Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə51/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   47   48   49   50   51   52   53   54   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Publisistik üslub bədii üslub milli-bədii təfəkkürün, elmi üslub elmi təfəkkürün ifadəsi olduğu kimi, publisistik üslub da milli-ictimai təfəkkürü əhatə edən nitq formasıdır. Ünsiyyətin məqsədi və vəzifəsi qarşıya qoyulmuş hər hansı ictimai-siyasi tədbiri həyata keçirmək üçün oxucuları səfərbərliyə almaqdır. Publisistik üslub daha çox mətbuatın, radio və televizorun dilini əhatə edir. O, baş məqalə, redaksiya məqaləsi, xəbər, sə­nədli oçerklər, felyeton, reportaj və s. nitq üslublarını əhatə edir.
Bütün bunlara baxmayaraq”, “Səfərbərliyə almaq”, “mü­vəffəqiyyətlə həll etmək”, “ciddi fikir vermək”, “diqqət mərkəzində saxlamaq” və s. ştamp ifadələr bu üslub üçün səciyyəvidir.
Mətbuat janrları operativ və kütləvi olduğundan yığcamlığı sevir. Uzun-uzadı təhlilə, geniş təsvirə, artıq söz və ifadələrə adətən yol verilmir.
İctimai-siyasi terminlərdən publisistik üslubda daha çox istifadə edilir.
Rəsmi-əməli üslubun məqsəd və vəzifəsi həm dövlət idarələri, ictimai təşkilatlar arasındakı münasibətlər, həm də vətəndaşların bir-biri ilə, dövlət idarələri və ictimai təşkilatlarla olan rəsmi münasibətlərini tənzimləməkdir.
Hər sənəd tələb olunan formada, rəsmi tərzdə yazılır. Buna görə də ifadə tərzində standartlıq yaranmışdır: fərman, sərən­cam, nota, əmr, qərar, bəyanat, ərizə, protokol, hökm, qətnamə, arayış, müqavilə, akt, teleqram, etibarnamə və s. onlarla sənəd növü öz standartlığı ilə fərqlənir.
Məişət üslubu insanların gündəlik həyatda bir-biri ilə ünsiyyət saxladıqları, hal-əhval tutduqları dildir. Bu üslubun konkret dil göstəriciləri yoxdur, əsas əlaməti nitqin sərbəstliyi, təbiiliyi və yığcamlığıdır.
Məişət üslubu ədəbi dilin ən geniş yayılmış, kütləvi üslubudur. Ayrı-ayrı üslubların nümayəndələri bu üslubda birləşirlər. Bu üslubda orfoepik norma əsasdır.
Söz, cümlə və yarımçıq cümlələrdən geniş istifadə olunur. Mimika və jest bu üslub üçün xarakterikdir. Məişət üslubu şifahi şəkildə mövcuddur, bu baxımdan o, yazılı ədəbi dilə qarşı durur. Bu üslub dialektüstü nitq formasıdır.



Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin