Sayın mənaca növləri
Sayın mənaca iki növü vardır:
Miqdar sayları
Sıra sayları
Miqdar sayları özü də üç növə bölünür:
Müəyyən miqdar sayları
Qeyri-müəyyən miqdar sayları
Kəsr sayları
Müəyyən miqdar sayları
Müəyyən miqdarsayları əşyanın konkret miqdarınıbildirir və neçə? nə qədər? suallarına cavab verir. Məsələn: beş, on, yüz, otuz üç, yüz on və s. Dilimizdə quruluşca sadə olan müəyyən miq-dar saylan cemi 23-dür: bir, iki, üç, dörd, beş, altt, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, trilyon. Bu sözlərdən yalnız sonuncu üçü alınmasözdür, qalanları əsl Azərbaycan (türk) sözləridir. Sıra sayları və mürəkkəb müəyyən miqdar sayları bu 23 sayın əsasında yaranır.
Müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız təkdə işlənir. Məsələn: on beş şagird, beş kitab və s. Bu isimləri cəmdə işlətmək (beş kitablar şəklində) qrammatik cəhətdən səhvdir. Sifətlərdən sonra gələn isimlər isə cəm şəkilçisi qəbul edir. məsələn: maraqlı kitablar, çalışqan şagirdlər, yeni binalar və s.
Müəyyən miqdar sayları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir.
Həmin sözlər aşağıdakılardır:
Nəfər — insan bildirən isimlərlə işlənir: iki nəfər şagird, on nəfər tələbə və s.
Baş — əsasən, heyvan bildirən isimlərlə işlənir: on baş öküz, yüz baş qoyun, iki bas keçi və s. (Danışıq zamanı baş sözü ailə üzvləri üçün də işlənir: iki bas ailə üzvü).
Ədəd, dənə — cansız əşya bildirən isimlərlə işlənir beş dana nar, iki ədəd qələm və s.
Cüt, dəst — qoşalıq bildirmək üçün isimlərin əvvəlində işlənir: bir cüt ayaqqabı, iki dəst paltar (kostyum) və s.
Göz, tikə, parça, dəstə, top və s numerativ sözləri də müəyyən miqdar sayları ilə isimlər arasında işlənir: üç göz otaq, bir tikə qənd, bir parça çorək, iki dəstə gül bir top çit və s
Dostları ilə paylaş: |