Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə53/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   49   50   51   52   53   54   55   56   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Publisistik üslub. Publisistik üslubu mətbuat və ya qəzet üslubu da adlandırırlar. Publisistik üslub kütləvi və çox işlək üslubdur. Bu üslub mətbuat səhifələrində-qəzet və jurnallarda çap olunan müxtəlif növ yazıları, ictimai-publisistik və tənqidi məqalələri əhatə edir. Radio-televiziya verilişləri də bu üslubda aparılır. Verilişi müəlliflər, redaktor və rejissorlar yazılı şəkildə hazırlayır, aparıcılar həmin materialı oxuyub tanış olduqdan sonra şifahi şəkildə dinləyici və tamaşaçılara çatdırırlar. Publisistika üslubiyyatın ən aktual, ən canlı janrıdır. Zamanın, əsrin, xalq həyatının bugünkü, bu saatkı vəziyyətini əks etdirmək və irəli sürdüyü vacib suallara cavab vermək publisistikanın əsas vəzifəsidir. Bu üslubda siyasi, sosial, iqtisadi məsələlər, həyatda baş verən müxtəlif hadisələr, faktlar müəllif dili ilə sadə şəkildə öz ifadəsini tapır. Qəzet və jurnallarda istehsalatla bağlı oçerklər, yol qeydləri, səyahət düşüncələri, xatirələr, məzəli, gülməli əhvalatlar, felyetonlar da dərc olunub oxucuların ixtiyarına verilir. Mətbuat üslubunda geniş oxucu kütləsi üçün anlayışlar, hadisə və əhvalatlar mənası aydın olan sözlər və ifadələrlə, imkan daxilində sadə cümlələrlə ifadə olunur, fikirlər təhkiyə üsulunda çatdırılır. Burada məcaziliyə, obrazlığa əsasən yer verilmir, terminlər az işlədilir.
Publisistik üsluba aid qəzet materialları baş redaktorun, məsul katibin müdaxiləsi nəticəsində nəşr olunsa da, müxbirlər, ayrı-ayrı müəlliflər tərəfindən yazıldığından onlarda ədəbi dil normalarından uzaqlaşma hallarına təsadüf olunur. Məsələn: "Yeniyetmə stolüstü tennisçilər ölkə birincilərini Şəkidə müəyyən edəcəklər. Martın 1-dən 5-dək keçiriləcək yarışda müxtəlif şəhər və rayonlardan təxminən 120 tennisçi 1992, 1994, 1995-ci illər təvəllüdlü və daha kiçik yaş qrupları üzrə mübarizə aparacaqlar"; "Yarışa qatılan Nicat Məmmədov mübarizəyə fin Samps Nisti üzərində qələbə ilə başlayıb"; "Onlar medal yolunda 3 qələbədən sonra, yarımfinalda hindistanlı gələcək qalibə yeniliblər" və s. ("İdman" qəzeti, 16 fevral, 2010-cu il); "Yeniyetmə stolüstü tennisçilər" əvəzinə "Stolüstü tennis üzrə yeniyetmələr", "müxtəlif şəhər və rayonlar" əvəzinə sadəcə "şəhər və rayonlar", "120 tennisçi 1992, 1994, 1995-ci illər təvəllüdlü və daha kiçik yaş qrupları üzrə" əvəzinə "1992, 1994, 1995-ci illərdə anadan olmuş və daha kiçik yaş qrupu üzrə 120 tennisçi" yazılsa idi, fikir daha dəqiq və düzgün ifadə edilmiş olardı.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin