun deyildir. Antik Qəbələdə indiyədək aparılmış qazıntı iş-ləri paytaxt şəhər mənzərəsini bərpa etməyə imkan verməmişdir. Gələcək təd-qiqatlara Gürcüstanın Alazan vadisindəki alban şəhərgahlarından əldə edilmiş materialların da cəlb edilməsi zəruridir.
Əhəməni imperiyasının süqutundan sonra e.ə. IV əsrin sonunda Albaniyada bir sıra qəbilələrin müstəqil dövlətləri meydana çıxmışdır. Siyasi pərakəndəlik e.ə. Ill əsrin əvvəllərində də mövcud olmuşdur. Bu hal Patroklun e.ə. III əsrin
əvvəllərinə aid hesabatından məlumdur. Məhz belə alban dövlətlərindən birinin hökmdarı Makedoniyalı Iskəndərlə əlaqə yaratmışdır. E.ə. IV əsrin sonu - III əsrin əvvəlində Albaniyada kiçik miqyasda olsa da pul tədavülü mövcud olmuş-dur. Bunu Patrokla əsaslanan Strabon təsdiq edir. "Alban tarixi" əsərindən (I kitab, fəsil 3-4) vahid Alban dövlətinin təqribən e.ə. 192-ci ildə qurulduğu anlaşı-lır. Müəyyən arxeoloji dəlillər mərkəzləşdirilmiş dövlətin yaranma prosesininj bəzi məqamlannda zor tətbiq edildiyini göstərir. Məsələn, Samexiya şəhərinin qalıqlan olan Xınısh şəhərgahında (Şamaxı r-nu) e.ə. IV-III əsrlərdə ölüləri quyuJ qəbirlərdə dəfn edən alban qəbiləsinin məskən saldığı müəyyənləşdirilmişdir. Təqribən e.ə. III əsrin sonu - II əsrin əvvəlində şəhərgahda güclü yanğın və dağıntılar qeydə alınmışdır. Məhz bu zamandan etibarən ölüləri küp və torpaq qəbirlərdə dəfn edən alban qəbilələri də şəhərdə məskunlaşmışlar. Görünür, bu,; müxtəlif alban dövlətləri arasındakı toqquşmaların əksidir. Torpaq və küp qəbir-lərin daha geniş yayılması bu abidələrlə bağlı alban qəbilələrinin daha güclü, çoxsaylı olmasını və vahid dövlətin yaranma prosesinin məhz bu alban qəbilələri ilə bağlı olduğunu göstərir. Sonrakı quyu qəbirlərdə ölünün yarım küpün içində dəfn edilməsi halı müxtəlif qəbilələrin bir-birinə daha six yaxınlaşması prosesin-dən xəbər verir. Mərkəzləşdirilmiş dövlətin yaranma tarixi vahid mədəniyyətin formalaşma dövrü ilə üst-üstə düşməyə də bilər. Vahid erkən alban mədəniyyəti e.ə. IV - y.e. III əsrləri arasında mövcud olmuşdur. Vahid mədəniyyət dövlət qu-ruluşu olmayan bir şəraitdə də yarana bilər. Məsələn, Kür-Araz ilk tunc dövrü mədəniyyəti, cənubi Qafqazın mərkəzində son tunc - ilk dəmir dövrü mədəniy-yəti çox geniş əraziləri əhatə etsələr də, həmin dövrlərdə cənubi Qafqazda hər hansı bir dövlətin mövcudluğu müəyyən edilməmişdir. Vahid mədəniyyətin ya-ranmasına gətirib çıxaran qəbilələr arası əlaqələrin intensivliyi başqa amillərdən də asılı ola bilər. Məsələn, alban qəbilələrinin Əhəməni imperiyası tərkibində ol-ması onları six yaxınlaşdıran bir cəhət olmuşdur. Vahid mədəniyyətin formalaş-ması tarixi çox güman ki, alban etnosunun genezisi prosesinin başa çatması tarixi ilə üst-üstə düşmüş və e.ə. IV əsrlə bağlıdır. Doğrudur, albanlar hələ e.ə. IV əsr-dən xeyli qabaq fəaliyyət göstərmiş əfsanəvi Yason və arqonavtlarla əlaqədar ya-zılı mənbələrdə xatırlanmışlar. Lakin albanlann əfsanəvi deyil, e.ə. IV əsrdə baş vermis real hadisələrlə əlaqədar xatırlanması daha önəmli olub, onların etnik formalaşma prosesinin məhz bu zaman başa çatdığını göstərir.
E.ə. IV əsrdən başlayaraq, Albaniya ərazisində vahid mədəniyyət çərçivə-sində torpaq, küp, quyu, saxsı təknə qəbirlərinin yayılması, onların müxtəlif alban qəbilələrinə mənsub olması fıkri artıq XX əsrin sonunda elmdə qəbul edil-mişdir (4, s. 101-102). Saxsı təknə qəbirlərin Parfiya ilə etnik əlaqələri əks etdir-məsi ideyası (2, s.200-201) bu fonda fərziyyə çərçivəsi hüdudlarını aşa bilməmiş-dir. Saxsı təknə, küp, daş qutu və s. qəbir tiplərini başqa bir mədəniyyət - zərdüşt mədəniyyəti ilə bağlamaq cəhdləri edilmiş və bu səylər indi də davam etdirilir (19, s.70-71). Ümumiyyətlə, bir çox qədim xalqlarda mövcud olmuş oda inamı bütün hallarda zərdüştilik ilə əlaqələndirmək böyük xətadır və Albaniyanın daş qutu qəbirlərinə münasibətdə belə bir mövqe (10, s.59, 71) ciddi tənqidə məruz qalmışdır (7, s.81). Zərdüştilik üçün, adətən, meyidin əvvəlcədən təmizlənmiş
sümüklərinin nizamsız topa şəklində dəfn edilməsi xarakterik olduğu halda, Albaniyada cəsədi torpaqdan ayıran qəbir tiplərində skelet sümükləri anatomik dü-zülüşə malikdir. Bundan başqa, küp, saxsı təknə, daş qutu kimi qəbirlərin ilk nü-munələrinin meydana gəlməsi tarixi zərdüşti dininin formalaşmasından çox-çox əvvəllərə aiddir və onların yayıldığı ərazi Iran hüdudlarından qat-qat genişdir. Yazılı mənbələrdə zərdüşti dininin Albaniyada geniş intişar tapması haqqında heç bir məlumat yoxdur. Albaniyada küp və saxsı təknə qəbirlər etno-mədəni pəra-kəndəliyi deyil, alban qəbilələrində eyni dini inama əsaslanan dəfn ayinində müxtəlif tipli saxsı dəfn qablarından istifadə edildiyini göstərir. Erkən alban mə-dəniyyətinin formalaşma prosesinin başa çatmasından xeyli sonra yayılmış çiy kərpic sərdabələrin arxeoloji qazıntılarını aparmış Y.Hummel bu abidələrin yerli əhaliyə mənsub olması fıkrinə daha çox üstünlük vermişdir, lakin bu zaman hə-min abidələrin yunan-Roma koloniyası ilə bağlılığını da istisna etməmişdir (12, s.160). Bəzi çiy kərpic sərdabələrdə dəfn küplərinin yerləşdirilməsi (13, s.54) mədəni inkişaf istiqamətlərinin kəsişməsindən xəbər verir. Çiy kərpic sərdabə-lərin Albaniyadan cənubda - Parfıya ərazisində yayılmasına diqqət yetirilmişdir (21, s.106). XX əsrin 90-cı illərində bu abidələrin Albaniyaya cənubdan köçmüş əhali ilə əlaqədar olması ideyası irəli sürülmüşdür (23, s.74; 11). E.ə. IV-I əsrlər-də Albaniyada məlum olmayan katakomba qəbirlərinin I əsrdən başlayaraq Qərbi Albaniyada yayılması daha qızğın diskussiyalar doğurmuşdur. Bu qəbirlərin şimal köçərilərinin təsiri altına düşmüş yerli əhaliyə (8, s.30,32), alanlara (15, s.44), cənubdan gələn mədəniyyətin təsiri altına düşmüş albanlara (21, s. 101,103) məx-sus olması haqqında ideyalar irəli sürülmüşdür. Son tədqiqatlar axırıncı fıkrin reallığını təsdiq etmişdir. Məlum olmuşdur ki, taxta qutulu katakombalar və habe-lə taxta qutu qəbirlər Albaniyaya cənubdan yayılmış və gəlmə əhaliyə mənsub olmuşdur. Dəfn küplərinin yerləşdirildiyi katakombalar isə albanlara məxsus olmuşdur (23, s.71-74). XX əsrin sonunda katakombalarla bağlı belə bir fıkir elm-da qəbul edilmişdir ki, həmin qəbir abidələri Albaniyaya cənub istiqamətindən yayılmış və albanların bir qisminin də dəfn ayinlərinə daxil olmuşdur (4, s.102-103). Lakin qeyd etmək lazımdır ki, çiy kərpic, katakomba, taxta qutu qəbirləri-nin e.ə. IV-III əsrlərə aid nümunələri gələcəkdə aşkar olunarsa, həmin abidələrin albanlar üçün də əvvəldən xarakterik olması fikri irəli sürülə bilər.
Ümumiyyətlə, Albaniyada cərəyan edən etnik proseslər XX əsrin sonunda Qafqaz arxeologiyasında fəal diskussiya mövzusu olan problemlər sırasında qeyd edilmişdir (4, s.12). Yuxarıda qeyd olunan "SSRl arxeologiyası" əsərinin Rusiya və Qafqaz arxeoloqları tərəfındən yazılmış giriş hissəsində belə deyilir: "Türkdil-li xalqların buraya nə vaxt gəlməsi ən mübahisəli məsələdir. Qəbul edilmiş fıkrə zidd olaraq, bəzi tədqiqatçılann nöqteyi-nəzərincə, qədim Azərbaycanın əhalisi-nin əsas hissəsi türkdilli olmuşdur" (4, s.13). Beləliklə, bu problemlə bağlı möv-qedə bir irəliləyiş nəzərə çarpır. Əwəllər bu ideyanın irəli sürülməsi elmdən uzaq bir hal kimi xarakterizə olunurdusa, XX əsrin sonunda bu problemə "müba-hisəli məsələ" statusu verilmişdir. Həmin fundamental əsərin G.A.Koşelenko tə-rəfındən yazılmış nəticə hissəsində Albaniyanın geniş köçəri xalqlar dünyası ilə əlaqələrinin çox böyük rol oynaması etiraf edilmişdir (4, s.108). Albanların köçə
ri xalqlarla etnik mənşə cəhətdən qohum olması haqqinda antik və ilk orta əsr müəlliflərinin məlumatlarına son vaxtlar bir sira arxeoloji arqumentlər də əlavə olunmuşdur. Bunların sırasına öldürülmüş düşmənlərlə bağlı dəfn ayinini, alban daş heykəllərini və s. aid etmək olar (22; 24). Albaniyanın 26 qəbiləsinə heç də eyni parametria yanaşmaq olmaz. Alban qəbilə ittifaqına etnik alban qəbilələri ilə yanaşı bir sıra Qafqazdilli qeyri-alban qəbilələrin də daxil olduğu şübhəsizdir. Məsələn, udinlər XVIII əsrin əvvəlində "biz ağvanıq, milliyyətimiz udindir" de-məklə, etnik mənşələrinin albanlardan fərqli olduğunu qabartmış, yalnız Albaniya əhalisinin bir hissəsi kimi alban adlandırıldıqlarını bildirmişlər. Qeyri-alban əhalinin sayı və məskunlaşdırdığı ərazi albanlarla müqayisədə məhdud olmuşdur. Bunu Strabon da təsdiq edərək yazır ki, alban və iber qəbilələrini çıxmaq şərti ilə digər Qafqaz qəbilələri çox kiçik ərazilərə malikdirlər ("coğrafıya", XI kitab, II fəsil § 19). Deməli, buna müvafıq olaraq həmin Qafqaz qəbilələri azsaylı etnik qruplardan ibarət olmalı idilər. Bunu Plutarx (I-II əsrlər) da təsdiq edərək yazır ki, Qafqazda ən çoxsaylı qəbilələr albanlar və iberlərdir («Ротреу», XXXIV). Lakin Albaniyada Qafqazdilli əhalinin sayı onlara vahid alban mədəniyyətinə yi-yələnməkdə maneə ola bilməzdi və bu mədəniyyətin təşəkkülünə onların da müəyyən töhfə verdiyi şübhəsizdir.
Gələcəkdə aparılacaq arxeoloji tədqiqatlar erkən alban mədəniyyətinin real inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan yaradacaqdır. Bəzi tədqiqat əsər-lərində bu prosesi qabaqlamaq üçün edilən cəhdlərə, əlbəttə ki, ehtiyac yoxdur. Məsələn, bir sıra hallarda Azərbaycan antikvarlanna məxsus maddi-mədəniyyət nümunələri Albaniya mədəniyyəti ilə bağlı problemlərin həllində mənbə kimi is-tifadə edilmişdir (5, s.8,11). Lakin bu halda həmin antik əşyalann Azərbaycana başqa ölkələrdən yaxın zamanlarda gətirilə bilməsi imkanı nəzərə alınmamışdır. Şübhəsiz, belə tədqiqat üsullan yolverilməzdir və bunlara son qoyulmalıdır. Hə-ləlik erkən alban mədəniyyəti yerli əhalinin aşağı və orta təbəqələri səviyyəsin-də aşkar edilmişdir. Halbuki həmin səviyyənin özü də kifayət qədər yüksəkdir. Kübar alban mədəniyyətinin üzə çıxarılması yalnız alban hökmdar nəsli və zadəganlarının qəbirlərinin tapılmasından sonra mümkün olacaqdır.
ƏDƏBlYYAT
Абрамова М.П. К вопросу о связях населения Северного Кавказа сарматского времени. - СА, 1979, № 2.
Алиев Играр, Османов Ф.Л. Бассейн рек Геокчай-Гирдманчай-Ахсучай в античное время. - СА, 1975, № 1.
Алиев Кемал. Кавказская Албания (I в. до н.э. -1 в. н. э). Баку, 1974.
Археология СССР. Древнейшие государства Кавказа и Средней Азии. Москва, 1985.
Бабаев И.А. Памятники глиптики Азербайджана античной эпохи и раннего средневековья. Автореферат кандидатской диссертации. Баку. 1965.
Бабаев И.А. Города Кавказской Албании в IV в. до н.э. - III в. н.э. Баку, 1990.
Гаджиев М.С. Погребальные памятники Южного Дагестана позднеалбанского и раннесредневекового времени (I-VII вв.). - В сборнике статей: Обряды и культы древнего и средневекого населения Дагестана. Махачкала, 1986, с. 71-89.
Qazıyev S.M. Iki küp və iki katakomba qəbiri. - AMM, III c, Baki, 1953, s.5-35.
Qeybullayev Qiyasəddin. Qarabağ. Bakı, 1990.
Геюшев Р.Б. Христианство в Кавказской Албании. Баку, 1984.
11. Гошгарлы Гошгар. Античная Кавказская Албания в системе международных от-
ношений в Y-I вв. д.н.э. - Международная научная конференция "Этнокультурное наследие Кавказской Албании", Баку, 2001.
13. Ионе Г.И. Мингечаурские кувшинные погребения с оружием. — КСИИМК,
вып. 60. Москва, 1955, с.54-62.
14. Исмизаде О.Ш. Ялойлутепинская культура. Баку, 1956.
14а.Касимова P.M. Антропологическое исследование черепов из Мингечаура. Баку, 1960.
15. Кузнецов В.А. Новые данные по аланской культуре Северного Кавказа и ранне-
средневековый Дагестан. - Тезисы докладов на научной сессии Института ИЯЛ им. Г.Цадасы Даг. Филиала АН СССР, посвященной археологии Дагестана. Махачкала, 1959, с.43-45.
Mubariz KhalilovTHEORETICAL ARCHAEOLOGY OF ANCIENT ALBANIA IN THE JUNCTION OF THE XX-XXI CENTURIES.
Summary
In this article are retraced determinant moments of the scientific discussions on main problems of ancient archaeology of Caucasian Albania, carried out in the last quarter of the XX century. The author also notes that the genesis of early Albanian culture, its eastern frontiers, historical conditions of Albanian town planning, as well as reconstruction of the capital's aspect are included in a range of the problems, expecting their solution.